GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı OYUNBAZLIĞI... - BUNUN BAŞQA ADI YOXDUR...

Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı OYUNBAZLIĞI... - BUNUN BAŞQA ADI YOXDUR...

Tarix: 8-12-2021, 15:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 348

Məlum olduğu kimi, dövlət qurumlarının müxtəlif xidmətlərin və malların satınalmalarını tender və kotirovka sorğuları yolu ilə həyata keçirməsi qanunla mütləqdir. Bunun üçün qəbul olunmuş xüsusi qanunlar da mövcuddur. Lakin son illər dövrü mətbuatda satınalma prosedurları ətrafında dolaşan məlumatlar burada çoxsaylı qanun pozuntularına yol verildiyini deməyə əsas verir. Burada daha çox keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilir, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmır, bağlanmış müqavilələrdə qiymətlər süni şəkildə şişirdilir və sair.

Gundemxeber.Az aktualinfo.org-a istinadla bildirir ki, araşdırmalar zamanı bir çox dövlət qurumlarının elan olunmuş tender və kotirovka sorğularının nəticəlirini ictimaiyyətdən gizlətdiyini də müəyyən edilib. Belə ki, bir çox qurumların rəhbərləri özlərinə yaxın podratçılarla şişirdilmiş qiymətlərlə bağladığları müqavilələri qanunda nəzərdə tutlduğu kimi ictimaiyyətə açıqlamadan həyata keçirirlər. Bunun arxasında isə təbii ki, dövlət vəsaitlərinin “otkat” üsulu ilə talanması dayanır.

Bu yaxınlarda tikintisi və quraşdırılması tam şəkildə başa çatan Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası uşaq sağlamlığına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bunun üçün hələ 2019-cu ildə Prezidentin sərəncamı ilə Səhiyyə Nazirliyinə 11 468 300 manat ayrılmışdır. Hərtərəfli təmirdən sonra Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyası abadlaşma, təmir və müxtəlif xidmətlərin satınalması məqsədi ilə kotirovka sorğuları da keçirmişdir. Amma necə? Gizlin şəkildə.

Bunun üçün Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyası tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğularına nəzər salmaq kifayət edər.

Digər kommunal xidmətlər üzrə 05.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Kanalizasiya xidmətləri üzrə 02.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Texniki və İçməli suyun alınması üzrə 02.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə mallarınım alınması üzrə 02.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər malların alınması üzrə 15.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə mallarının satın alınması üzrə 23.07.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Su haqqının ödənilməsi üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlak yönümlü müxtəlif xidmətlər üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər kommunal xidmətlər üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə məhsullarının alınması üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və Təsərrüfat malları üzrə 11.02.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasının Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Sanatoriya tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Lakin Sanatoriyanın Tender Komissiyasına ünvanladığımız sorğu məktubundan sonra bu gizlinlərə aydınlıq gətirib. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi kotirovka sorğularının keçirilməsi barədə elanlar cari ilin fevral ayında dərc olunub. Lakin Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasının Tender Komissiyası kotirovka sorğuları üzrə nəticələri satınalma müqavilələri bağlandından 5 bank günü sonra deyil, 9 ay sonra ictimaiyyətə açıqlayıb. Yəni kotirovka sorğularının pulları yeyilib,üstündən də su işildikdən sonra. Bəs bu kotirovka sorğuları ictimaiyyətə niyə vaxtında açıqlanmayıb? Bunun səbəblərini bağlanmış müqavilələr haqqında aşağıdakı məlumatlardan da görmək olar.

04.03.2021-ci il tarixdə İstehlakyönlü müxtəlif xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda ” ELEKTRO SERVİS” MMC qalib elan edilmişdir və 27 980 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

04.03.2021-ci il tarixdə Mətbəə mallarının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “TREMİX -CO” MMC qalib elan edilmişdir və 25 000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

Digər kommunal xidmətlər üzrə “LİG STAR MMC qalib elan edilmişdir və 34 999 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

04.03.2021-ci il tarixdə Dəftərxana və Təssərrüfat mallarının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “LİG STAR MMC qalib elan edilmişdir və 48 980 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır. Sanatoriya müqavilə bağlayarkən bu MMC cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınıb.

04.03.2021-ci il tarixdə Digər malların satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “TREYD SERVİS “MMC qalib elan edilmişdir və 35000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

04.03.2021-ci il tarixdə Texniki və İçməli suyun daşınmasının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “SCARLET-LTD”MMC qalib elan edilmişdir və 49 779 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 06.12.2021-ci il tarixdə açıqlanmışdır.

26.04.2021-ci il tarixdə digər kommunal xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “SCARLET-LTD”MMC qalib elan edilmişdir. Lakin 07.12.2021-ci il tarixdə satınalma müqaviləsinin bağlanıldığı barədə bildiriş verilmiş, ayrılmış vəsaitin məbləği açıqlanmamışdır.

26.04.2021-ci il tarixdə Abadlaşdırma xidmətlərinin haqqının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “A.T.E-MONOLİT TİKİNTİ “MMC qalib elan edilmişdir. Lakin 07.12.2021-ci il tarixdə satınalma müqaviləsinin bağlanıldığı barədə bildiriş verilmiş, ayrılmış vəsaitin məbləği açıqlanmamışdır.

26.04.2021-ci il tarixdə Texniki və İçməli suyun daşınmasının satın alınması məqsədi ilə keçirilmiş katirovka sorgusunda “LİG STAR “MMC qalib elan edilmişdir. Lakin 07.12.2021-ci il tarixdə satınalma müqaviləsinin bağlanıldığı barədə bildiriş verilmiş, ayrılmış vəsaitin məbləği açıqlanmamışdır.

Sanatoriyanın müqavilə bağladığı “SCARLET-LTD”MMC 10.12.2020-ci il və “TREYD SERVİS”MMC 17.12.2020-ci il tarixlərə, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 12A, m. 12 dövlət qeydiyyatına alınıblar. Yəni eyni ayda və eyni ünvanda, kotirovka sorğuları barədə elan verilməzdən cəmi iki ay sonra. Bundan əlavə Sanatoriya “LİG STAR “MMC ilə həm texniki və içməli suyun daşınması üzrə, həm də dəftərxana və təssərrüfat mallarının satın alınmas bir ay içində 3 satınalma müqaviləsi bağlayıb ki, şübhələnməmək olmur.

Maraqlı burasıdır ki, bütün bu qanunsuzluqlara isə Sanatoriyanın baş həkimi Rəşid Bədəlov nəzarət edir. O bunu inkar edə bilməz. Çünki kotirovka sorğusu prosedurları barədə bildirişlərdə əlaqələndirici şəxs kimi baş həkim şəxsən öz adını yerləşdirib. Bu isə o deməkdir ki, Baş həkim həm də Tender Komissiyasının üzvüdür. Amma qanunla idarə rəhbəri Tender Komissiyasında təmsil olunmamalıdır. Amma göründüyü kimi Rəşid Bədəlov nəzarəti heç də yaxşı edə bilməyib. Mart-aprel aylarında keçirilmiş kotirovka sorğularının nəticələrini dekabr ayında açıqlamaqla gözdən pərdə asmaq istəyib. Bu yol verilənlər isə adi nöqsanlar deyil. Bunun arxasında korrupsiya, mənimsəmə və daha nə kimi hallar dayanır.

Bütün bu yuxarıda göstərilən təkzibolunmaz faktlar Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasında qanunsuzluğun, özbaşınalığın baş alıb getdiyini təsdiqləyir. Kotirovka sorğusu üzrə müqavilənin bağlanmasından 9 ay sonra sonra nəticəsinin ictimaiyyətə açıqlanması heç yerdə görsənməyən bir haldır. Bunlar analoqu olmayan bir satınalma prosedurlarıdır. Məlumatlardan da görsəndiyi kimi bir mətbuat orqanı olaraq biz Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasının Tender Komissiyasından 2020-2021-ci illərdə keçirilmiş 11 koturovka sorğusunun nəticələri barədə sorğu vermişdik. Amma qurum cəmi 5 kotirovka sorğusunun nəticələrini açıqlayıb və burada da yol verilən qanunsuzluqlar göz qabağındadır. Bəs 2020-ci ildə keçirilmiş kotirovka sorğularının nəticələri? Burada hansı MMC-lər qalib edilib və nə qədər vəsaitlər ayrılıb, nə qədəri mənimsənilib bəlli deyil.

Əldə etdiyimiz məlumatlara görə baş həkim Rəşid Bədəlov əvvəllər Səhiyyə Nazirliyində çalışıb. Burada sabiq nazir Oqtay Şirəliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Respublika Uşaq və Yeniyetmələr üçün Sümük – Vərəm Xəstəlikləri Sanatoriyasına isə təmirə başlamazdan bir neçə ay əvvəl baş həkim təyin edilib. Bu isə o deməkdir ki, sabiq nazir təmirə ayrılmış 11 milyon manatı yaxın adamı, Rəşid Bədəlovun vasitəsi ilə xərcləyib. Nə qədər dövlət vəsaitinin kənarlaşdırıldığını isə yalnız onlar bilər.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? - İLGİNC FAKTLAR

    AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə ...

    2-11-2021, 16:09

  • 
  • İLGİNC: BNA-nın tenderləri kütləvi ləğv olunub - Nə baş verir?

    İLGİNC: BNA-nın tenderləri kütləvi ləğv olunub - ...

    22-10-2020, 13:22

  • 
  • Alı Qocayev SAMUXU BELƏ BATIRIR... - ARAŞDIRMA

    Alı Qocayev SAMUXU BELƏ BATIRIR... - ARAŞDIRMA ...

    29-10-2021, 14:12

  • 
  • Daha bir müəmmalı TENDER HOQQABAZLIĞI... - Büdcə pulları belə xırıd edilir...

    Daha bir müəmmalı TENDER HOQQABAZLIĞI... - Büdcə ...

    28-12-2020, 13:05

  • 
  • Onların məhkəməsi başlyır, amma Vüqar İsayev hələ də iş başındadır - İLGİNC FAKTLAR

    Onların məhkəməsi başlyır, amma Vüqar İsayev hələ ...

    21-05-2021, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu