GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Binəqədidə yaşıllıq zolağında aparılan tikintiyə aidiyyəti qurumlar niyə susur?

Binəqədidə yaşıllıq zolağında aparılan tikintiyə aidiyyəti qurumlar niyə susur?

Tarix: 8-12-2021, 16:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 276


Xatırladaq ki, ötən yayımlarımızdan birində Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanında, Dövlət Tibbi-sosial ekspertiza və Reabilitasiya Agentliyinin ərazisində qanunsuz tikintinin aparıldığı barəsində məlumat vermişdik.

Onu da bildirmişdik ki, sözügedən tikinti çoxillik şam ağaclarının olduğu ərazidə, ağacların kəsilməsi bahasına ərsəyə gəlib. Bununla əlaqədar olaraq, redaksiyamız adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına rəsmi sorğu göndərdik. Nazirlik tərəfindən araşdırıldı və cavab verildi ki:
"Aparılan araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3.480 (üç min dörd yüz səksən) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından, toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır."

İcra Hakimiyyətlərinin xəbəri olmadan heç bir ərazidə daşı-daş üstə qoymaq mümkün deyil ki, hər bir vətəndaş da bundan xəbərdardır. Buna görə də şəhərin içində, Binəqədi rayon ərazisində bu boyda qanunsuz tikintiyə icazə verilmə səbəbini də öyrənmək məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin elektron ünvanına rəsmi sorğu göndərdik. Sorğunu göndərdikdən bir gün sonra, sorğumuza cavab verilmədiyi üçün İcra başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla xanım Quliyeva ilə telefon əlaqəsi saxladıq.

Leyla xanım cavab verdi ki:
- "Elə indi sizə cavab hazırlayırdım."

Sual verdik:
- Leyla xanım, biz bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də rəsmi sorğu ünvanlamışdıq. Onlar bizə bildirdi ki, araşdırılıb, ağacların qanunsuz kəsildiyi və təbiətə ziyan dəydiyi üçün sənədlər Baş Prokurorluğa göndərilib. Bəs İcra Hakimiyyəti belə bir qanunsuz tikintiyə necə yol verib?

Leyla xanım:
- Ərazidə tikilən iaşə obyektlərinə İcra Hakimiyyəti qarışmır, qarışmaq ixtiyarı da yoxdur.

Maraqlıdır. Əgər icra hakimiyyətinin bu kimi tikintilərə qarışmaq ixtiyarı yoxdursa, o zaman hər hansı bir tikinti aparıldığında niyə İcra Hakimiyyətinin işçiləri "növbəylə" o əraziyə "baş çəkir"lər?

Yeri gəlmişkən onu da qeyd edək ki, bu Binəqədi rayon ərazisində aparılan yeganə qanunsuz tikinti deyil. Heç uzağa getmədən, "google" sistemində yazıb axtarış vermək kifayətdir, Binəqədi rayon ərazisində aparılan qanunsuz tikintilər barəsində yerli saytların məlumatlarını görməyə. (Binəqədi rayon, Rəsulzadə bələdiyyəsi ərazisində aparılan qanunsuz tikintilər barəsində daha ətraflı növbəti yayımda məlumat verəcəyik)

Əlqərəz...

Leyla xanım deyəsən telefonda qısaca verdiyi bu cavabla özü kifayətləndi ki, dediyinə görə hazırlamaqda olduğu cavabı bizə göndərməyə daha gərək qalmadığını düşündü. Yoxsa, bu qədər zaman ərzində niyə göndərməsin ki?!
Amma, hörmətli Leyla xanım, idarəyə daxil olan rəsmi müraciətlərə və sorğulara rəsmi cavab verilməsi mütləqdir. Məlumatınız olsun deyə deyirik.
Binəqədi rayon İcra Hakimiyyətindən başqa, "Kütləvi informasiya vasitələri haqqında", həmçinin "İnformasiya Əldə Etmək Haqqında" qanunları pozan daha bir Dövlət idarəsi Dövlət Şəhərsalma və Arxitektura komitəsidir ki, onlar da 19.11.2021-ci il tarixində göndərdiyimiz və 24 saat müddətində cavablandırılmalı olan elektron sorğunu hələ də cavabsız qoyurlar.
Kim bilir, bəlkə də belə etməklə məsuliyyətdən yayındıqlarını düşünürlər...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ağacların kəsilməsi faktı ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

    Bakıda ağacların kəsilməsi faktı ilə bağlı ...

    17-08-2021, 11:12

  • 
  • Sahil Babayevin tabeçiliyində olan qurum qanunsuz tikintiyə imza atdı

    Sahil Babayevin tabeçiliyində olan qurum qanunsuz ...

    18-11-2021, 18:55

  • 
  • Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib

    Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq ...

    1-07-2020, 15:37

  • 
  • Ağacları qanunsuz kəsən şəxsə cərimə- 14 min manat

    Ağacları qanunsuz kəsən şəxsə cərimə- 14 min manat ...

    29-01-2014, 11:32

  • 
  • Lerikdə 75 ağacın qanunsuz kəsilməsinə dair materiallar Baş Prokurorluğa göndərilib

    Lerikdə 75 ağacın qanunsuz kəsilməsinə dair ...

    18-05-2018, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu