GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Baku Electronics”in xarab telefon MACƏRASI - Müştərinin başına oyun açdılar

“Baku Electronics”in xarab telefon MACƏRASI - Müştərinin başına oyun açdılar

Tarix: 14-01-2022, 12:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 288


Son dövrlərdə ölkədə fəaliyyət göstərən elektronika mağazalarından vətəndaşların şikayətlərinin ardı-arası kəsilmir. Keyfiyyətli telefon almaq istəyib, problemlə qarşılaşan vətədaşlardan biri də Aida Rəhmanovadır. Gundemxeber.az xəbər verir ki, o, “Baku Electronics”də başına gələn problem haqqında Teleqraf.com-a danışıb.

Müştəri bildirir ki, 2020-ci il 27 noyabr tarixində adıçəkilən mağazadan endirim ərəfəsində 499 manata “Xiaomi Redmi Note 9S64GB Gray” modelli mobil telefonu nağd ödənişlə alıb. Onun sözlərinə görə, qısa zamanda telefonu istifadə etdiyi bir neçə gün ərzində nazaslıqlar özünü göstərməyə başlayıb:
“Telefon mağazada satıcı Mübariz tərəfindən “nastroyka” olunmuşdu. Cihazdan istifadə etdiyim müddətdə mənə format olunmuş, işlənmiş telefon təəssüratı bağışlayırdı. Telefona gələn informasiyaların tarixi olmurdu, bütün funksiyaları əvvəlcədən aktiv idi, telefonu enerji yığmağa qoyduqda həddindən artıq qızması müşahidə olunurdu. Növbəti ayda dəfələrlə mağazaya müraciət etdim. Telefonun ya təzəsi ilə dəyişdirilməsini, ya da pulumu qaytarmalarını tələb etdim.
Lakin məni həmişə yola salıb deyirdilər ki, belə olmalıdır, normaldır və bu telefon “Xiaomi”nin ən yaxşı, ən güclü telefon seriyalarındandır. Sonradan satıcı yoxa çıxdı, onun transfer olduğu yeri belə deyilmirdi, hər şey ört-basdır edilirdi, telefondan istifadə edə bilmirdim”.
Şikayətçi qeyd edir ki, bir müddət sonra telefonda batareya problemləri aşkarlanıb: “Sonradan telefon dəhşət dərəcədə qızmağa başladı, hətta mən qorxdum ki, o partlaya bilər və batareya enerji yığdığı zaman çox ehtiyatla davranırdım. Yenidən mağazaya müraciət etdim, əvvəlki tələblərimi irəli sürdüm, lakin heç bir məsul işçiyə yönləndirilmədim. Ona görə “Baku Electronics”in 143 telefon xidmətinə zəng etdim, orada bildirdilər ki, mən ancaq müraciət formasını doldurub şikayətimi şirkətin müdiriyyətinə yollaya bilərəm. Məni heç kim qəbul etmədi.
Şikayətimi mağazada yazıb, şikayəti qəbul edən işçiyə təqdim etdim. Mənə “Baku Electronics”in servisi − Azadlıq 116-ya getməyi məsləhət gördülər. Burada ancaq “Samsung” telefonlarının servisi mövcuddur, halbuki mağazada mənə bütün telefonların servisi, o cümlədən “Xiaomi” servisinin olması deyilmişdi”.
Bundan sonra şirkət tərəfindən şikayətçinin telefonu zəmanət talonu ilə birlikdə 23 noyabr 2021-ci il tarixində servisə yollanıb: “Orada məni Flora adlı işçi qəbul etdi və telefonu “Xiaomi” servisinə yollayacağını dedi. “Mixtech” sevis mərkəzi mənim telefonumu 24 noyabrda qəbul edib, usta Zaura diaqnostika üçün vermişdi.
6 dekabr telefonumun hazır olma tarixi idi. Sənəd Rövşən A. tərəfindən imzalanmışdı. Bu müddətdə mən “Mixtech” servisə müracət edərkən mənə bildirildi ki, telefon tam açılıb və diaqnostika olunub, qeyd edilən qüsur təsdiqini tapıb, bunu yazılı mənə verdilər, problem “proşivka” ilə əlaqədardır.
Halbuki qüsursuz, keyfiyyətli məhsul − telefon ən azı 2 il heç bir proşivka və batareya problemi olmadan normal işləməlidir. 9 dekabrda telefonumu “Samsung” servisdən alarkən telefonda açılma izlərini gördüm.
Operator Flora bunu təkzib etdi, hətta “Mixtech” servisin aktını belə mənə vermək istəmirdi. Təkidlə mənə bu aktın ancaq surətini təqdim etdi. Sonradan mən bu aktın əslini servisin müdirindən götürdüm. Halbuki qanunla mənə əvvəlcədən əsli təqdim edilməli idi. Operator Flora düzgün məlumat vermir, hər şeyi ört-basdır edərək hüquqlarımı pozurdu”.
Cavabsız qalan müraciətlərə baxmayaraq müştəri haqqını tələb etmək üçün “Baku Electronics”in Azadlıq prospektində yerləşən filialına gedib: “Kompüterdə baxıb, dedilər ki, mənim doldurduğum müraciət-şikayət ərizəsini alıblar, lakin məni qəbul etməkdən imtina edirlər. Mağazanın Füzuli adında rəhbəri məni Nərimanov mağazasının Sənan adlı məsul işçisinə yönəltdi. Bu müddət ərzində telefonum yenə bildiriş verirdi ki, telefonda 1, sonradan 2 problem var. Bundan əlavə, telefonum 2 dəfə özü-özünə səbəbsiz sönmüşdü. Bunların hamısını mağazanın rəhbəri Sənana dedim. O yenidən mənə dedi ki, “telefon açılmayıb, proşivka problemi həll olunub, yeni proqram yazılıb. Sizin icazəniz olmasa, telefon açıla bilməz”.
Bundan sonra “Mixtech” Servisin müdiri Kənana müraciət etdim. O mənə bildirdi ki, telefon açılıb və usta Zaur tərəfindən diaqnostika olunub. Əlavə bildirdi ki, telefon 1%-də zaryadkaya qoyulub və 100% çıxarılmalıdır".
Bütün bunlara baxmayaraq Şikayətçi Aida Rəhmanovaya heç bir köməklik göstərilməyib. O, bu barədə Azad İstehlakçılar Birliyi, İqtisadiyyat Nazirliyi yanında İstehlakçı Hüquqlarının Qorunması qurumuna da məlumat verib.
Təəssüf ki, uzun müddət fəaliyyət göstərən “Baku Electronics”in təcrübəli müdiriyyəti Azərbaycan vətəndaşına qarşı bu qədər laqeyd və səhlənkardır.
 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Baku Electronics" üçün müştəri məmnuniyyəti önəm daşımır... - NARAZILIQ...

    "Baku Electronics" üçün müştəri ...

    20-10-2020, 11:41

  • 
  • “İrşad Electronics”in “zəmanət fırıldağı” - İTTİHAM

    “İrşad Electronics”in “zəmanət fırıldağı” - ...

    27-03-2019, 14:18

  • 
  • İslanmış mobil telefonu xilas etməyin yolları

    İslanmış mobil telefonu xilas etməyin yolları ...

    21-01-2015, 22:40

  • 
  • Telefonu sınamaq üçün kosmosdan Yerə atdılar

    Telefonu sınamaq üçün kosmosdan Yerə atdılar ...

    24-01-2015, 00:22

  • 
  • “Samsung” telefonu partladı

    “Samsung” telefonu partladı ...

    9-12-2014, 23:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu