GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Başıma torba keçirib, döydülər…” -"Başımı qaldırıb, şəklimi çəkib göndərdilər"

“Başıma torba keçirib, döydülər…” -"Başımı qaldırıb, şəklimi çəkib göndərdilər"

Tarix: 2-12-2021, 08:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 313

Həbsdə aclıq edən AXCP üzvü Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb


 Əbülfəz Elçibəyin prezidentliyi dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2018-ci ilin mayında Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımı ittihamıyla həbs olunan Saleh Rüstəmli 26 gündür ki, aclıq edir. Artıq səhhətində kəskin problemlər yaranmasına və vəziyyətinin kritikləşməsinə baxmayaraq, o, aclığı dayandırmayacağını deyib. Bu barədə redaksiyamıza onun oğlu Sezgin Rüstəmov məlumat verib:

“Vəkil Bəhruz Bayramov atamla görüşüb. Atam bir daha vurğulayıb ki, ya azadlığa çıxacaq, ya da oradan meyitini çıxaracaqlar”.

Dekabrın 1-də bir qrup ictimai-siyasi fəal Bakının mərkəzində – Fəvvarələr meydanında Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiyanın təşkilatçıları olan ictimai fəallar – Mete Türksoy və İlkin Rüstəmzadə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərərək 1 dekabr saat 15.00-da belə bir aksiyanın keçiriləcəyi barədə xəbərdarlıq etmişdilər. Müraciətə heç bir cavab verilməsə də, təyin edilən aksiya deyilən vaxtda keçirilib.

Təşkilatçılar Mete Türksoy və İlkin Rüstəmzadə tədbirdən bir neçə saat əvvəl saxlanılıb. M.Türksoy “Dostluq” kinoteatrının yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. İ.Rüstəmzadə isə AXCP üzvü Ramiz Cəfərovla birlikdə tutulub.


“Saat 14.20-də mən və İlkin Rüstəmzadə aksiyaya gedərkən mindiyimiz taksini saxladılar. Bizi avtomobildən düşürüb, öz avtomobillərinə mindirdilər. Əvvəlcə hava limanı yoluna, sonra isə Xızıya gətirdilər…”, – deyə Ramiz Cəfərov bildirib.

Bir neçə saat sonra Mete Türksoyu Ələt qəsəbəsində, İlkin Rüstəmzadəni isə Xızıda buraxıblar.

Təşkilatçıların saxlanmasına baxmayaraq, saat 14:50-də bir qrup aktivist Fəvarələr meydvanında “Saleh Rüstəmliyə azadlıq!”, “Bütün siyasi məhbuslara azadlıq!” şüarları səsləndirməyə başlayıb. Əraziyə cəlb olunmuş yüzlərlə polis əməkdaşı onların qarşısını kəsərək aksiyanın davam etməsinə imkan verməyib. Polislər iştirakçıları saxlayıb apararkən onlara qarşı fiziki güc tətbiq olunub.

Aksiyada ümumilikdə 40-dan artıq şəxs saxlanılıb. Onların arasında Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmova və digər qohumları, siyasi fəallar Tofiq Yaqublu, onun qızı Nigar Həzi, ictimai fəal gənclərdən Əmrah Təhməzov, Emin Xəlil, Novruz Əliyev, AXCP üzvləri Namiq Abbasəliyev, Babək Həsənov, İlham Hüseyn, Saqif Qurbanov, Elnur Quliyev, Tünzalə Əmirova, Mehriban Hüseynli və digərləri olub.

Saxlanılanların bir qismi axşam saatlarında sərbəst buraxılıb. Məlum olub ki, onların əksəriyyəti polislər tərəfindən fiziki zorakılığa məruz qalıb.

Tofiq Yaqublunun üzündə işgəncə izləri aşkar görünür. Onu Fəvvarələr meydanında dayandığı zaman 5-6 polis zor tətbiq edərək aparıb. Qızı Nigar Həzinin bildirdiyinə görə, Tofiq Yaqublu öncə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə gətirilib. Orada bir neçə nəfər polis tərəfindən döyüldükdən sonra axşam saat 19.00 radələrində Ələt qəsəbəsinə aparılaraq, orada buraxılıb: “Ata dedi ki, onu həm polis bölməsində, həm Ələtə aparanda yolda, həm də maşından düşürəndə döyüblər. Saxlanılanların əksəriyyəti hələ də 39-cu bölmədədir. Onlara da işgəncə verilir”.

Tofiq Yaqublunun işgəncəyə məruz qaldığını sübut edən foto sosial mediada yayılandan sonra bir qrup qadın aktivist 39-cu polis bölməsinin qarşısında etiraz edib.

T.Yaqublu özü başına gələnlər barədə bunları deyib:


“Məni saxlayıb maşına mindirəndə vurdular, amma o qədər də yox. Polis bölməsinə “bandotdel”dən (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) xüsusi adamlar gəlmişdi. Əllərimi arxadan qandallayıb yerə yıxdılar, başıma torba keçirdilər, döydülər. Sonra məni maşına mindirdilər, harasa apardılar. Başımda torba olduğuna görə hara apardıqlarını bilmirdim. Yolda zəng gəldi, başımı qaldırıb, şəklimi çəkib göndərdilər. Nə cavab gəldisə, yenə döyməyə başladılar maşında. Sonra körpünün altında düşürüb döydülər. Başqa bir maşın gəldi, ona mindirdilər, Ələt qəsəbəsinə aparıb orada düşürdülər”.


T.Yaqublunun sözlərinə görə, döyə-döyə ondan prezidentin ünvanına tənqidlərini dayandırmaq, mübarizədən əl çəkmək tələb olunub. Əks halda, aqibətinin daha da pis olacağıyla hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, aksiyada saxlanan şəxslərin bir qisminə xəbərdarlıq edilərək onlar sərbəst buraxılıb, digərləri barəsində isə araşdırmalar davam edir. DİN rəsmisi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması barədə deyilənləri isə təkzib edib. O bildirib ki, T.Yaqublunun polis bölməsində döyülməsi barədə iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.(pressklub)


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şura Saleh Rüstəmlinin həyatına yaranan təhlükə ilə bağl bəyanat yaydı

    Milli Şura Saleh Rüstəmlinin həyatına yaranan ...

    29-11-2021, 20:35

  • 
  • Saleh Rüstəmovun həbs müddəti 109 gün uzadılıb

    Saleh Rüstəmovun həbs müddəti 109 gün uzadılıb ...

    4-09-2018, 12:27

  • 
  • Aksiya keçirən AXCP üzvləri saxlanılıb

    Aksiya keçirən AXCP üzvləri saxlanılıb ...

    21-08-2018, 11:27

  • 
  • Gədəbəyin sabiq icra başçısı və qardaşı oğlu həbs edilib - səbəb

    Gədəbəyin sabiq icra başçısı və qardaşı oğlu həbs ...

    14-05-2018, 12:28

  • 
  • Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi köməklik göstəriləcək

    Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi ...

    15-05-2018, 16:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu