GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “ŞİRVAN OİL” talançıları: Deputat Yusifov və təhsilsiz köməkçinin hegamonluğu-Prezidentə ŞİKAYƏT

“ŞİRVAN OİL” talançıları: Deputat Yusifov və təhsilsiz köməkçinin hegamonluğu-Prezidentə ŞİKAYƏT

Tarix: 22-11-2021, 18:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 353


Dəfələrlərə bu şirkətdən haqsızlıq və özbaşnalıqlarla bağlı televiziyamıza şikayət daxil olur. Gundemxeebr.az mugantv-yə istinadla bildirir ki, bundan bir neçə vaxt öncə Deputat haqqında olan yazılar heç Milli Məclisin İntizam komissiyası tərəfindən də cəzalandırılmadan, bütün sübutlar görməməzlikdən gəlindi. Yəqin bunların arxası güclüdür ki, ölkə qanunların heçə sayırlar. Özəl şirkət arxasında gizlənərək qanunsuz əməllərini qanuniləşdirirlər.

Prezident Davlyatov & Vitse-Prezident İltizam Yusufov

Cənab Prezident İlham Əliyev: Sizə yazaraq bildiririk ki, dəmir yumruğunuzu ölkə daxilində haqqı tapdalayanların başına elə zərbə endirin ki, etdikləri əməllər burunlarından gəlsin.

Ən vacib məsələ:

Deyilənlərə görə Şirvan Oil və Qarasu əməliyyat şirkətinin prezidenti Vladimir Davlyatov, Deputat və vitse prezident İltizam Yusifov və köməkçisi Taleh Məmmədov hegamonluq edir. Belə ki, yaxın 5 ildə hər iki şirkətdə ümumilikdə 3000 nəfər işçi çalışırdisa, hazırda hər ikisində birlikdə 1500 yaxın işçi işləyir.

Taleh Məmmədov

Məsələ bundan ibarətdir ki, sapı özümüzdən olan baltalar xarici şirkət rəhbərlərinə əvvəl yaltaqlıq edirdi, indi isə şirinlik edərək qazanc yol xəritəsi cızırlar. Neftin bir zaman ucuzlaşmasını proqnoz edən şirin oğlan, şirkətə bağlı yeni şirkət yaradır və bu yeni şirkətdə maaşlar biraz yüksək tutaraq iş stajı çox olan ancaq işdən çıxarmaq istədikləri işçilərə ərizə yazdıraraq köhnə iş yerindən uzaqlaşdırmaqla yeni iş yerində işlə təmin edirlər. Bir müddət sonra bu yeni iş yeri bağlanır və kompensassiya almaq hüququnu itirən işçilər yeni iş yerində məlum müddət olmadığından pulsuz qalaraq, məhkəmə orqanları qarşısında da hüquqlarını müdafiə edə bilmirlər. Heyif. Qazanan yenə xarici nümayəndənin işlətdiyi şirkət oldu.

İş yerlərin ixtisar edirlər lakin bu rəhbər şəxslər prezidenti Vladimir Davlyatov, Deputat və vitse prezident İltizam Yusifov və köməkçisi Taleh Məmmədov ayrı ayrılıqda 3-4 vəzifə maaşı alırlar.

Belə ki, Davlyatov hər iki şirkətin filial rəhbərliyini edir. Yusifov vitse-prezident, Şirvan PAYP- da rəhbər və deputat kimi fəaliyyət göstərir. Taleh Şirvan Oil HİK sədri, analitik informasiya mərkəzinin rəisi, aparıcı mütəxəssis və deputat köməkçisi vəzifəsini daşıyır. Burdan ortaya belə bir sual yaranır, bunlardan başqa mütəxəssis yoxdur?

Xatırladaq ki, Talehin heç bir ali təhsili yoxdur. Kompyuter kursu bitirib. Davlyatovda burada, mən Bağdadda kor xəlifə prinsipi ilə işləyir. İnsanların haqlarını tapdalayır, narazılıq edənlər də işdən qovulur. Son 3-4 il ərzində məhkəmə müraciətlərinə baxmaq kifayətdir. Heç kəs də məhkəmələrdə məlum səbəblərdən qalib gələ bilmir. Qalib gələnlərə də müəyyən məbləğ verilərək susdurulur. Sanki insanlara öz yerlərində, yurdlarında qul kimi rəftar olunur. Son 3 ildə Şirvan PAYP və SD şirkətləri yaradıldı. Bu şirkətlərin yaranmağı ilə Caspian və Govel şirkətləri ləğv edildi. SOCAR Şirvan geofizika idarəsi ləğv edildi. Yüzlərlə insan işsiz qaldı. Bu şirkətlərin yaranmağına səbəb ( Şirvan payp) şirkətə xeyr gətirmək deyil. Əksinə ucuz keyfiyyətsiz boruları alıb keyfiyyətli borudan da baha qiymətə öz şirkətinə satır. (SD şirkəti) SOCAR-ın, Caspianin qiymətlərindən də baha qiymətə öz şirkəti üçün iş görür.


Bundan başqa, daxil olan məlumata görə, uzun illərdir Azərbaycanın özəl neft sektorunda fəaliyyət göstərən ruslara məxsus “Global Energy Azerbaijan Group”a (“GEA”) daxil olan “Shirvan Drilling Limited” şirkəti bağlanıb. Bu səbəbdən də şirkət COVİD-19 pandemiyasının ağır dövründə 300-dən çox azərbaycanlı işçini ixtisara salması ciddi qanun pozuntusudur.

Şirkətdə çalışan fəhlələrin redaksiyaya verdiyi məlumata görə, 2019-cu ildə “Karasu Operating Company”, “Neftechala Operating Company” və “Shirvan Operating Company” şirkətlərinin işçiləri yeni yaradılan “Shirvan Drilling Limited” adlı şirkətə köçürülüblər.

Köhnə şirkətdən çıxdıqları üçün işçilərə kompensasiya ödənilməyib. Hətta onları məcbur ediblər ki, ərizə yazaraq öz köhnə işlərindən çıxsınlar.

Cəmi 8 ay fəaliyyət göstərdikdən sonra “Shirvan Drilling Limited” də bu günlərdə fəaliyyətini dayandırıb. Hazırda şirkət rəhbərliyi dünya bazarında neftin qiymətinin düşməsini, satış barelinin azalmasını bəhanə gətirərək işçilərin bir qismini işdən çıxarıb.

Məlumatda qeyd olunur ki, işdən çıxarılanların 286 nəfəri “Karasu Operating Company” və “Shirvan Operating Company”nin, 41 nəfəri isə “Neftechala Operating Company”nin əməkdaşlarıdır.

İşçilərin dediyinə görə, çıxarılanlar arasında pensiya yaşına çatmayan xeyli təcrübəli neftçi var. Hətta onların əksəriyyəti 20-30 illik iş stajına malikdirlər.

Bununla yanaşı “Shirvan Drilling Limited” yaranan vaxt ətraf rayonlardan heç bir təcrübəsi və iş stajı olmayan şəxslər işə götürülüb. Qəribə məqam budur ki, şirkət başqa rayondan olan işçilərin müqavilə müddətini uzatsa da, Şirvan və Neftçala rayonunda yaşayan işçiləri kənarda saxlayıb. Bu isə neftçilər arasında ciddi narazılıq yaradıb.

Başqa rayonlardan gələn insanlar Neftçala və Şirvan ərazisində neftç çıxarır, bu rayonun uzun illərlə təcrübəsi olan, ailəsini bu əməklə dolandıran neftçilər işsiz qalsın. “Bu hansı məntiqdir” sualına cavab verən yoxdur.

Məsələnin ən acınacaqlı tərəfi odur ki, əslən şirvanlı olan və bu rayondan millət vəkili seçilən İltizam Yusifov hazırda “Shirvan Operating Company” şirkətində vitse-prezidentdir. İşçilərin bildirdiyinə görə, İ.Yusifov millət vəkili olduğu halda işdən çıxarılan həmyerlilərinin hüquqlarının bərpa olunması ilə bağlı heç bir addım da atmır. Özünə yaxın olan 1-2 nəfəri işə bərpa etməklə öz vəzifəsini icra etmiş sayır.

GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış “GCM Global Energy Plc.” şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək “Global Energy” şirkətinə çevrilib. “Global Energy”nin sahibi isə çeçen əsilli rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.

GEA Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət sayılır və Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur.

Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Karasu Operating Company”, “Neftechala Operating Company” və “Shirvan Operating Company”.(pia.az)

Bizim istəyimiz, yerli və qara fəhlə olaraq evimizə bir tikə çörək aparmaq arzusundayıq. Onuda əlli yolla əlimizdən alırsınızsa, bir gün o müqəddəs dəmir yumruq inşallah ki, sizində başınıza enər.

İnanıram ki, bizə yazan gizli qalmasını istəyən izləyicimiz bizdən razı qalmışdır. Araşdırmamız davam edəcək. Şikayətinizi dəmir yumruğun sahibinə çatdırdıq.

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neft şirkətinin vitse-prezidenti işdən qovuldu

    Neft şirkətinin vitse-prezidenti işdən qovuldu ...

    6-11-2015, 01:59

  • 
  • “Şirvan-oil”də kütləvi ixtisarlar – ölkədə gərginlik

    “Şirvan-oil”də kütləvi ixtisarlar – ölkədə ...

    17-03-2015, 00:42

  • 
  •  Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...

     Deputatın vitse-prezident olduğu şirkətdə ...

    26-05-2020, 11:12

  • 
  • Vitse-prezident təyin edildi - Sərəncam

    Vitse-prezident təyin edildi - Sərəncam ...

    21-02-2017, 14:18

  • 
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu UEG-in prezidenti seçilməsi münasibəti ilə təbrik edib

    Prezident İlham Əliyev və Birinci vitse-prezident ...

    3-12-2017, 23:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu