GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Bu ölkədə pozulmuş hüquqlarımı rüşvətsiz bərpa edə bilmirəm” – ŞOK İDDİA

“Bu ölkədə pozulmuş hüquqlarımı rüşvətsiz bərpa edə bilmirəm” – ŞOK İDDİA

Tarix: 17-12-2021, 16:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 910

Polis-Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır və polis əməkdaşı-polis orqanlarında müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci hissəsində qeyd olunub ki, polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. Bu maddənin 6-cı hissəsində isə qeyd olunub ki, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən  pozulduqda, polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun qəbul olunmasına baxmayaraq,  hələ də ayrı-ayrı şəxslərin hüquq və azadlıqları, qanuni mənafeləri bəzi polis əməkdaşları tərəfindən  pozulmaqda davam edir. Məsələn, bir neçə gün bundan əvvəl GundemXeber.Az xəbər portalının redaksiyasına Bakı şəhəri, Xətai rayonu, Sarayev-18, mən-190 ünvanında kirayədə yaşayan Ağayev Əlihüseyn Sultanhüseyn oğlu tərəfindən şikayət ərizəsi yazıb. Adı çəkilən bu şəxs redaksiyamıza təqdim etdiyi ərizəsində yazır: “19 ildir ki, Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsində yaşayıram və xırda ticarətlə məşğul oluram. Xətai RPİ-nin əməkdaşları, şəxsən idarənin rəisi İlqar Məmmədov, rəis müavini polis polkovniki Ramin Hüseynov, rəisinin “sağ əli” hesab olunan və Bərdə şəhərindən özü ilə gətirdiyi Bayram Mirzəyev,  həmçinin  Xətai RPİ 34-cü polis bölməsi rəisinin müavini Eyvaz Mürvələdov, təhqiqatçı Asiman İmaməli, sahə müvəkkili Rauf Ağayev məndən pul tələb edirlər.  Bildirim ki, məni Xətai RPİ-nin rəisi İlqar Məmmədovun qəbuluna Rauf Ağayev apardı və Bayram Mirzəyevin, Rauf Ağayevin yanında 150 sm-lik ölçüdə olan “polka”ya görə 600 manat pul təklif etdim. Həmin vaxt onlar belə bir məbləğ pula  razı olmadılar. Qeyd edim ki, əvvəllər sahə müvəkkili Rauf Ağayevin aylıq “haqq-hesab”ı 50 manat idi, ötən illərdə isə manatın dəyərdən düşməsi səbəbindən bu şəxsə verdiyim aylıq “toskı” 100 manat oldu. Mən heç cür başa düşə bilmirəm ki, əldə etdiyim gəlirlərdən idarə rəisi İlqar Məmmədova, müavini Ramin Hüseynova, məndən 100 manat pul alan Bayram Mirzəyevə,  34-cü polis bölməsinin rəis müavini Eyvaz Mürvələdova, təhqiqatçı, hansı ki, gündəlik yalnız mənim iş fəaliyyətimə maneə olan sahə müvəkkili Rauf Ağayevə, departament əməkdaşlarına, Xətai RİH Aparatının Etibar, Oruc, Dəyanət və digər əməkdaşlarına  necə pul verim?. Hətta, bu şəxslərə demişəm ki, mən ildə Müdafiə Nazirliyinin hesabına ən azından 12000 manat pul köçürüm, o halda onlar mənə “Olmaz, sən həmin pulu bizə ver” dedilər. Bildirim ki, mən Əhmədli metrosundan təqribən 30-40 metr aralı məsafədə yerləşən iki binanın orta hissəsində alverlə məşğul oluram. Heç cür başa düşə bilmirəm ki, başqa şəxslərə alverlə məşğul olmaq olar, hansı səbəbdən mənə olmaz!  15 avqust 2021-ci il tarixdə YouTube kanalında etdiyim  çıxışa görə, polis əməkdaşları məndən qisas almaq qərarına gəliblər. Elə ki, 15 sentyabrda Kanal-13 internet televiziyasında da çıxışım oldu, dərhal  sahə müvəkkili Rauf Ağayev və bir neçə nəfər polis əməkdaşı üç gün pusqu qurdular, yaşadığım binanın blokunun şəkilini çəkdilər. Kirayədə yaşadığım mənzilin həyətinə düşərkən məni Bakı ŞBPİ-nin mülki geyimdə olan Məhəmməd adlı əməkdaşı və əlavə iki nəfər polis əməkdaşı gündüz saatlarında, hansı ki, corabsız, hamam ayaqqabısında, əlimdə mobil telefon olduğu halda, sakinlərin gözləri qarşısında maşına mindirib apardılar. Həmin vaxt onlar mobil telefonumda olan mesajları sildiklərindən, bu haqda övladlarıma heç bir məlumat verə bilmədim. Polis əməkdaşları məni 8 saat saxladqdan sonra bildirdilər ki, “Sən niyə kəskin danışırsan?”. Onlar məni həbs etməklə hədələsələr də, cavabımda həbs olunmaq təhlükəsindən qorxmadığımı bildirdim. Qeyd edim ki, corab satdığıma görə indiyə kimi 4 dəfə, hər dəfə də 15 sutka müddətinə həbs olunmuşam.

   Günlərin birində sahə müvəkkili Rauf Ağayev məndən 650 manat pul aldı və dedi ki, “Sənin satdığın malları oğurlayan və əslən Lənkərandan olan Hüseyn Kərimovu, onunla birlikdə olan digər şəxsləri, narkotik maddə istifadəçilərini, “patı” qəbul edənləri həbs etdirəcəyəm”. Az sonra belə bir xəbər eşitdim ki, Rauf Ağayev 34-cü polis bölməsi rəisinin müavini Eyvaz Mürvələdovla birlikdə oğurluq edən şəxsləri saxlayırlar və onlardan pul alıb sərbəst buraxırlar. Dörd ilə yaxındır ki, oğurluq hadisəsi baş verib və bugünə kimi poçtla bir neçə dəfə rəsmi qaydada ərizələr göndərmişəm. Bununla bağlı təhqiqatçı Qoşqar müəllim məndən izahat alıb. 2017-ci ildə mallarımı Əhmədli metrostansiyasının yaxınlığında, hansı ki, “Unibank”ın qarşısında kameralar altında satırdım. Həmin vaxt təqribən 10 min manata yaxın mallarım oğurlandı. MP-da çalışan Ceyhun və Araz adlı polis əməkdaşlarına hər piştaxtaya görə gündəlik 2 manat pul verirdim. Mənim kimi 50 nəfərdən çox alver edən şəxs var ki, onların hər biri qeyd olunan “haqq-hesab”ı bu polis əməkdaşlarına verirlər. Ceyhun və Araz adlı polis əməkdaşları gecə saatlarında yatdıqları üçün, bəzən elə hallar olub ki, telefon dükanlarından telefonları, köşklərdən siqaretləri və s. oğurlayıblar. Asiman adlı təhqiqatçı məndən 850 manat pul aldı və dedi ki, “bu pulun 500 manatını Xətai RPİ-nin baş müstəntiqi Rauf Məmmədova verəcəyəm”. Qeyd edim ki, bu şəxslər pullarımı mənimsədilər, amma alver etdiyim mallarımı oğurlayanları,  narkomanları həbs etmədilər.

   Xeyli müddət bundan öncə özümə Əliyev Kamil Məhəmmədəli oğlu adlı şəxsi vəkil tutdum, bu şəxs də məndən 1180 manat pul aldı, amma mənimlə müqavilə bağlamaqdan imtina etdi. Lazımi vaxtlarda Xətai rayon Prokurorluğuna getmədi,  dörd aydan sonra ərizə yazdı, heç bir ciddi bir iş görmədi, sonda da qarşı tərəfdən pul aldı. İndi isə o, məni həbs etdirməklə hədələyir, aldığı pulun 400 manatını 2019-cu ildə qaytarsa da, 780 manatını hələ də qaytarmayıb. Belə bir səbəblərdən də, bu şəxslərin qol qoyduqları qanunsuzluqlarla bağlı Prezident İlham Əliyev cənablarına,  hörmətli Mehriban xanıma,  Baş Prokurora, DİN-nə,  Ədliyyə Nazirliyinə, hətta ABŞ-nın ölkəmizdəki səfirliyinə də rəsmi qaydada müraciətlər etmişəm. Ötən günlərin birində sabiq polis rəisi Xəlil Səfərov adamlarını öyrətdi, onlar məni izləyərək ölümlə hədələdilər. Aidiyyatı dövlət qurumlarına şikayətlər etdiyimə, hakimiyyət orqanlardan bəzilərini tənqid atəşinə tutduğuma, mitinqlərdə etdiyim kəskin çıxışlarıma və s. görə,  Yasamal RPİ 29-cu polis bölməsinin əməkdaşları “Şərq bazarı”nın qarşısında oğlumun cibinə narkotik maddə atdırırlar. Heç cür başa düşə bilmirəm ki, Yasamal polislərinin Nəsimi rayonu ərazisində nə işləri var? “Şərq bazarı”nda işlətdiyim piştaxtaya da,  Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları narkotik maddə atdılar. Elə ki, narkotik maddəni gördüm, o halda polis əməkdaşlarına narkotik maddəni piştaxtadan götürün dedim.

   Mən bronxial astma xəstəsiyəm və bir dəfə infarkt keçirmişəm, ürəyimdə ciddi problemlərim var, ayaqlarım əməliyyat olunub, zəlzələ baş verən zaman Lənkərandakı 22 kvm-lik evim darmadağın olub, hal-hazırda pensiya almıram. Hər ay dərmanlara təqribən 500-600 manat məbləğində pul verirəm. Axı, dövlətimiz hüquq-mühafizə orqanlarında çalışanlara yüksək məbləğdə əməkhaqqı verir. İki aydır ki, Xətai rayon Prokurorunun köməkçisi Etibar Əliyev məndən izahat alıb, amma o, bu gün də heç bir iş görmür. Etibar Əliyevə məxsus mobil telefon: 050-320-50-85,  sahə rəisi (keçmiş) Rauf Ağayevə məxsus mobil telefon: 050-800-00-33, Nərimanov RPİ 18-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Emin müəllimə məxsus mobil telefon: 055-515-67-77-dir. İki aydır ki, Emin müəllim məndən izahat alıb, hələ də işi süründürməkdədir. 08 dekabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə Emin müəllim və vəkil Ramil Əliyev barəsində şikayət vermişəm. Hələ də heç bir nəticə yoxdur. Ona görə də yazıb sizdən xahiş edirəm ki, mənim müraciətlərimi möhtərəm Prezidentə çatdırın.

   Onu da bildirim ki, metronun ətrafında, hansı ki, təqribən 17 metrə yaxın ərazidə heç bir ticarət obyekti olmamalıdır. Buna baxmayaraq, bu ərazidəki bütün mağazalar, meyvə satılan köşklər və s. hamısı Xətai RİH-də vəzifə sahibi olan şəxslərə məxsusdur. Bu şəxslər də həmin yerləri “arendaya” veriblər. Kənd Əhmədliyə, Sarayevo küçəsinə, post tərəf addım atmaq olmur. Çünki, bu ərazinin hər metrəsində hansısa obyekt, köşk və s. fəaliyyət göstərir. Orada işləyən Oruc, Dəyanət, Etibar adlı şəxslər və digərləri Xətai RPİ-nin rəisi İlqar Məmmədovla əlbir olub, mənim alver etməyimə heç cür imkan vermirlər. Metronun digər tərəfi, yəni H.Aslanov metrosu tərəfi də Xətai rayonuna aiddir. Bu şəxslər məndən qisas alırlar. Əgər küçə alveri tamamilə qadağandırsa, o halda bu hər kəsə şamil olunmalıdır. Onlar nədən belə bir addımlarını atırlar, xalqı Prezidentə qarşı qaldırmaq niyyətinə düşürlər. Axı, möhtərəm. Prezident tapşırıq verir ki, “Gedin xalqa xidmət edin”, bunlar isə bildikləri addımlarını atmaqda davam edirlər”.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. 

Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda polisin səlahiyyətləri azaldıldı

    Azərbaycanda polisin səlahiyyətləri azaldıldı ...

    25-12-2013, 15:44

  • 
  • Küçə söyüşləri söyən polis mayoru, hansı cəzaya məhkum ediləcək?

    Küçə söyüşləri söyən polis mayoru, hansı cəzaya ...

    17-01-2017, 17:40

  • 
  • "Polis haqqında" qanuna dəyişiklik edildi

    "Polis haqqında" qanuna dəyişiklik ...

    23-10-2017, 15:40

  • 
  • Deputat qalmaqalı ilə bağlı BƏYANAT VERİLDİ - MƏTN

    Deputat qalmaqalı ilə bağlı BƏYANAT VERİLDİ - MƏTN ...

    31-07-2021, 15:13

  • 
  • Şok: İki polis əməkdaşı narkotik satarkən tutulub

    Şok: İki polis əməkdaşı narkotik satarkən tutulub ...

    7-10-2015, 21:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu