GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Korrupsiya qoxulu SIĞORTA ŞƏBƏKƏSİ... - İTTİHAM

Korrupsiya qoxulu SIĞORTA ŞƏBƏKƏSİ... - İTTİHAM

Tarix: 1-12-2021, 13:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 274

Son dövrlərdə adı korrupsiya hallarında səslənən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov haqqında daha bir jurnalist araşdırması aparılmışdır. 

Gundemxeber.az Adekvat.az-a istiandla bildirir ki, ötən dövr ərzində bir neçə dəfə işlədiyi qurumda yol verdiyi qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən sui-istifadə barəsində kifayət qədər sübutlarla hazırlanmış xəbərlərin ictimailəşməsinə baxmayaraq qurumun rəhbəri haqqında sığorta sektoruna nəzarət funksiyasını həyat keçirən Mərkəzi Bank tərəfindən heçbir tədbir görülməməkdədir. İcraçı direktorun qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən kobudcasına sui-istifadə etməsinə dair Mərkəzi Banka dəfələrlə Büronun əməkdaşları tərəfindənmüraciət edilməsinə baxmayaraq müraciətlər nəinki cavabsız qalmış hətta şikayətlər ört basdır edilmişdir. Əlbəttə ki, R.Əhmədova bucür dəstək səbəbsiz deyildir.

Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktorudur və eyni zamandada maraqlı şəxs olmasına və Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 9.3.1 maddəsinə (xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq) zidd olmasına baxmayaraq ödənişli əsaslarla Standard İnsurance sığorta şirkətinin ləğvetmə komisiyasının sədri təyin edilmişdir.
Asan anlaşılan olsun deyə belə deyək ki, sığorta hadisəsi zamanı vətəndaşın mülkünə ziyan dəyən zaman zərəri qiymətləndirmə, dəymiş zərəri ödəmə və bütün sənədləşmələri həyata keçirmək kimi bir çox səlahiyyətlər eyni adama verilmişdir ki, buda böyük sui-istifadə hallarına şərait yaratmaqdadır.Hər iki yüksək strateji vəzifənin rəhbəri olmasından istifadə edən direktor üst qurumlara öz dırnaq arası qabiliyyətini sırımaq məqsədilə əmək məcəlləsini və qanunvericiliyi kobudcasına pozaraq Büronun əməkdaşlarının əksəriyyətini əməklərinin qarşılığının ödənəcəyi vədi ilə Standard İnsurance sığorta şirkətinin ləğvetmə prosesinə cəlb etmiş və onların əməyini qanunsuzcasına istismar etmişdir. Nəzərinizə çatdıraq ki, araşdırma nəticəsində rəhbərin ləğvetmə prosesində özünə yaxın olan kadrları yüksək səviyyədə maddi mükafatlarla qiymətləndirməsinə, özünə yüksək əmək haqqı təyin etməsinə baxmayaraq digər işçilərin haqqı tapdanılmışdır. Beləki bir müddət sonra aldandıqlarını və onlara heçbir ödənişin ödənməyəcəyini dərk edən işçilərdən bəziləri öz haqqlarına tələb etdiklərindən uzaqlaşdırılmış bəziləri isə ədalətin bərpası üçün məhkəməyə üz tutmuşdurlar.Elə bu səbəbdəndir ki, artıq 3 əməkdaş haqqlarının bərpa edilməsi iddiası ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və hal-hazırda məhkəmə prosesləri davam etməkdədir.
Bu şübhələrdən yola çıxaraq bütün səlahiyyətlərin nəyə əsasən bilərəkdən bir şəxsə verilməsinə mötəbər qurum sayılan Mərkəzi Bankın səlahiyyətli şəxsləri tərəfindən göz yumulması araşdırılmışdır.
Ləğvetmə prosesi eləcədə İcbari Sığorta Bürosunun fəaliyyətinə nəzər saldıqda aydın olur ki, bu qurumu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevlə sıx bağlayan bir neçə incə məqamlar vardır. Məlumatınız olduğu kimi sığorta şirkətlərinin fəaliyyətlərinin əsas hissəsini avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü təşkil edir. Avtomobillərin icbari sığortası üzrə əsas funksiyalardan biridə qəza zamanı zərər dəymiş avtomobillərin sığorta şirkətləri tərəfindən avto servislərdə təmir etdirilməsidir. Belə ki, Standard İnsurance sığorta şirkətitərəfindən qəza nəticəsində təmirə ehtiyacı olan bütün avtomobillər bağlanılmış müqavilə əsasında şişirdilmiş qiymətlərlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən CARPOİNT avtoservisinə yönləndirilməkdədir.

İlkin araşdırmamız zamanı isə CARPOİNT servisinin Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyevə məxsusluğu müəyyənləşdirilmişdir. Servisin direktoru isə onun oğlu Natiq Quliyevdir. Servisdə avtomobilimizi təmir etdirməyə çalışdıqda isə orada çalışan ustalardan alınan məlumata əsasən servisin Alim Quliyevin oğlu Natiq Quliyev tərəfindən idarə edilməsi öz təsdiqini əyani olaraq tapmışdır.
Bundan əlavə İcbari Sığorta Bürosuna məxsus xidməti avtomobillərində baxımı həmin servisdə həyata keçirilməkdədir.
Qurulmuş mükəmməl mexanizm vasitəsilə qəza nəticəsində təmirə ehtiyacı olan avtomobillərin sahibləri olan siravi vətəndaşlar bu servisə yönləndirilir və təmir bitdikdən sonra isə təmir haqları Rəşad Əhmədov tərəfindən Alim Quliyevin servisinə ödənilir. Yəqinki, bu kimi səbəblərdəndir ki, adı bir neçə dəfə korrupsiya faktlarında hallanan və öz əməkdaşları tərəfindən dəfələrlə şikayət edilməsinə, işlərin məhkəmə müstəvisinə keçməsinə baxmayaraq haqqında tədbir görülməyən direktorhələdə öz əməllərinə davam etməkdədir.
Mərkəzi Bank tərəfindən bilərəkdən nəzarət edilməyən qurumun rəhbərinin başı son illərdə İSB-nun hesabına vəsaitlərdən qeyri qanuni şəkildə istifadə edərək özünə lüks həyat tərzi yaratmağa qarışmışdır. Xarici ölkələrə səfər etməyi sevən rəhbər qurumun hesabına Avropanın məşhur ölkələrinə lazımsız ezamiyyətlər təşkil edərək orada özünün tapşırığına əsasən İcbari Sığorta Bürosunun bank hesablarına bağlı müxtəlif valyutalı korporativ kartlar ilə lüks həyatını davam etdirmək məqsədilə qanunsuz xərcləmələr etməkdədir. Ölkənin sığorta bazarı üçün strateji ehtiyyat fondu olan ictimai təşkilatın idarəetməsinə məsul olan şəxs ölkədə olduğu müddətlərdə də yüksək əmək haqqı almasına baxmayaraq xalqın vəsaitləri hesabına brend otel və restoranlarda nahar və şam etməkdən çəkinməmişdir.
Adi korporativ kartlardan bucür sui-istifadə edən birisinin görün sığorta sektorunun strateji ehtiyatlarından necə istifadə edə biləcəyinin düşünülməsi belə ürkütücüdür.
(Ekspertin bu əməllərin hansı qanunlarla cəzalandırılması barədə rəy verməsi məqsədəuyğun olardı)
Cinayət Məcəlləsi Maddə 179. Mənimsəmə və ya israf etmə
Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə
Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

İcbari Sığorta Bürosunda işə götürmə ilə bağlı heçbir kadr siyasəti və bununla bağlı hər-hansı qaydalar mövcud deyil. Buda rəhbərin məqsədli addımlarını ata bilməsi üçün vacibdir. Belə ki, direktor Büroya təyinat alandan işə götürülən siravi işçi və rəhbər heyətin əksəriyyəti ölkənin sığorta bazarında kiçik paya malik qeyri peşəkar qurum sayılan Sənaye Sığorta şirkətindən vaxtilə azad olunmuş ixtisasca sığorta sektoruna uyğun gəlməyən şəxslərdir (R.Əhmədov özü həmin şirkətin sədri olmuş və naməlum şəkildə səriştəsiz idarəetməyə və ilin çox hissəsini ezamiyyətlərdə olmasına əsasən rəhbərlik tərəfindən cəzalandırılaraq qovulmuşdur).
Diqqətdən yayınmamalıdır ki, Rəşad Əhmədov ləğvetmə komissiyasının sədri təyin edildikdən sonra dərhal ləğv prosesində olan Standard İnsurance sığorta şirkətində qəzaların qiymətləndirilməsi və ödənilməsi şöbəsinin (korrupsiya imkanları ən geniş olan şöbələr) əməkdaşlarını işdən uzaqlaşdıraraq yerinə özünə yaxın olan yenə Sənaye Sığorta-da işləmiş şəxsləri götürmüşdür ki, buda məqsədin aşikar olduğunu bəyan edir.
(Ekspertin bu əməllərin hansı qanunlarla cəzalandırılması barədə rəy verməsi məqsədəuyğun olardı)
Əmək Məcəlləsi Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
Cinayət Məcəlləsi - Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə

GUNDEMXEBER.AZ



 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad Əhmədovdan şikayət

    İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad ...

    8-05-2021, 11:03

  • 
  • İcbari Sığorta Bürosunun hüquqları pozulmuş əməkdaşları dövlət qurumlarına müraciət etdilər

    İcbari Sığorta Bürosunun hüquqları pozulmuş ...

    23-09-2021, 16:39

  • 
  • İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

    İcbari Sığorta Bürosunun rəhbərliyində ...

    1-04-2019, 11:00

  • 
  • İşçiləri Rəşad Əhmədovu məhkəməyə verdi - 115 minlik iddia

    İşçiləri Rəşad Əhmədovu məhkəməyə verdi - 115 ...

    7-10-2021, 17:18

  • 
  • Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş məhkəməyə getdi

    Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş ...

    25-12-2014, 23:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu