GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

Tarix: 17-01-2022, 16:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 314

Astara şəhər sakini Sədaqət Hüseynova son illər pensiyası kəsilən Azərbaycan vətəndaşlarından biridir. Deməsinə görə, üstəlik, bununla bağlı ona heç bir xəbərdarlıq da edilməyib və pensiya kartına altı aydır ki, pul oturmur. Gundemxeber.az dia.az-a istinadla məlumat verir ki, o əlavə edir ki, bu altı ayda xəstə olduğunu sübut etmək üçün idarələrə ayaq döyüb...

"11 il idi əlillik pulu alırdım"

"Anadangəlmə sağ ayağımda problem var idi. Müalicə ala bilmədim, ayaq sıradan çıxdı. Ayaqda qan yaxşı işləmir. Çətinliklə yeriyirəm. Əmək qabiliyyətini itirmişəm. Evdə xırda-para işləri görürəm. 11 il idi əlillik pulu alırdım. İlk dövrlərdə 100 manat alırdım, sonra 250 manat oldu...".

"Yeddi nəfər içində bir nəfər də işləyən yoxdur"

Ağlayır: "...16 ildir ərim məni atıb. Ərimdən ayrılandan sonra ata evimdə qalıram. Valideynlərim sağ olanda elə də problemlərim olmurdu. Onlar rəhmətə getdilər, qara günlərim başladı. Yaşadığım evdə bacım, qardaşım da qalır. Həyətdə bir qardaşım da yaşayır. Onun da iki oğlu var, yeddi nəfərik. Bu yeddi nəfər içində bir nəfər də işləyən yoxdur. Bacım əmək pensiyası alır. Hamımız onun himayəsində yaşayırıq. Hamımız ona yükük...".

Onun sözlərinə görə, Astara Rayon Mərkəzi Xəstəxanası onun xəstəliklə bağlı sənədlərini ikinci dəfə müvafiq orqanlara göndərməyib: "Xəstəxanada olmuşam. Dedilər, burda yat, yatdım. Baş həkim dedi ki, sənə pensiya düşmür. Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olmuşam. Sənəd də gətirmişəm ki, yararsızam. Mənə dedilər ki, sənədlər Bakıya göndərilib. Amma göndərməyiblər".

"Mənim başımı aldadırlar"

O aldanıldığını düşünür: "Mənim başımı aldadırlar. Necə olar ki, şikəst adamı sağlam çıxartsınlar? Yazıblar ki, mən xəstəxanada yatmamışam. Müalicə həkimində günah yoxdur, baş həkim əməl etmir".
O deyir ki, indi sağlam adamlar iş tapa bilmir: "Baş həkim xəstəxanada mənə fəhlə işi versin, işləyim. Belə də biabırçılıq olar? Pis vəziyyətdə yaşayıram. Axı əlil adamın çörəyini necə kəsmək olar?! Son ümid yerim pensiya idi. Evim yox, çörək bahalaşıb... Hər kəs özünü güclə saxlayır".

"Qadın pensiyasına möhtac olan ölkədə..."

O deyir ki, yeganə övladını da dolandıra bilmir: "Bir övladım da var. O da bacımın üstündədir. Aliment də almıram. Qızım təhsil alır, onun da təhsil haqqı var. Pul ödəyə bilmədiyim üçün onu qovmaq istəyirlər. Uşaqdır, geyinmək, keçinmək istəyir. Onun da yanında üzüqarayam. Heç kim heç kimi başa düşmək istəmir. Bu hökumət pensiyama qalıb? Qadın pensiyasına möhtac olan ölkədə necə yaşayasan?".

"Qohumların hamısı kasıbdır,..."

Sədaqət Hüseynovanın qardaşı Səttar Hüseynov: "Ayağının aşağı hissəsi işləmir. Pensiyasını xəbərdarlıq etmədən kəsiblər. Etdiyimiz şikayətlər də nəticə vermir. Yeni illə bağlı yardımlar etdilər, ona vermədilər. Bütün günü gözyaşı tökür. Ona ürəyim yanır. İş yoxdur, işləmirəm. Hər işdə işləyərəm. Ona kömək edərdim. Mən özüm də əmək pensiyası alan bacımın əlinə baxıram. Qohumların hamısı kasıbdır, özlərini güclə dolandırırlar".

Sədaqət Hüseynovanı müalicə edən həkim Etibar Cəlilov da deyir ki, o, xəstəxanada müalicə alıb: "Onu yazmışıq, yenidən müayinə olunmalıdır. Onun sənədlərini göndərmişdik, imtina gəldi".

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayev isə bunları bildirdi: "Mən onu tanımıram. Gəlsin müraciət eləsin, araşdıraq. Vətəndaşdır, şikayətinə baxarıq. Amma, elə vətəndaşlar var ki, tələb edir. Halbuki, tələb etdiyi mümkün deyil".

Tibbi-Sosial Ekspert Komissiyasının cavabı...

Sədaqət Hüseynovanın adına gələn Tibbi-Sosial Ekspert Komissiyasının 0226003AAH18 nömrəli göndərişində əlillik dərəcəsinin verilməsindən imtina edilib. "...Rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Həkimin rəyi: Xəstənin hazırkı vəziyyəti, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr, anamnestik məlumatlar dəqiqləşdirilib ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq, stasionar reabilitasiya müalicələri haqda məlumat qeyd edilməyib. Xəstəyə stasionar müalicə tövsiyə edilir", - sənəddə yazılıb.
Sədaqət Hüseynova isə deyir ki, iki dəfə ayağından əməliyyat olunub. Üstəlik, vurğulamasına görə, keçmiş dövrlərdən fərqli olaraq indi xəstəxanada yatmaq ciddi xərc tələb edir..
Onun dediklərinə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən münasibət almaq mümkün olmayıb. Son illər Azərbaycanda rəsmilərin bildirməsinə görə, minlərlə şəxsin pensiyası kəsilib. Onlar bunu prosesin şəffaflaşdırılması ilə izah edirlər...


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bəs mən dərmanlarımı necə alım?" - Nazirdən SORUŞURLAR...

    "Bəs mən dərmanlarımı necə alım?" - ...

    21-07-2021, 10:26

  • 
  • Naz evlilik verilişini ifşa etdi: "Hamısı yalan idi, pul alırdım"

    Naz evlilik verilişini ifşa etdi: "Hamısı ...

    27-08-2017, 17:55

  • 
  • Qəzənfər Ağayev də islahata belə ayaq uydurur... - Elin yolunu satıb...

    Qəzənfər Ağayev də islahata belə ayaq uydurur... ...

    24-08-2020, 11:48

  • 
  • Firuzə İbadova: "Pulu ödəməsəm, evdən çıxaracaqlar"

    Firuzə İbadova: "Pulu ödəməsəm, evdən ...

    10-07-2013, 15:24

  • 
  • Şikayətçi nazirlə oteldə görüşdü - Keçmiş deputata 25 manat təqaüd

    Şikayətçi nazirlə oteldə görüşdü - Keçmiş ...

    16-01-2014, 11:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu