GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vahid Ələkbərovun Oğurlanan Milyonları Və Batdıqca Batan – “Yelo Bank”

Vahid Ələkbərovun Oğurlanan Milyonları Və Batdıqca Batan – “Yelo Bank”

Tarix: 19-11-2021, 15:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 361

Ötən ili zərərlə başa vuran "Yelo Bank”a birbaşa olaraq fiziki şəxs, azərbaycanlı milyarder, "Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov nəzarət edir. Bankın səhmlərinin 96%-i "Topaz İnvestments Limited” QSC şirkətinə, 3,9% ilə Marina Kulişova Valeryevna və 0,1% payı ilə "İsr Holding”ə məxsusdur.

Gundemxeber.az kommersant.az-a istinadla bildirir ki, Marina Kulişova Valeryevna bankda səhmdar, həm də Vahid Ələkbərovun "Topaz İnvestments” şirkətinin direktoru və "Yelo Bank”ın müşahidə şurasının sədridir.

2016-cı ildən ciddi struktur dəyişikliyinə gedən "Yelo Bank” səhmdarların pay bölgüsündə dəyişmələr həyata keçirib. 2016-cı ilin sonunda bankda 91.84% paya sahib olan "Topaz İnvestments” şirkəti 2017 –ci ildə 93,16%-lə, hazırda isə 96%-lə "Yelo Bank”da səhm sahibidir. Həmin ildə "Nikoil” QSC bankdakı 7,98% payını Marina Kulişova Valeryevnaya satıb. 2017-ci ildə isə azərbaycanlı milyarder İsgəndər Xəlilov bankdakı payını 0,19%-dən 0,16-ya salıb. Hazırda isə İ.Xəlilovun (İsr Holdinqin) bankda 0,1% payı var.

Vahid Ələkbərova məxsus bankın talan olunması hələ 2005-ci ildən başlayıb. 12.5 il əvvəlki "Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunmuşdu. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş V.Xamaza Azərbaycanı tərk edib. Federal və beynəlxalq cinayət axtarışına verilən Xamaza 2018-ci ilin sentyabr ayında Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daha sonra banka Gürcüstan vətəndaşı Nikoloz Şurqaia sədr təyin olunur ki, o da bankın vəsaitlərini müxtəlif yollarla talayaraq mənimsəyib. "Kommersant.az”ın bu barədə dəfələrlə yazmasına baxmayaraq, Vahid Ələkbərov və bankın idarəçiliyinə məsul və həmçinin bankın səhmdarı Marina Kulişova Valeryevna heç bir reaksiya verməyib.

Bankın idarə heyyətinin sədri Nikoloz Şurqaia banka təyin olunduğu ildən bu günə qədər əvvəlki "Nikoil Bank” hazırki "Yelo Bank”ın rüblük və illik hesabatları yekunu zərərlə başa vurub. Sabiq sədrin təyin olunduğu illə 2020-ci ilin sonunu müqayisə etsək, görərik ki, "Yelo Bank” 45 milyon 381 min manat zərər edib.

Cədvəldən də göründüyü kimi Vahid Ələkbərovun bankı Nikoloz Şurqaianın təyinatı və bu illər ərzindəki fəaliyyətində xeyli geriləyərək ölkənin ən zəif banklarından birinə çevrilib.

Mətbuatda dərc olunan yazılara görə, N.Şurqaia və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən "TBC Bank”-ın rəhbərləri ilə ciddi işbirliyi içərisində olub. Onun dövründə "Yelo Bank”-da "TBC Bank”-dan göndərilən 4 nəfər Gürcüstan vətəndaşı çalışıb.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Nikoloz Şurqaianın Gürcüstanın bank sektorunda ciddi əlaqələri olub və o, bu əlaqələrdən daha çox şəxsi mənfəəti üçün istifadə edib. Bu zaman "Yelo Bank”-ın vəsaitlərini də istifadə etməkdən çəkinməyib.

Məlumata görə, "Yelo Bank”-ın hələ də mənfəətlə işləyə bilməməsinin səbəbi elə bununla bağlıdır. Belə ki, N.Şurqaia və F.Hacınski bankın vəsaitlərini bankdan kənarda qeyri-bank fəaliyyətinə yönəldib milyonlarla dollar gəlir əldə ediblər. Konkret ifadə etsək, Vahid Ələkbərovun pullarını işbirliyində olan tikinti şirkətlərinə, habelə Gürcüstanın "TBC Bank”-nın Azərbaycanda təsis etdiyi Bank Olmayan Kredit Təşkilatı (BOKT) – "TBC Kredit”-ə yönləndiriblər.

Məlumatlarda qeyd olunurdu ki, "Yelo Bank”-dan külli miqdarda vəsaitin adıçəkilən BOKT-a yönləndirilməsi işinə bilavasitə Nikoloz Şurqaia, Spartak (Azərbaycanda Nukri kimi tanınır) Tetraşvili, sədr müavini Fuad Tağıyev və departament direktoru Fuad Mədətov rəhbərlik ediblər. Bankın çökdürülməsində mühüm rol oynamış Gürcüstan vətəndaşları N.Şurqaianın istefaya göndərilməsi ilə eyni zamanda ölkədən gediblər. BOKT-da isə Spartak Tetraşvilini vaxtı ilə onun əlaltısı olan Əjdər adlı şəxs əvəzləyib.

Xatırladaq ki, N. Şurqaia "Yelo Bank”-dan əvvəl "Rabitə Bank” ASC-nin İdarə Heyətinin sədri, sonra "Unibank”-ASC-da yüksək vəzifədə çalışıb. Hər iki kommersiya qurumundan yarıtmaz fəaliyyətinə görə qovulub. Son nəticədə dörd il yarıma "Yelo Bank”-ı çökdürdükdən sonra buradan da uzaqlaşdırılıb. Amma o və kamandası bank sektorundakı əməllərinə görə cəzasız qalıb.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Qeyd edək ki, N. Şurqaianın və ətrafındakı şəxslərin qanunsuz əməlləri barədə dəfələrlə Azərbaycan Mərkəzi Bankında (AMB) müraciət və şikayət edilsə də, heç bir tədbir görülməyib. Belə müraciətlər bir neçə dəfə mətbuatda da işıqlandırılıb, amma nəzarətçi qurumlardan heç bir reaksiya olmayıb.

"Yelo Bank”ın idarə olunmasında həmişə ciddi problemlər olub. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv olunana qədər bankda bir neçə dəfə yoxlama aparıb və ciddi qanun pozuntuları üzə çıxarıb. Sonuncu yoxlama zamanı vəsaitlərin bankdan kənar fəaliyyətlərə yönləndirilməsi məlum olub.

Bütün bunların nəticəsində bankın əsas sahibi azərbaycanlı milyarder, "Lukoil” Neft Şirkətinin rəhbəri Vahid Ələkbərov "Yelo Bank”-a əlavə sərmayə yönəltsə də, xeyri olmayıb.

Bankdakı oğurluq işlərində idarə heyətinin sədrlərindən başqa filial müdirləri və kiçik vəzifəli şəxslər də iştirak edib. 2019-cu ilin əvvəllərində o vaxtkı "Nikoil” İKB-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhə olduğundan faktla bağlı cinayət işi başlamışdı.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr ortaya çıxmışdı.

Nəticədə R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hər il daha da geriləyən "Yelo Bank” 2020-ci ilin 39 milyon 748 min manat xalis zərərlə başa vurub.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Bankın müştərilərinə verdiyi xalis kreditləri 7 milyon 154 min manat azalaraq 249 milyon 679 min manata düşüb. Bu da bankın cəmi aktivlərinin 93 milyon 804 min manat azalmasına səbəb olan əsas göstəricilərdən biridir.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB

"Yelo Bank” 1 il ərzində 79 milyon 87 min manatlıq depozit itirərək depozit portfelini 235 milyon manatadək endirib. Buna görə də bankın cəmi öhdəlikləri 83 milyon 696 min manat azalaraq 333 milyon 839 min manata enib.

Bankın faiz gəliri 4 milyon 134 min manat azalaraq 53 milyon 538 min manata, faiz xərcləri isə 2 milyon 155 min manat artaraq 18 milyon 965 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 6 milyon 289 min manat və ya 15,% azalaraq 34 milyon 573 min manata düşüb. Bankın qeyri-faiz gəliri 1 milyon 255 min manat azalaraq 3 milyon 783 min manata düşsə də qeyri-faiz xərcləri 6 milyon 641 min manat artaraq 40 milyon 802 min manata çatıb. Nəticədə bankın əməliyyat zərəri 14 milyon 185 min manat artaraq 2 milyon 446 min manat olub.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

"Yelo Bank”ın xalis zərəri isə 39 milyon 816 min manat artaraq 39 milyon 748 min manata yüksəlib.

Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 milyon manatdan aşağı düşərsə o zaman o bankın lisenziyası ləğv oluna bilər. "Yelo Bank” isə bu normativə cəmi 3 milyon 805 min manat fərqlə cavab verə bilir. Çünki, bankın məcmu kapitalı 1 il ərzində 15 milyon 152 min manat və ya 22% azalaraq 53 milyon 805 min manata düşüb.

Vahid Ələkbərov bankına milyonlarla manat yatırım etməsinə baxmayaraq, "Yelo Bank” 2020-ci ilin sonunda 39 milyon 748 min manat zərər etməsi bankın aktivlərə görə faiz zərərini (ROA) 10%dən çox edib. Halbuki bu göstərici 2019-cu ilin sonunda 68 min manatla 0,01% aktivlərə görə faiz gəlirliyi əldə edib.

Xatırladaq ki, Azərbaycan banklarında yerləşdirilən əmanətlər ən azı 8%-dən başlayır. Avropa ölkələrində isə bu rəqəm 1%-dən başlayır. Yəni Vahid Ələkbərov əldə olan vəsaiti yerli və ya avropa banklarında əmanət olaraq yerləşdirsəydi, daha artıq gəlir əldə edə bilərdi.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Bankın kapitala görə faiz zərəri (ROE) isə 69,1%-dən çox olub ki, bu da 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 79,2% çoxdur.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vahid Ələkbərovun "Yelo Bank"ı 300 milyon zərərdə - RƏQƏMLƏR

    Vahid Ələkbərovun "Yelo Bank"ı 300 ...

    6-04-2021, 13:52

  • 
  • Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib

    Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib ...

    26-11-2013, 13:00

  • 
  • Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala bilər

    Vahid Ələkbərov Azərbaycanda daha bir bank ala ...

    5-11-2017, 22:45

  • 
  • Tez-tez adını dəyişən “Yelo Bank”- Vahid Ələkbərovun bankı insanları necə müflis edir ?

    Tez-tez adını dəyişən “Yelo Bank”- Vahid ...

    25-10-2021, 16:24

  • 
  • Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?

    Azərbaycanda bankirlə əməkdaşları arasında ...

    13-08-2020, 17:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu