GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayevin tabeçiliyində olan qurum qanunsuz tikintiyə imza atdı

Sahil Babayevin tabeçiliyində olan qurum qanunsuz tikintiyə imza atdı

Tarix: 18-11-2021, 18:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 665


Artıq bir neçə ildir ki, Bakı şəhərində, həmçinin ölkənin digər bölgələrində biznes məqsədilə tikilən ictimai iaşə obyektləri, yaşayış binaları və digər biznes məqsədli tikintilər bizim "ağ ciyərlərimiz"ə qənim kəsiliblər.

Belə ki, sözügedən obyektin inşası üçün sahibkarın "gözaltı etdiyi" ərazidə nə qədər yaşıllıq ağacları var,onlar üçün fərq etmir. Əldə etmək istədikləri ərazini tam sərbəst, maneəsiz şəkildə əldə edirlər də.

Təbii ki, bu işdə onlar tək olmurlar. Əksər zamanlar İcra Hakimiyyətləri, hətta bəzən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə nümayəndəliyi onlarla əlbir olurlar.

İcra Hakimiyyətlərinin icazəsi olmadan camaatın heç öz şəxsi həyətində tikinti apara bilmədiyini hamımız bilirik. Amma nədənsə qanunsuz tikintilərlə bağlı aidiyyəti üzrə İcra Hakimiyyətlərinə sual ünvanladıqda çox zaman: "Bu barədə məlumatsızıq. Araşdırıb cavab verərik",-deyə şablon cümlə ilə sözün əsl mənasında "yola verməyə" çalışırlar.

Məsələn, ötən yayımlarımızdan birində İmişli rayonunda aparılan qanunsuz tikintidə evinə bitişik tikinti obyektinin aparılmasından narazı olan Yalavaclı kənd sakini Saray Şirinovanın redaksiyamıza bildirdiyinə görə,İcra Hakimiyyətinə müraciət etdiyi zaman "xəbərimiz yoxdur",-deyə bildiriblər. Saray Şirinovanın müraciəti əsasında sözügedən ünvanda olub mövcud duruma yerində baxış keçirən İmişli rayon İcra Hakimiyyətində Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov mövcud vəziyyəti gördükdə özü də "Doğrudan,bu qanunsuzdur ee",- deyə "təəccüb" ifadəsi nümayiş etdirib. Ardından isə Saray Şirinovaya "dilbədil" tapşırıb ki, "Başçı soruşsa,denən Nazim müəllim də gəlib baxmışdı, o da demişdi ki,qanunsuzdur. Daha demə,Nazim müəllim dünən gəlmişdi. Məni pərt eləmə".

Nazim müəllimin artıq "DogruXeber.az" informasiya agentliyi tərəfindən ictimailəşdirilmiş məsələyə bu cür tikinti bitmək üzrə olduğunda təəccüblənməsi nəinki bizə, nəinki sizə, eyni zamanda şikayətçi Saray Şirinovaya da qətiyyən təəccüblü görünmədi.

Çünki bu "xüsusi tapşırıq"dan sonra artıq Nazim Rəsulovun sözügedən tikinti obyektindən "həqiqətən xəbərsiz olduğu gerçəyi" gün kimi aydındır. Üstəlik də Saray xanım bildirir ki, "Nazim müəllim israrla mənə deyir ki, sən İcra Hakimiyyətinə getmə, sən dayanmadan Fövqəladə Hallar Nazirliyinə müraciət elə, qoy gəlib sökdürsünlər. İcra ona neynəyəndi?!".

Bunun da nə demək olduğuna tikintini aparan Sahib adlı sahibkar yəqin ki, özü qərar verə bilər. Çünki onların arasında olan danışıqdan biz bixəbərik.

Əlqərəz...

Əslində,söhbəti bu qədər uzatmağımızın və istər qanuni, istərsə də qanunsuz tikintinin aparılmasında cavabdeh olan dövlət idarələrinin adlarını xatırlatmaqda məqsədimiz oxşar, daha doğrusu demək olar ki, eyni durumla Bakı şəhər Binəqədi rayon, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 134 ünvanında, Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin həyətində qarşılaşmağımızdır.

Hansı ki, yuxarıda qeyd etdiyimiz ünvanda xeyli sayda çoxillik şam ağaclarının kəsilərək yerində obyekt tikintisinin aparılması barəsində məlumat daxil olmuşdur. Eyni zamanda məlumatlarda iddia olunur ki, bu tikinti Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin göstərişi ilə həyata keçirilir.

Məlumatın dəqiqləşdirilməsi və haqqında qanuni tədbir görülməsi üçün ilk olaraq agentliyimiz tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərildi.

Nazirliyin ərazi üzrə nümayəndəliyi sözügedən ünvanda olmuş, məsələni yerində araşdırmış və nəticəsi barəsində redaksiyamıza məlumat ünvanlamışdır.

Məlumatı olduğu kimi təqdim edirik:

"Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanındakı Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılmış və fakt təsdiqini tapmışdır.

Aparılan araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3480 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

"Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır".

Yuxarıda da qeyd etdiyimiz kimi, istər qanuni, istərsə də qanunsuz aparılan heç bir tikinti işlərinin İcra Hakimiyyətinin xəbəri və icazəsi olmadan həyata keçirilmədiyi hər kəsə məlumdur. Amma nə hikmətsə, gördüyünüz kimi,Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin də qanunsuz olduğunu təsdiq etdiyi tikinti obyektini Binəqədi rayon İcra Hakimiyyəti də ya görməyib, ya da görməzdən gəlib.

Sahil Babayevin, həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin ekologiyamız ilə, eyni zamanda məhv edilən yaşıllıqlara yaxın ərazidə yaşayan sakinlər ilə qərəzini, yaxud da yaşıllıqların məhv edilməsinin qanunsuz olduğundan "xəbərsiz" olmasını da anlamaq çətindir.
Onu da bildiririk ki, bu Binəqədi rayonu ərazisində rast gəlinən yeganə qanunsuzluq halı deyil. Bu və buna bənzər qanunsuzluq faktları Binəqədi və Nəsimi rayonları ərazisində kifayət qədərdir, lakin kimsəyə məlum olmayan səbəblərə görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev nəinki qarşısının alınması üçün tədbirlər görmür, heç ümumiyyətlə reaksiya vermirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki,sözügedən ərazidə aparılan tikinti ilə bağlı redaksiyamız tərəfindən digər aidiatı üzrə qurumlara göndərilməsi üçün soğular hazırlanır.

Qarşıdakı günlərdə agentliyimizdə digər aidiyyəti qurumların məsələyə münasibəti, eyni zamanda Binəqədi və Nəsimi rayonları ərazisində aparılan bütün qanunsuz tikintilər, məhv edilən yaşıllıqlar barəsində cəmiyyətdən gizlədilmiş məlumatlar dərc ediləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gündəmxəbər.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağacları qanunsuz kəsən şəxsə cərimə- 14 min manat

    Ağacları qanunsuz kəsən şəxsə cərimə- 14 min manat ...

    29-01-2014, 11:32

  • 
  • İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

    İcra hakimiyyətlərinə xəbərdarlıq edildi ...

    6-05-2014, 10:10

  • 
  • Yasamalda Mehdiyevin torpaq qalmaqalı - 500 mini kim alıb?

    Yasamalda Mehdiyevin torpaq qalmaqalı - 500 mini ...

    11-05-2016, 14:04

  • 
  • Xətai rayonunda yaşıl soyqırım

    Xətai rayonunda yaşıl soyqırım ...

    5-02-2014, 22:25

  • 
  • İcra hakimiyyətlərinin tender oyunu - lazımi tədbirlər görəcək

    İcra hakimiyyətlərinin tender oyunu - lazımi ...

    12-12-2018, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu