Mülkiyyətin toxunulmazlığı nəinki qanunlarda, konstitusiyalarda, hetta müqəddəs dini kitablarda belə təsbit olunub.
Azərbaycan qanunvericiliyi də bunu ölkə qanunlarında təsdiq edir. Təəssüf ki, bəzi hakimlər, bəzi dövlət qurumları bu qanunun üstündən kefləri istədiyi kimi keçirlər. GundemXeber.Az bildirir ki, gundelik-baku.com-a müraciət edən vətəndaş da bu barədə şikayətini qeyd edir. Vətəndaş öz müraciətində qeyd edir ki, Bakı şəhəri 46 sayli notarius T.H.Kərimova tərəfindən təsdiqlənmiş 09.10.2012- ci il tarixli bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, Zərgərpalan küçəsi, dalan 9, ev 2 saylı fərdi yaşayış evi 27. 10. 2012- ci il tarixli 1112094438 qeydiyyat nömrəsi ilə qızım Həsənova Səkinəxanım Elxan qızının adına qeydiyyatdan keçmişdi və ona RXm 0066219 seryali ÇIXARIŞ verilmişdi. Yəni yuxarıdakı ünvanda yerləşən ev Həsənova Səkinəxanım Elxan qızının qanuni mülkiyyəti olub. Vətəndaş sonra qeyd edir ki, fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında qızım Həsənova Səkinəxanım Elxan qızına məxsus olmasına baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsi ( ƏMDK ) yanında Dövlət Reestr Xidmətinin Bakı Ərazi İdarəsi, hərrac keçirilən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Nikoil bank əlbir olaraq mövcud olmayan, artıq etibarsız olmuş, Həsənova Səkinəxanım Elxan qızının adına olmayan, başqa bir ÇIXARIŞ əsasında Həsənova Səkinəxanım Elxan qızının hüquqi sahibi olduğunu bilə-bilə hərracda iştirakını təmin etməmiş , xüsusi mülkiyyətində olan evi Həsənova Səkinəxanım Elxan qızının xəbəri olmadan saxtakarlıqla Nikoil bank ( indiki Yelo bank) mənimsəmişdi. Vətəndaşın yazdıqlarından məlum olur ki, iki dövlət qurumu və Rusiyaya məxsus olan bank bilərəkdən, məqsədli şəkildə vətəndaşın qanuni evini ələ keçirmişlər. Bu sözün bitdiyi, qanunların işləmədiyi bir məqamdır. Necə deyərlər, əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanı tədbir ilə. Ümid edirik ki, bu şikayəti oxuyan müvafiq dövlət qurumları öz sözünü deyəcəklər və haqq-ədalət yerini tapacaqdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?