GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra nümayəndəsi yayılan məlumatlara aydınlıq gətirdi, amma ... (FOTOLAR)

İcra nümayəndəsi yayılan məlumatlara aydınlıq gətirdi, amma ... (FOTOLAR)

Tarix: 29-11-2021, 14:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 100


Yəqin ki, bir neçə gün bundan öncə Gundemxeber.az saytında yayımladığımız “İmişlidə RİH-nin başçısı susur, Yavər Şıxəliyev isə “at oynadır” başlıqlı yazıda qeyd olunanlarla bağlı çoxsaylı oxucularımız müəyyən məlumatlar əldə edə bilmişdilər. 


Məqalənin yayımlanmasından sonra tərəfimizdən belə bir məlumat əldə edə bildik ki, bəzi çevrələrdə bu və digər məsələlərlə bağlı müəyyən müzakirələr aparılır, sadalananların baş verib-vermədiyi ciddi şəkildə araşdırılır.

 Bu da onu söyləməyə əsas verir ki, ayrı-ayrı media qurumlarında yayımlan hər bir məqalə, açıqlama və s. aidiyyatı dövlət qurumları tərəfindən diqqətdə saxlanılır. Onu da qeyd edək ki, yayımladığımız  məqalədə əsas nüanslar yerli sakinlərin vaksinasiya olunmaları zamanı verilən dərmanların (Sinovac və Pfizer) heç bir normativ qaydalara əməl olunmadan Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevə verilməsi, bu şəxsin həmin dərmanları uzaq məsafədən götürüb kənddəki tibb məntəqəsinə çatdırması, sakinlərin ad və soyadlarının portala salınması işlərini icra nümayəndəsinin mühasibi İkram Şıxəliyevin həyata keçirməsi, bu ilin 8 noyabrında hüquq-mühafizə orqanı əməkdaşlarının kənd icra nümayəndəsi Yavər Şıxəliyevi bir sutka, baş mühasib İkram Şıxəliyevi üç sutka, diş texniki işləri ilə məşğul olan şəxsi isə, dörd sutka ərzində saxlamaları, az sonra sərbəst buraxılmaları, sakinlərin vaksinasiya olunmalarını həyata keçirmək üçün MRX-dan Hacırüstəmli kənd tibb məntəqəsinə bir nəfər Göyçək adlı (ad şərtidir) tibb bacısının göndərilməsi, ötən günlərin birində iş saatlarından sonra kənd icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovun tibb bacısına “sancaq saçması” səbəbindən adı çəkilən xanımın  tibb məntəqəsini birdəfəlik tərk etməsi və bir daha iş başına qayıtmaması, bu yöndə baş verən söz-söhbətlərdən Yavər Şıxəliyevin məlumatlı olması, onun müavini Niyaməddin Cəfərova “Səhərdən işə gəlmə” deməsi və s. haqda çatdırılan məlumatlar idi. Düzdür, belə bir məlumatlar redaksiyamıza çatdırıldıqdan sonra, qeyd olunanlarla bağlı məqalə yayımlayıb, yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazır olduğumuzu da bildirdik. 

Elə ki, əməkdaşımız Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevlə əlaqə saxlayıb, sadalananlara münasibət bildirməsini xahiş edir, o halda o, “Bilirsiniz, bəzən elə hallar olur ki, kimlərsə  bizim fəaliyyətimizə kölgə salmaq niyyətinə düşürlər. Qeyd edim ki, sakinlərin vaksinasiya olunmaları zamanı verilən dərmanları lazımi normativ qaydalara əməl etmək şərtilə kənddəki məntəqəyə çatdırırıq. Yəni, sizə təqdim etdiyim şüşə qabların foto-şəkillərindən də görünür ki, dərmanlar təlimata uyğun məntəqələrə çatdırılır. Həmin vaxt dərmanlar siyahı ilə qəbul olunur, boş şüşə qablar siyahı ilə təhvil verilir. Sakinlərin vaksinasiya olunmalarını tibb işçiləri həyata keçirirlər. Kəndimiz rayon mərkəzindən uzaq olduğundan vaksinasiya zamanı tibb işçilərinin çatışmazlığı yaranır,  o halda rəhbərliyin verdiyi tapşırıq əsasında diş texniki işləri ilə məşğul olan şəxs iynə vurmaqda deyil, digər məsələlərdə bəzən onlara köməklik göstərir. Mənimlə birlikdə rəhbərlik etdiyim qurumda çalışanlar da, sakinlərin vaksinasiya olunmaları üçün lazımi təbliğat işlərini həyata keçirirlər. İkram Şıxəliyev Hacırüstəmli kənd icra nümayəndəliyində mühasib işləyir. O, yalnız öz işi ilə məşğul olur və heç bir halda sakinlərin ad və soyadlarının portala salınması işlərini yerinə yetirmir. Hacırüstəmli kəndi İmişli rayonunun ucqar kəndlərindən biridir və bizim kəndddə dədə-babadan qalma adət-ənənəyə olduqca önəm verilir. Yəni, kənddə hər kəs bir-birini tanıyır, yerli sakinlərin hər biri kimin hansı əməl və amal sahibi olması haqda məlumatlı olurlar. Əgər kimsə əxlaqımıza, mənəviyyatımıza, adət-ənənəmizə zidd addımını atarsa, o halda hər kəs həmin şəxsi qınayır. Odur ki, biz kəndin rəhbər şəxsləri olaraq təlim-tərbiyə məsələlərinə olduqca diqqət yetiririk, gənclərin sağlam ruhda böyümlərinə, formalaşmalarına çalışırıq. Şəxsən mən bir icra nümayəndəsi olaraq RİH-nin başçısı cənab Elçin Rzayevin, tabe olduğumuz şöbənin səlahiyyətli şəxslərinin verdikləri tapşırıqları lazımi səviyyədə yerinə yetirməyə, kənd sakinlərinə məxsus problemləri aradan qaldırmağa çalışıram. Çünki, bu mənim üzərimə düşən vəzifə borcumdur” deyir.

Düşündürücü hal o olur ki, Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyev əməkdaşımızın ünvanladığı belə bir suala, yəni müavini Niyaməddin Cəfərovun tibb bacısına “sancaq saçması” məsələsinə heç cür aydınlıq gətirmək istəmir. Bu cür yanaşma ortaya çoxsaylı sualların çıxmasına səbəb olsa da, adı çəkilən vəzifə sahibinin susması, əslində bu gün də bizi təəccüb içində qoymaqdadır. Yavər Şıxəliyev belə bir olayla bağlı ünvanlanan sualı cavablandırmaq istəməsə də, biz KİV nümayəndəsi olaraq bu yöndə araşdırmamızı həyata keçirib, məhz bəzi gizlinləri üzə çıxarmağa çalışacağıq. Yəqin ki, o halda hər kəs baş verənlərdən ətraflı məlumatlı olacaq və RİH-nin başçısı cənab Elçin Rzayev, əxlaq və mənəviyyat məsələlərinə sol gözü ilə baxan, həmçinin 2017-ci ildən Hacırüstəmli kənd icra nümayəndəliyində müavin vəzifəsini daşıması Niyaməddin Cəfərovla bağlı lazımi qərarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.


 P. S. Hörmətli oxucular! Növbəti saylarımızda müavin müəmması ilə bağlı hər kəsi məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə RİH-nin başçısı susur, Yavər Şıxəliyev isə “at oynadır”

    İmişlidə RİH-nin başçısı susur, Yavər Şıxəliyev ...

    22-11-2021, 14:21

  • 
  • Cəlilabadda yardımları mənimsəyənlər bir daha daşıdıqları vəzifələrinə nədən qayıtmaq istəyirlər? - GİLEY

    Cəlilabadda yardımları mənimsəyənlər bir daha ...

    12-06-2020, 23:02

  • 
  • Köhnə klanlardan qalan məmurlar, medianı müxtəlif yollarla susdurmağa çalışırlar - ILGINC GƏLIŞMƏ  ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

    Köhnə klanlardan qalan məmurlar, medianı müxtəlif ...

    21-05-2020, 11:05

  • 
  • Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi

    Abşeron RİH-i başçısının Görədil sakinləri ilə ...

    21-02-2020, 16:02

  • 
  • KİV nümayəndələrindən “müdrik” addım

    KİV nümayəndələrindən “müdrik” addım ...

    3-05-2015, 13:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu