Gundemxeber.az » GündəmXəbər » Jurnalistlərə "casus" deyən Feyziyev casusluqda suçlanmış təşkilatda çalışıbmış - İddia
Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı ilginc ittiham yayılıb.
Gundemxeber.Az xəbər verir ki, sabiq təhlükəsizlik xidməti zabiti Ərəstun Oruclu facebook səhifəsində sensasion açıqlama yayıb.
Sitat: "İroniya Mətbuat Şurasının üzvü olan deputatın ölkənin sağlı-sollu, aşağı-yuxarı bütün tanınmış jurnalistlərini təhqir etməsi deyil, heç onun hamını casus adlandırması da deyil.
Əsl ironiya bunu edənin əmək fəaliyyətinə vaxtilə Azərbaycanda casusluq etdiyi zaman subütla yaxalanmış bir beynəlxalq təşkilatda başlayıb, ardınca da biznesdə sürətlə uğur qazanmasıdır".
Qeyd edək ki, C.Feyziyev 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışıb.
1995–1998-ci illərdə ABŞ-nın "Filip Morris" şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləyib.
Bu ittiham ciddi şübhə doğurur, müvafiq qurumların bunu araşdırması mütləqdir./musavat.com/
26-03-2021, 12:57
23-12-2013, 12:42
17-01-2013, 10:31
6-08-2020, 13:15
4-11-2014, 11:48
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?