GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Oğuzun İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinə qarşı İTTİHAM: - "Məni ölümlə hədələyən şəxsə himayədarlıq edilir"

Oğuzun İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinə qarşı İTTİHAM: - "Məni ölümlə hədələyən şəxsə himayədarlıq edilir"

Tarix: 23-11-2021, 13:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 515

“Məhkəmə qərarı icraçıları bu işdə həmin ailəyə himayədarlıq edir. Nə icra baş idarəsinə zəng etmək, nə də qəbuluna düşmək olur”.

Gundemxeber.az bildirir ki, bu sözləri Oğuz rayonundan ev və torpaq sahəsi alan şəxsin aldadılması ilə bağlı şikayətinin aidiyyatı qurumlar tərəfindən laqeyd yanaşılmasından şikayətçi olan müharibə veteranı Akif Mirsiyaboğlu Yenicag.az-a açıqlamasında deyib.

Müharibə veteranının sözlərinə görə, bir neçə il öncə Oğuz sakinindən mülk almaq üçün razılaşıb və 3000 manat dəyərində beh verib. Lakin evə sahib olmamaqla yanaşı, verdiyi behi də geri ala bilmir. Müvafiq qurumlar isə bu məsələni araşdırmaqdan boyun qaçırır:

“Özüm Xocalıdanam. Soyqırım zamanı atam, anam, Milli Ordunun zabitləri olan iki qardaşım, bacım və gəlinimiz şəhid olublar. 8 azyaşlı və 2 qadın himayəmdə olmaqla, əvvəl Ağdamda uşaq bağçasında yaşamışıq. Həmin bağça işğal olunandan sonra Bakıya köçmüşük. Müharibə zamanı kontuziya almışam, şəkər və ürək xəstəliyindən əziyyət çəkirəm. Bakıya köçəndən sonra öz vəsaitimlə Yeni Günəşlidə aldığım ikiotaqlı bina evində yaşayıram. Müharibə veteranı, məcburi köçkün və şəhid ailəsi kimi heç vaxt mənzil almaq üçün müraciət etməmişəm.

2017-cı ildə təqaüdə çıxdım. Həkimlər şəhərin səs-küyündən uzaq, təmiz havası olan bölgələrimizdən birində yaşamağın səhhətim üçün faydalı olacağını bildirdilər. Buna görə də Oğuz rayonunda yaşayan dostuma müraciət etdim. O, məni Xalxal kəndində yaşayan tanışı Əmirov Tərlan Abuzər oğlunun evinə apardı. Bu şəxslə 30 sot torpağı və evini 30000 manata almağım barədə razılaşdıq. Həmin şəxs məndən 3000 manat beh alaraq bir aya alqı-satqı edəcəyini bildirdi. Lakin bir ay tamam olsa da, Tərlan Əmirov zəbt etdiyi 14 sot bələdiyyə torpağına sənəd düzəltmədi. Əgər bu iş alınmırsa, verdiyim behin qaytarılmasını istədim. Bir il boyunca Oğuz-Bakı yolları arasında qalsam da, sənəd düzəlmədi və pulumu da qaytarmadı. Ona görə də məhkəməyə müraciət etdim. Məlum oldu ki, həmin şəxs 5 il öncə məni onlara aparan dostumdan da 2700 manatlıq tikinti materialı götürüb, lakin pulunu verməyib.

Müraciətimlə bağlı məhkəmə 6027 manat borcu qaytarması üçün qətnamə verdi, amma üç ildir ki, qətnamənin şərtinə də əməl olunmur. Qətnamənin qərarına görə, Əmirov Tərlanın adına olan 1 hektar torpaq sahəsi, 30 sot bağ və əmlakı siyahıya alınmalı, üzərinə həbs qoyulmalı idi. Təəssüf ki, məhkəmə qərarı icraçıları bu işdə həmin ailəyə himayədarlıq edir. Nə icra baş idarəsinə zəng etmək, nə də qəbuluna düşmək olur.

Hazırda Əmirov Tərlan ailəsi ilə birlikdə Bakıda yaşayır. O, Binəqədi şossesində yerləşən dəmir bazarında həm gözətçi, həm də elektrik qaynaqçısı işləyir. Lakin heç bir əmək müqaviləsi yoxdur. Ədliyyə Nazirliyinə müraciətimdən sonra icra məmurları hərəkətə keçdi. Tərlanın həbs qoyulan torpağının 3 sotunun hərraca çıxarılması və vəsaitin mənə ödənilməsi barədə qərar qəbul olundu. Həmin 3 sot torpağı alan olmadığı üçün borcumun 2880 manatı əvəzinə həmin torpaq mənə verildi. Hərrac sənədlərini alıb Qəbələ reyestr xidmətinə getdim. 130 manat ödəməklə mülkiyyət hüququ vermək əvəzinə, mənə payçı kimi sənəd verdilər. Deyildi ki, mülkiyyət hüququ üçün gərək yenidən məhkəməyə müraciət edim. Hazırda mənə mülkiyyət hüququ verilməsi üçün iş araşdırılır. Əmirovlar ailəsi isə telefonla məni ölümlə hədələyir ki, sənə torpaq verməyəcəyik. Əgər ayağın Xalxala dəysə, səni qəbirə göndərəcəyik.

Borcun qalan hissəsi, yəni 3150 manatın ödənilməsi üçün heç bir tədbir görülmür. Bir il əvvəl məndən işin 306-cı maddəsi ilə istintaqa göndərilməsinə etiraz etməməyimlə bağlı ərizə alınsa da, problem hələ də həll olunmayıb. Ölkə başçısına, Ədliyyə Nazirliyinə göndərdiyim teleqram və elektron müraciətlərin əksəriyyəti “Vətəndaşların müraciətinə baxılması haqqında” qanunun 7-ci maddəsinə zidd olaraq, şikayətçi olduğum orqana göndərilməyib və ört-basdır edilir. Bir ay 10 gün bundan əvvəl ölümlə təhdid edilməyimlə bağlı ərizəmə görə də araşdırma başlamayıb”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oğuzun icra başçısı pulu yollara belə “axıdır” – Tenderlərin qalibi öz şirkətidir?

    Oğuzun icra başçısı pulu yollara belə “axıdır” – ...

    7-07-2021, 16:51

  • 
  • Oğuz rayonunda şübhəli tenderlər... - İDDİA

    Oğuz rayonunda şübhəli tenderlər... - İDDİA ...

    18-04-2020, 16:00

  • 
  • Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsin

    Hakim qərar verdi: pulu “Azərsu” yox, icra ...

    5-02-2015, 01:31

  • 
  • "AtaSığorta" sığorta ödənişini etməkdən boyun qaçırır? - GİLEY (FOTOLAR)

    "AtaSığorta" sığorta ödənişini etməkdən ...

    26-08-2020, 13:35

  • 
  • Qarabağ veteranı: "Məni intihar həddinə çatdırıblar"

    Qarabağ veteranı: "Məni intihar həddinə ...

    19-04-2017, 17:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu