Bir ay olar, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi adi bir jurnalist sorğusunu cavablandırmaqda çətinlik çəkir. Hələ ki, bircə Müdafiə Nazirliyinin mətbuat xidmətinin elektron qaydada verdiyi qanunsuz cavabı almışıq. Cavabın qanunsuzluğunu cavablandıran qurumun vəzifəli şəxsinin anonimliyi , ümumiyyətlə, sorğunun mahiyyətinin açıqlanmaması göstərir. Sorğu isə “1991-ci ildən indiyədək Qarabağ uğrunda döyüşlərdə kimya müdafiə qoşunlarının iştirak edib - etmədiyi” haqqındadır. Yəni sorğu konkret tarixlə cavablandırılmalıdır . İştirak olubsa, hansı ildə, hansı döyüşdə olub və iştirak olmayıbsa , elə belə də cavab verilməlidir. DİN və DTX bir aya yaxındır cavab tapa bilmir, Müdafiə Nazirliyinin mətbuat xidmətinin anonim elektron cavabında isə yazılıb :” MÜDAFİƏ NAZİRLİYİNƏ GÖNDƏRDİYİNİZ SORĞUYA CAVAB OLARAQ BİLDİRİRİK: BƏLİ. QARABAĞ UĞRUNDA DÖYÜŞLƏRDƏ KİMYA QOŞUNLARIMIZ düşmənin EHTİMAL OLUNAN kimyəvi silahların tətbiqindən bölmələrimizin MÜDAFİƏ OLUNMASI MƏQSƏDİLƏ İŞTİRAK EDİB“. Belə çıxır, kimya qoşunları “ehtimal döyüşləri”ndə iştirak edib? İnformasiya döyüşü, savaşı eşitmişdik, amma ehtimal döyüşü, savaşı?...Olmayan kimyəvi hücuma qarşı necə müdafiə olunmaq məqsədilə döyüşmək olar? Bundansa “hərbi sirr” adı ilə susmaq daha doğru olardı. On il qabaq Müdafiə Nazirliyinin maliyyə xidməti nazirin işdənçıxarma pulu haqqında əmrinin açıqlanmasından imtina etdiyi kimi. Özbaşınalığa baxın, DİN-in Daxili Qoşunları qanunu, NK qərarını müdafiə nazirinin əmrindən (yenə daxili işlər nazirinin əmri olsaydı, dərd yarı idi-M.B.) aşağıda tutub, əmrin mahiyyəti isə açıqlanmır ki, hərbi dövlət sirridir.
..Jurnalist sorğusunun 7 günə cavablandırılmalı olduğunu diqqətə çatdırıb, sadələşdirilmiş sorğunu təqdim edirik: “Piyada qoşunlarında (rusca :pexota) döyüşlərdə iştirak edən şəxs kimya müdafiəçisi , təyyarəçi, müğənni -meyxanaçı vəzifəsi tuta bilər?"
Ümid edirik ki, daha “ehtimal olunan “meyxana hücumundan” müdafiə məqsədilə döyüşlərdə “meyxana qoşunlarımızın” iştirakı anonim cavabla doğrulanmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?