"Baku Electronics-in "İnşaatçılar" filialından "İphone 11" alınıb və bildirilib ki 14 gün ərzində hər hansl bir problem olarsa qaytarmaq mümkündür". GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, bu sözlər Bakı sakini Nigar Şirinin şikayətində yer alıb.
Narazı vətəndaş daha sonra yazır: "Aldığımızın 9cı günü telefonun batereykaslna diqqət etdik ki,axşamdan telefon 100% ilə qoyulur səhər dururuq ki , 78,79 % dir . Bunuda deyim ki,necə alınıb elədə qalıb heç bir sosial şəbəkə yüklənməyib və wi fi dan da istifade olunmayıb. Bu nə dərəcə normal haldır ?! Evdə digər telefonlar var 7+, 8 -onlar 3 ildi istifadə olunur onlarda belə,heç belə hal oımur. Yaxınlşadıq aldığımız mağazaya deyildi ki,service aparın. Servicdə deyir ki heç bir problem yoxdur , problem yoxdursa bu necə ola bilər bəs ? Telefon heç bir sosial şəbəkə istifadə etmədən gecədən səhərə necə 20 % düşə bilər ? Və Ərizə yazdıq . Sonra Məsul şəxsə bildirirəm ki,sizcə normal haldır mı telefonun bele batereya itirməsi ? -Deyir ki , yox . Deyirəm Bəs bu hala biz nə edək ? deyir ki mənlik birşey yoxdur , ərizəyə baxılıb sənəddə necə olacaqsa qərar da elə olacaq . Və 1 həftəyə cavab çıxacaq deyilənə görə . Onuda vurğulayım ki ərizə yazdıqdan sonra telefonu götürə bilərsiniz dedilər və telefon da bizdədir. Qaytarmaq da olmur çünki ən azı 30% (600azn ) məbləğimizdən çıxılacaq . Sadəcə dəyişdirilməyini istədik ama problem yoxdusa necə dəyişək dedilər.. Bu hal ilə qarşılasan vəya başına gələn kimsə varmı? Çünki təxmin edirik ki yenə deyiləcək ki heç bir problem yoxdur . Bu halda nə edə bilərik?"
Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?