GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə sakinlər RİH başçısının verəcəyi qərarı gözləyirlər

İmişlidə sakinlər RİH başçısının verəcəyi qərarı gözləyirlər

Tarix: 2-12-2021, 15:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 174

 Məlumdur ki, 31 may 2007-ci il tarixdə dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun dövlət qulluqçularının etik davranış qaydalarını və prinsiplərini, onlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində hər bir dövlət qulluqçusunun qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmaları və bu Qanunun müddəalarına əməl etməyə borclu olmaları qeyd olunub. Qanunun 5-ci maddəsinin 5.2-ci hissəsində qeyd olunub ki, dövlət qulluqçuları etik davranışları, peşəkar fəaliyyətləri ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamının artırılmasına və möhkəmləndirməlməsinə çalışmalıdırlar. Qanunun 7-ci maddəsinin 7.1-ci hissəsində isə qeyd olunub ki, dövlət qulluqçuları Azərbaycan Respublikasının, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, ən əsası öz adını və şərəfini uca tutmağa borcludurlar. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunsa da, gündemxeber.az-ın apardığı araşdırmalar əsasında məlum oldu ki, 1985-ci il təvəllüdlü və daha gənc yaşlarında ikən İmişli rayonunun Qızılkənd  və Ağamədli kəndlərində müəllim işləmiş, daha sonra “N” saylı hərbi hissədə vəzifə sahibi olmuş və hərbi hissə komandanlığının əvəzindən rəsmi sənədə imza atdığına görə daşıdığı vəzifəsindən qovulmuş,  2017-ci ildən indiyə kimi İmişli rayonunun Hacırüstəmli kənd icra nümayəndəliyində müavin vəzifəsini daşımaqda olan Niyaməddin Cəfərov, görəsən dövlət qulluqçusu olaraq Qanunun belə bir tələblərinə əməl edirmi? Əsla yox! Bu yöndə apardığımız araşdırmalardan, Hacırüstəmli kənd sakinləri arasında yayılan söz-söhbətlərdən bəlli olur ki, adı çəkilən bu vəzifə sahibi heç bir halda Qanunun tələblərinə əməl etmir, əksinə o, çalışdığı sahəyə daha çox utanc hissi gətirməklə məşğul olur. Bu və digər məsələlərlə bağlı redaksiyamıza çatdırılan məlumatlardan bəlli olur ki, bir müddət bundan öncə sakinlərin vaksinasiya olunmalarını həyata keçirmək üçün, İmişli MRX-dan Hacırüstəmli kənd tibb məntəqəsinə bir nəfər Göyçək adlı (ad şərtidir, amma həmin xanımın əsl adı redaksiyamıza məlumdur) tibb bacısı göndərilir. Günlərin birində iş saatlarından sonra gənc və enerjili olan, həmçinin kənd icra nümayəndəliyində müavin vəzifəsini daşıyan Niyaməddin Cəfərov, tibb bacısına “bir könüldən min könülə aşiq olur” və ona əlüstü “sancaq saçmaq” qərarına gəlir. Söylənilənlərə görə, çox keçmir ki, bu “sancaq saçmaq” əməliyyatının səs-sorağı, sanki ildırım sürətilə kənd sakinləri arasında yayılır və kiçikdən böyüyə hər kəsin ciddi  müzakirələrinə  səbəb olur. Belə olan halda Göyçək adlı tibb bacısı ləngimədən “göyçək addım”ını atır və müəyyən dedi-qodulardan, yerli sakinlərin küncdə-bucaqdakı müzakirələrindən qurtulmaq üçün tibb məntəqəsini tərk edir və bir daha iş başına qayıtmır. Yaşanan olayla bağlı əksəriyyət belə bir qənaətə gəlir ki, Niyaməddin Cəfərovun atdığı addım nə əxlaqımıza, nə etikamıza sığışır, nə də ki, onun özünün daşıdığı məmur vəzifəsinə yaraşır. Çünki, bu şəxs dərk etməli idi ki, o, doğulub boya-başa çatdığı Qızılkənd kəndindən xeyli aralı məsafədə yerləşən Hacırüstəmli kəndində çalışır və bu kənddə icra nümayəndəsinin müavin vəzifəsini daşıyır. Deməli, Niyaməddin Cəfərov bir qədər gənc olsa da, əslində o, nümayəndəliyin rəhbər şəxslərindən biri hesab olunur. Yəni, bu şəxs öz davranışı, danışığı, yanaşması və s. kimi göstəriciləri ilə kənd sakinlərinə, bir sözlə ətrafda olan hər kəsə, ələlxüsus gənclərə nümunə olmalı olduğu halda, o, belə bir addımını atır və MRX-dan göndərilən tibb bacısına əlüstü “sancaq saçır”.

Əldə etdiyimiz məlumatlara görə, baş verən olaylardan sonra kənd sakinlərinin tam əksəriyyəti belə bir qənaətə gəlirlər ki, İmişli RİH-nin başçısı cənab Elçin Rzayev, Hacırüstəmli kənd icra nümayəndəliyində müavin vəzifəsini daşıyan Niyaməddin Cəfərovla bağlı lazımi tədbirlərini görəcək. Yəni, ona oturduğu “kreslo”sundan “dur” deyəcək. Çünki, bu şəxsin atdığı addım təkcə əxlaqımıza, etikamıza, milli-mənəvi dəyərlərimizə deyil, bütövlükdə icra hakimiyyəti orqanlarının adına ləkədir. Ona görə ki, bu şəxs yuxarıda qeyd etdiyimiz kimi, dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməli olduğu halda, məhz belə bir yanaşmasını ortaya qoyur və iyrənc addımını atıb, adını dillər əzbəri edir. Təəssüf doğuran hal odur ki, bu günə kimi rəhbərlik tərəfindən Niyaməddin Cəfərovla bağlı heç bir tədbir görülməyib, əksinə RİH Aparatında yüksək çinli vəzifə sahiblərindən bəziləri onu müdafiə etməyə meylli görünürlər. Bu da onu sübut etməyə əsas verir ki, Niyaməddin Cəfərov ona qarşı heç bir cəza tədbiri görülmədiyini hiss etdiyindən, bu gün o, özünü olduqca rahat hiss edir. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.

Gundemxeber.az xəbər portalı  

P. S. Hörmətli oxucular! Növbəti araşdırma yazılarımızda  Niyaməddin Cəfərovu müdafiə etməyə meylli görünən və hal-hazırda RİH Aparatında yüksək vəzifə sahibi olan şəxsin əməllərindən də bəhs etməyə çalışacağıq. Bizi izləyin.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə sakinlər icra başçısından və birinci müavindən narazılıq edirlər – VİDEO/FAKT

    İmişlidə sakinlər icra başçısından və birinci ...

    6-09-2020, 14:16

  • 
  • İmişlidə 15 yaşlı oğlan dəm qazından öldü

    İmişlidə 15 yaşlı oğlan dəm qazından öldü ...

    6-11-2019, 10:00

  • 
  • Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

    Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat ...

    7-12-2020, 12:38

  • 
  • Deputat və icra başçısının yalanı faş oldu

    Deputat və icra başçısının yalanı faş oldu ...

    1-02-2013, 10:22

  • 
  • Sakinlər başçını axtarır... - GİLEY

    Sakinlər başçını axtarır... - GİLEY ...

    29-01-2019, 18:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu