GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nərimanov Məhkəməsi qanunu pozdu - Həkim və ədalətin cəzasızlıq mühiti

Nərimanov Məhkəməsi qanunu pozdu - Həkim və ədalətin cəzasızlıq mühiti

Tarix: 11-11-2021, 16:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 654

Tanınmış telejurnalist, aparıcı Günel Gözəlovaya edilən haqsızlıq, həyat yoldaşının həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və ancaq möcüzə nəticəsində həyatda qalması ictimaiyyətə məlumdur.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov böyrək daşı əməliyyatına girib, 6 saata yaxın davam edən əməliyyatdan sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu ilə çıxarılıb. Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında 6 aydan çox davam edən məhkəmə işi ilkin instansiyada tamamlanıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev iddiaçı tərəfin cavabdeh qismində göstərdiyi həkim-uroloq Araz Bayramovu günahsız sayıb.

“Vəkilim Elçin Sadıqov 13 oktyabr 2021-ci il tarixində saat 17.00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində 1(099)-490/2021 saylı cinayət işi üzrə əvvəlcədən təyin edilmiş məhkəmə iclasında olduğuna görə bizim iddiamız üzrə aparılan məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi ilə bağlı ərizə göndərmiş və iclasın təxirə salınmasını xahiş etmişdi. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev isə ərizəni qeydiyyata almışdı. Buna baxmayaraq, hakim özü qanunu pozub, məhkəmə iclası keçirib və iddianı rədd edib. Məhkəmə iclasında ekspertiza rəyi ilə razı olmadığımız bildirərək, qanuni hüququmuzdan istifadə edib öz ekspertimizi daxil edərək növbəti ekspertiza barədə vəsatət qaldıracaqdıq. Eyni zamanda bir çox faktları ortaya çıxara biləcək xəstəlik tarixçəsini tələb edəcəkdik. Lakin Vüqar Quliyev məhkəmə iclasında bizim iştirakımız təmin edilmədən qətnamə çıxarıb. Qətnamədə isə bizim iştirakımız barədə heç nə yazılmayıb, izah verilməyib” – deyə, Günel Gözəlova bildirib.

Gundemxeber.az dia.az-a istinadla bildirir ki, uzun illər dövlətə inam və sədaqətlə xidmət edən jurnalist Günel Gözəlova bu qərarı qərəzli hesab edir və Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb.

Zəruri qeyd: Yaranmış vəziyyətlə bağlı müraciət etdiyimiz tanınmış hüquqşünas Səməd Vəkilov qeyd edib ki, iddiaçı tərəfin üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməməsi ilə bağlı müraciətinə baxılmaması və iddiaçı tərəf olmadan məhkəmənin keçirilməsi məhkəmə işində çəkişməli proses prinsipinin pozulmasıdır. Onun sözlərinə görə, məhkəmənin sədri ya bu prinsipi nəzərə alaraq iddiaçı tərəfin müraciətini əsaslandırılmış qaydada rədd etməli, ya da məhkəmənin çəkişməli proses prinsipi üzrə keçirilməsini təmin etmək üçün prosesi təxirə salmalı idi.

Qeyd edək ki, çəkişməli proses hüququ dedikdə, həm ittiham, həm də müdafiə tərəfinə qarşı tərəfin təqdim etdiyi sübutlar və fikirlərdən xəbərdar olmaq və onlarla bağlı şərh vermək imkanının verilməsi nəzərdə tutulur.

Günel Gözəlova məhkəmə qərarını qərəzli adlandırmasını bir neçə faktla əsaslandırır. Belə ki, 2021-ci il 13 oktyabr tarixində keçirilən məhkəmədə hər şeydən əvvəl iddiaçı tərəfin iştirakı təmin edilməyib. Bundan başqa, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində bir-birini təkzib edən qeyri-müəyyənliklər var. Nəhayət, hakimin dəqiqləşdirmə aparmaq, ədalət prinsipi çərçivəsində qərar vermək üçün şahidlərə müraciət etmək əvəzinə, tələm-tələsik qərar çıxarması sual doğurur.

“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin rəyində yazılanlar sonda 6 nəfərdən ibarət ekspert qrupunun gəldiyi nəticə ilə bir-birini təkzib edir. Qeyd olunur: “0734579 saylı xəstəlik tarixindən görünür...” Halbuki, iddia tərəfi olaraq bizə belə bir xəstəlik tarixçəsi təqdim olunmayıb, bu sənədi görməmişik. Ümumiyyətlə, dünyada həkimlərlə bağlı heç bir məhkəmə prosesində xəstəlik tarixçəsinin orijinalı məhkəməyə və qarşı tərəfə təqdim edilmədən məhkəmə keçirilmir. Hakim Vüqar Quliyev nədənsə bu nüansı gözardı edib. Nədənsə, hakim əhalinin sağlamlığının qorunması barədə Azərbaycan Respublikası qanununun IV fəsil, maddə 25-də göstərilən “Sağlamlığın vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ”nu, eyni zamanda xəstəlik tarixçəsinin ən önəmli fakt olduğunu nədənsə unudur. Məhz bu hüquq o xəstəlik tarixçəsinin təqdimatını təmin edir, orda qeyd olunanlarla reallığın nə dərəcə uyğunlaşdığını müəyyən etməyə kömək edir. Bu ziddiyyətli vəziyyəti araşdırmaq üçün müraciət edilən məhkəmə nədənsə şahidlərin varlığını da “unudur”!? Hər yerdə xəstədə 12 saat sonra dissosiativ pozuntunun aşkarlandığı göstərilir. Halbuki xəstəxana personalı və şəxsən mən özüm Anarın əməliyyatdan ayılan kimi anormal vəziyyətini müşahidə etdik. Amma onun bu halını göstərmək üçün Araz Bayramovu heç cür tapa bilmədim. Məhkəmə Tibbi Ekspertizanın ekspert qrupu isə həkim olmaqla yanaşı, yəqin ki ya müstəntiq, ya da falabaxandırlar. Onların rəyini oxuyanda adama elə gəlir ki, həmin dövrdə görünməz bacarıqları ilə baş verənləri müşahidə ediblər. Eyni zamanda gördüklərini də nədənsə yalan yazırlar. Araz Bayramov 12 saat sonra Anarı göstərmək üçün tamamilə başqa klinikadan nevropatoloq tapıb gətirib. Həmin nevropatoloqun təkidlə dediyi və dünyada vacib müayinə olan MRT müayinəsi isə həmin an deyil, 10 gün sonra edilib. Beyinin subarxanoidal qanaxması ən təhlükəli insult növüdür və adətən insanların 50 faizi anında müdaxilə olunmazsa bu səbəbdən həyatını itirir. Eyni zamanda, beyinin digər, ən təhlükəli yarımkürəsində işemik insult olması vəziyyəti daha da qorxulu edir. Dünya səhiyyəsi ən xırda insult problemində belə, xəstəni 40 gün nəzarətdə saxlayır və 1-5 saat ərzində MRT müayinəsi ilə beyinin durumunu müəyyən edir, vacib müdaxilə olunur. Anarda müşahidə edilən problemi isə 12 saat sonra sadəcə nevropatoloq rəyi ilə aydınlaşdırılıb. Müayinə isə ancaq mənim təkidimdən sonra olub. Təəssüf ki, başqa heç nə edə bilmədim. Çünki yeni əməliyyatdan çıxan, durumu ağır olan adamı özbaşına bir klinikadan digərinə köçürə bilməzdim” – deyə, Günel Gözəlova söyləyib.

Ekspertizanın rəyini diqqətlə oxuduqda, dəfələrlə “sənəd çatışmazlığı var” qeydinə rast gəlinir. Sanki Bakıda və Buta Klinikasında yanğın baş verib və sənədlər yoxa çıxıb. Belə olan halda ancaq sənədlərə əsasən qərar qəbul edən bu qurumun hansı haqla həkimi günahsız elan etməsi ciddi sual doğurur. O da qeyd olunur ki, xəstəyə anesteziyaya dair vərəq imzaladılıb. Halbuki, belə bir vərəq yoxdur və yəqin ki, olmayıb. Əks halda bu sənəd məhkəmədə təqdim edilərdi. Günel Gözəlova da belə bir sənəd görmədiyini söyləyir. O, əməliyyat öncəsi imzalanan sənədi təqdim edib. Bu sənəddə isə insult təhlükəsi və anesteziya ilə bağlı bir söz də yoxdur. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda uroloq-cərraha qarşı 1 milyonluq məhkəmə iddiası

    Azərbaycanda uroloq-cərraha qarşı 1 milyonluq ...

    28-07-2021, 10:24

  • 
  • Sabah Əvəz Zeynallının məhkəməsi var

    Sabah Əvəz Zeynallının məhkəməsi var ...

    12-08-2013, 11:37

  • 
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42

  • 
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34

  • 
  • “Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır” - Həkim

    “Qəzada xəsarət alan neftçilərdən birinin durumu ...

    3-11-2017, 12:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (327)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu