23 saylı Poliklinikanın rəhbərliyi Səhiyyə Nazirliyini günahlandırır
Hövsan qəzsəbəsi, Oktay Şabanov küçəsi 41/2 ünvanında yaşayan İbrahimov Firuz Əjdər oğlu redaksiyamıza şikayət məktubu göndərib.
Qeyd edək ki, Firuz İbrahimov Qarabağ müharibəsi veterenıdır. Bəs o, nədən şikayətçidir.
Firuz İbrahimov yazır ki, o, ağır xəstəliklərdən əziyyət çəkir. Belə ki, Firuz bəyin ürəyi və əsəbləri sağlam deyil. O, eyni zamanda onkoloji xəstəlikdən əziyyətçəkir.
Şikayətçi bildirir ki, 23 saylı Hövsan poliklinikasından dərmanlarını ala bilmir: "Səbəbini soruşanda isə deyirlər ki, Səhiyyə Nazirliyi bizə dərman versin, biz də həmin dərmanları sizə verək. Bir sözlə, poliklinika rəhbərliyi bu məsələdə Səhiyyə Nazirliyini günahlandırır".
Qarabağ müharibəsi veteranı bildirir ki, o, 160 manat pensiya alır. Onun sözlərinə görə, bu məbləğ yaşamağa və dərmanları almağa bəs etmir: "Mən ən azı ildə iki dəfə xəstəxana şəraitində müalicə almalıyam. Bu da mümkün deyil. Çünki aldığım təqaüdlə idə iki dəfə xəstəxana şəraitində müalicə almaq mümkün deyil. Müalicə çox bahadır".
Şikayətçi yazır ki, dərmanları ala bilmədiyi üçün ağrılara dözə bilmir, intihar həddinə çatıb: "Sizdən xahiş edirəm ki, qəzetiniz vasitəsilə səhiyyə orqanlarının Qarabağ veteranlarının problemlərinə biganə yanaşdıqlarını ölkə rəhbərliyinin diqqətinə çatdırasınız. Qoy hamı bisin ki, səhiyyə sahəsində çalışan məmurlar müharibə veteranlarının qeydinə necə qalır. Mən ikinci qrup əliləm. 160 manat təqaüdlə necə dolanım? Dərmanlarımı necə alım?"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?