GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Korrupsiya baş alıb gedir: Əbülfəz Qarayev də həbs ediləcək?

Korrupsiya baş alıb gedir: Əbülfəz Qarayev də həbs ediləcək?

Tarix: 5-02-2022, 12:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 387


Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun əməlləri ilə bağlı detallar bəlli olub.

Məlumata görə, Zakir Sultanov istintaqa ifadəsində deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib.

Zakir Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb.

Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Zakir Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.

Xatırladaq ki, məhkəmə istintaqı dövründə Zakir Sultanov Əbülfəs Qarayevin məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, vəsatət təmin olunmamışdı.

Zakir Sultanov törətdiyi əməllər üzrə dövlətə vurduğu 5,3 milyon manat zərərin hamısını ödəyib.

Bəs Zakir Sultanov dövlətə vurduğu zərəri tam ödədiyi halda həbs müddəti azaldılacaqmı və sabiq nazirə rüşvət verməsi sübut olunduğu təqdirdə Əbülfəz Qarayev həbs oluna bilərmi? GUNDEMXEBER.AZ-ın məlumatına görə, hüquqşunas Əsabəli Mustafayev Cebhe.info-ya bildirdi ki, həmin şəxsin dəymiş zərəri qaytarmasının onun cəza müddətinə təsirinə gəldikdə, bu məbləğin nə vaxt qaytarıldığı da əhəmiyyət kəsb edir:

“Belə ki, əgər istintaqdan əvvəl qaytarıbsa, artıq yüngülləşdirici hal kimi tətbiq olunub. Əksinə, əgər sonradan ödənibsə, təzədən o işə baxılmasına inanmıram. Yəqin ki, onun vurduğu böyük zərər var və o zərərin qismən ödənilməsi üçün onsuzda onun korrupsiya yolu ilə əldə etdiyi əmlak, mülkiyyət, pul vəsaiti müsadirə olunacaq. Onsuz da o pul əlindən alınacaq, ona görə təklif edib. Ola bilsin ki, hüquq-mühafizə orqanı ilə həmin şəxs arasında saziş bağlanılıb. Yəni həmin pulu ödə, yenidən baxılacaq, müəyyən miqdarda azaldılacaq.

Hərçənd ki, Azərbaycan qanunvericiliyində istintaq razılaşması, sazişi yoxdur. Bu digər ölkələrdə çox geniş yayılıb. Ancaq praktikada görürsən ki, nəzərə alınır. Məsələn, cinayəti etiraf edir, ittiham tərəfi də az cəza istəyir. Yaxud maddəni yüngülləşdirir. Ola bilsin ki, burada da belə bir razılaşma var ki, sən könüllü qaytar, nəzərə alına bilər.

Qeyd edim ki, bəzən təqsirləndirilən şəxslər maraqlı olurlar ki, dəymiş zərəri ödəsinlər. Çünki zərər ödənilməyənə qədər insan həbsə salına bilməz. Onun işinə müddətin yarısını yatır, təzədən baxırlar, cəzanı dəyişirlər, aşağı salırlar və s. Zərər ödənilməyibsə, bunların heç biri ona tətbiq olunmur. İstənilən halda o məbləğin ödənilməsi onun işini yüngülləşdirən hal olacaq”.

Hüquqşünasın sözlərinə görə, Zakir Sultanov Əbülfəz Qarayevə 2 milyon verdiyini deyirsə, o məsələ ilə bağlı araşdırma aparılmalıdır:

“Çünki ola bilsin ki, həqiqəti deyir. Yaxud həmin məbləği özü mənimsəyib, o pulu qaytarmamaq və ya cəzasını ağırlaşdırmamaq üçün iddia edir ki, 2 milyon manatı keçmiş nazirə verib. Araşdırma aparılıb və sübut olunsa ki, həqiqətən də o pulu ona verib, təbii ki, Əbülfəz Qarayev korrupsiya ilə bağlı məsuliyyət daşımalıdır. Ancaq hər deyiləni də həqiqət kimi qəbul etmək olmaz. Çünki insanın özünün də marağı ola bilər.

Eks-nazirlə bağlı onun qeyd etdiyi məbləğ böyükdür. Ağır cinayətdir, qrup halında olan cinayətdir. Aydın məsələdir ki, rəhbər şəxsin göstərişi olmadan heç kim gedib özbaşına pul yığmaz. Ancaq bunun hüquqi rəsmiləşdirməsi var. Ola bilsin ki, video, yaxud şahidlə sübut olunsun. Əgər iki nəfər arasında olubsa, Əbülfəs Qarayev deyə bilər ki, yalan deyir, özü götürüb həmin pulu, mənim xəbərim yoxdur. İndi istintaq araşdırması gedəcək, o mütləq sübut olunmalıdır. Çox ağır cinayətdə ittihamdır.

Hüququ dövlət qurmaq istəyiriksə, bir nəfərin sözüylə ki, o pulu onun tapşırığı ilə gedib yığmışam, gətirib ona vermişəm, burada digər sübut yoxdursa, bu çətin qəbulediləndir. Nazirin göstərişi olmadan heç kimi bunu etməz, ancaq sübut olmalıdır. Əks təqdirdə sadəcə səhlənkarlıq, vəzifəsini lazımi qaydada icra etməməsi, dövlətə zərər vurması ittihamı ola bilər. Belə bir ittiham mütləq olmalıdır.

Sənin nazirin kütləvi surətdə korrupsiyaya qurşanıbsa, pul yığırdı, heç sənə verməyib özünə götürürdüsə, sən də bununla maraqlanmamısan, buna yol vermisən, səhlənkarlıq etmisənsə artıq cinayət məsuliyyəti yaradır. Ancaq nazirin göstərişi ilə alıb, sonra bir hissəsini ona verdiyini sübut etməlidir”


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəs Qarayevin müavini məhkəmə önündə

    Əbülfəs Qarayevin müavini məhkəmə önündə ...

    20-05-2021, 16:55

  • 
  • Dövlət Xidmətinin keçmiş rəisinə ağır cəza verildi- Bankda pulu, sikkələri müsadirə olunacaq

    Dövlət Xidmətinin keçmiş rəisinə ağır cəza ...

    28-01-2022, 13:14

  • 
  • Məhkəmə:"Əbülfəz Qarayev gəlsin, ifadə versin"- Bir muzeyin təmirinə 31 milyon ayrılıb

    Məhkəmə:"Əbülfəz Qarayev gəlsin, ifadə ...

    10-09-2021, 12:00

  • 
  • DTX əməliyyat apararkən nazir də orada olub - Saxlanılan şəxslərin adları

    DTX əməliyyat apararkən nazir də orada olub - ...

    8-05-2020, 16:49

  • 
  • "2.4 milyonunun 300 mini nağd mənə verilib, amma..."- DTX-nın həbs etdiyi keçmiş rəis Zakir Sultanovun ifadəsi TƏFƏRRÜAT

    "2.4 milyonunun 300 mini nağd mənə verilib, ...

    13-08-2021, 13:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu