Jurnalistlərin Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün Nazirlər Kabinetinə (NK) daxil olan hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib” sualı ilə sorğu keçirilib.
Qrupun admini, jurnalist Pərvin Abbasovun verdiyi məlumata görə, dekabrın 19-da start verilən sorğu 4 sutka davam edib və əvvəlcədən elan olundğu kimi, dekabrın 22-də saat 00.00-da başa çatıb.
Sorğu zamanı hazırda 200 üzvü olan qrupda jurnalistlərə bir, yaxud daha çox nazirlik və komitənin mətbuat katibinə (mətbuat xidmətinə) səs vermək imkanı yaradılıb.
Nəticədə, qrup üzvü olan jurnalistlərin verdiyi 104 səs NK-ya daxil olan 38 qurumdan 27-si arasında paylanıb. 11 qurum ümumiyyətlə səs almayıb. Səsverməyə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi (Müşfiq Əmirov) 17 səslə birinci yerə çıxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi (İradə İbrahimova) 14 səslə ikinci olub. Gənclər və İdman Nazirliyinin mətbuat katibi (Səmayə Məmmədova) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi (Orxan Əli) hərəyə 8 səslə üçüncü-dördüncü yerləri bölüşdürüblər. Təhsil Nazirliyinin mətbuat katibi (Cəsarət Valehov) 7 səslə beşinci olub. Tam siyahı belədir:
1. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – 17 səs
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 14 səs
3-4 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 8 səs
Gənclər və idman Nazirliyi – 8 səs
5. Təhsil Nazirliyi – 7 səs
6. Xarici İşlər Nazirliyi – 6 səs
7. Daxili İşlər Nazirliyi - 5 səs
8.-11. Dövlət Sosial Müdafiə Fondu - 4 səs
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – 4 səs
Səhiyyə Nazirliyi – 4 səs
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 4 səs
12. Mədəniyyət və Turizm Nazirliyi – 3 səs
13.-17. Diasporla İş üzrə Dövlət Komitəsi – 2 səs
Dövlət Statistika Komitəsi – 2 səs
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – 2 səs
Vergilər Nazirliyi – 2 səs
İqtisadiyyat və Sənaye Nazirliyi – 2 səs
18.-27. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi – 1 səs
Dövlət Sərhəd Xidməti – 1 səs
Dövlət Miqrasiya Xidməti – 1 səs
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 1 səs
Dövlət Gömrük Komitəsi - 1 səs
Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi – 1 səs
Nəqliyyat Nazirliyi – 1 səs
Kənd Təsərrüfatı Nazirliyi – 1 səs
Müdafiə Nazirliyi – 1 səs
Maliyyə Nazirliyi – 1 səs.
Mətbuat katibi bir səs belə almayan 11 qurum isə bunlardır: Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi, Əmlak Məsələləri Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?