GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əvəz Qocayev işçilərə RACON KƏSİB... - İLGİNC İDDİALAR...

Əvəz Qocayev işçilərə RACON KƏSİB... - İLGİNC İDDİALAR...

Tarix: 11-11-2021, 13:48 Bölmə :GündəmXəbər / İdman Baxış: 624


“Azəravtoyol” ASC sədrinin birinci müavini Əvəz Qocayevin qurumda çalışanların maaşının 15%-ni mənimsədiyi iddia olunur. Bu barədə redaksiyamıza daxil olan məlumada bildirilir.


Qeyd edək ki, son 10-15 ildə Azərbaycan dövlətinin ən çox sərmayə qoyduğu və vəsait ayıtdığı sahə yolların tikintisi və təmiridir. Mətbuatdan izlədiyimiz kimi, demək olar ki, hər həftə ölkə prezidenti İlham Əliyev Azərbaycanın müxtəlif bölgələrində yol çəkilməsi üçün milyonlarla manat vəsait ayırır. Eyni zamanda azad edilmiş Qarabağda da ilk olaraq yolların yenidən qurulmasına və yaxud da yeni yolların qurulmasına start verildiyi də bir faktdır.
Bu vəsaitlər bir qayda olaraq “Azəravtoyol” ASC-nin ixtiyarına verilir və ASC bu vəsaitlərin sərf olunmasına görə də məsuliyyət daşıyır. Prezidentin vəsait ayırdığı yollar çəkilməsinə çəkilir, lakin nə sirdisə həmin yollar bir neçə ildən, hətta bir neçə aydan sonra dağılır. Belə faktlar isə onlarla, hətta yüzlərlədir.
Yolların belə tez zamanda, daha doğrusu isə istismara verilən kimi dağılmasının isə bir səbəbi var. Yola ayrılan vəsaitlərin ayrı-yarı məmurlar tərəfindən mənimsənilməsi. Yəni Azərbaycan reallığından çıxış edərək tam dəqiqliklə söyləmək olar ki, ayrılan vəsaitin ancaq 1/3 hissəsi həmin yola sərf olunur. Yerdə qalan 2/3 hissəsi isə məmurlar üçün müxtəlif biznes obyektinə, daşınmaz əmlaka çevrilir. Təbii ki, bu daşınmaz obyektlər və biznes obyektləri məmurların yaxın qohumlarının adlarına sənədləşdirilir. Yoxsa necə olur ki, Azərbaycanda irili-xırdalı bütün məmurların qohum-qardaşı, övladları və xanımları iş adamı olur. Yəni bu gün məmur qohumu olmayan iş adamını tapmaq, samanlıqda iynə axtarmaq qədər çətindir.
Azərbaycan yollarına ayrılan dövlət vəsaitləri üzərində özünə topdağıtmaz biznes imperiyasına və saysız mülklərə sahib olan oliqarx yol məmurlarından biri də “Azəravtoyol”ASC sədrinin birinci müavini Əvəz Qocayevdir. Əldə etdiyimiz məlumata görə Saleh Məmmədovun birinci müavini hər ay dövlət büdcəsindən bir neçə yüz min manat gəlir əldə edir. (Saleh Məmmədovun özünün nə qədər gəlir əldə etməsini isə bir Allah bilir). Lakin Əvəz Qocayev haqqında MilliYol-a daxil bir məlumat bizi doğurdan çaşdırdı. Bir neçə yerdən dəqiqləşdirmə apardıq və məlum oldu ki, iddialar həqiqəti əks etdirir.
Əldə etdiyimiz məlumata görə “Azəravtoyol” ASC-nin işçilərinin hər ay maaaşlarının 15%-i qeyri-qanuni olaraq tutulur. Redaksiyamıza rayonların birindən daxil olan şikayətdə bildirilirdi ki, Yol İstismar İdarələrin işçilərinin maaşından hər ay 15% faiz tutulur. İdarə müdiri isə bunu belə əsaslandırır ki, pulu ASC sədrinin birinci müavini Əvəz Qocayevin tapşırığına əsasən tutur. Araşdırmamaız zamanı məlum oldu ki, demək olar ki, bu vəziyyət bütün ölkə üzrə belədir.
Məlumata görə Əvəz Qocayev bütün idarə müdirlərindən tələb edir ki, işçilərin maaşlarından 15% tutub nəqd şəkildə ona versinlər. Buna etiraz edənləri isə ASC sədrinin birinci müavini ştataların ləğv olunması, ixtisarlarla və maaşların azaldılması ilə təhdid edir. Yəni görə “Azəravtoyol” ASC sədrinin birinci müavini vəzifə açıq aşkar səlahiyyətlərindən qanunsuz şəkildə sui-istifadə edir və bu zaman qarşı tərəfə seçim etmək imkanı belə tanımır. Çünki Əvəz Qocayevin təklifini rədd eləmək elə həmin təklif qədər, bəlkə də daha çox ziyana düşmək anlamına gəlir. Yəqin ki, məşhur filmdə deyildiyi kimi, “geri çevriləməyəcək təklif” elə belə olur.
Qeyd edək ki, mətbuatda Əvəz Qocayevin mal və sərvətinin bir hissəsi dərc olunub. Həmin məlumatlardan da görünür ki, Əvəz Qocayev aldığı maaşla həmin mal və sərvətin 10%-ni belə 100 ilə əldə edə bilməz. O zaman Əvəz Qocayevin bu sərvəti hardandır? Mənbəyini açıqlaya bilərmi? İşçilərinin maaşlarından tutduğu 15% faiz olmasın? Ya da istismara verilən kimi dağılan yollar?
Qeyd etdiyimiz məlumatlara istinadən Əvəz Qocayevə məxsus əmlakların kiçik bir hissəsini oxucularımıza təqdim edirik:

Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil;
“Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq;
“Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa;
“Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil;
“Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil;
“Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil;
Novxanıda bağ evi, (evin əşyaları 250000 manat);
Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində;
“Real” MTK-də 380 kv.m olan ofis (ofisin içinə alınmış avadanlıq 60000 manat);
“S klass -20R Mersedes” markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və “Karavella Volsvagen” markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın…
Bir daha qeyd edirik ki, söyləntilərə görə bütün bunlar Əvəz Qocayevin sərvətinin ancaq cüzi hissəsidir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş “Sovetski” ərazisində yolların çəkilməsinə 5 milyon manat ayrılıb

    Keçmiş “Sovetski” ərazisində yolların çəkilməsinə ...

    5-08-2016, 00:39

  • 
  • İlham Əliyev Bakıda yolların yenidən qurulmasına pul ayırdı

    İlham Əliyev Bakıda yolların yenidən qurulmasına ...

    9-02-2019, 19:49

  • 
  • “Azəravtoyol “ ASC-nin gizli oliqarxı: Əvəz Qocayev

    “Azəravtoyol “ ASC-nin gizli oliqarxı: Əvəz ...

    26-07-2018, 12:58

  • 
  • Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır

    Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır ...

    2-08-2013, 14:29

  • 
  • Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş etdi

    Ziya Məmmədov Cavid Qurbanova qarşı yazı sifariş ...

    4-05-2014, 11:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu