Siyasi mühacirin Allahşükür Paşazadə ilə nə əlaqəsi?
ABŞ-da siyasi mühacir həyatı yaşayan adının çəkilməsini istəməyən həmvətənlərimizdən biri avropa.info-ya maraqlı bir məlumat verib. Onun dediyinə görə, ABŞ-da azərbaycanlı siyasi mühacirləri izləyən və onlar haqqında informasiya toplayan, Bakıdan göndərilmiş xüsusi xəfiyyə sistemi mövcuddur. Həmvətənimiz həmin adamlardan biri haqqında ilginc məlumatlar verib. "ABŞ-da xüsusi xəfiyyə sisteminin Tərlan Əhmədov adlı bir üzvü var. 8 il əvvəl bura gəlib müraciət edib ki, guya Azərbaycanda bunu sıxışdırırlar və öldürmek istəyirlər. Saxta sənədlərlə siyasi sığınacaq alaraq, sonradan burada qacqınlara yardım təşkilatında işə düzəlib. Sonradan məlum oldu ki, bu adam Azərbaycandan gələn bütün siyasi mühacirlər haqqında məlumat yığıb Bakıya göndərir. Əlimizdə faktlar var. Daha sonra məlum oldu ki, siyasi mühacir olmasına baxmayaraq Bakıya tez-tez maneəsiz gedib-gəlir. Burada gizli biznesi də var. Özü də vergidən yayınması haqda faktlar var. Onun haqqında daha geniş, ilginc məlumatı yaxınlarda sizə təqdim edəcəm". Qeyd edək ki, həmvətənimiz olan siyasi mühacir Tərlan Əhmədovun bir şəkilini də bizə göndərib. Təccüblü burasıdır ki, həmin şəkildə siyasi mühacir olduğu deyilən bu adam bir neçə gənclə birgə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə şəkil çəkdirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?