GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Azərsığorta" rəhbərliyinə ŞOK İTTİHAMLAR... - Sənədlər necə saxtalaşdırılır...

"Azərsığorta" rəhbərliyinə ŞOK İTTİHAMLAR... - Sənədlər necə saxtalaşdırılır...

Tarix: 16-02-2022, 13:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 251

"Sizi Azərsığorta kommersiya şirkətinin bədnam və soyğunçu əməlləri barədə məlumatlandırmağı və tədbir görməyinizi istəyirik. Bu fırıldaqçı şirkət uzun illərdir ki, loxotron sistemi yaradaraq əhalini çapıb talayır. Hər il xalqdan 100 milyonlarla pul yığır, amma sığorta ödəmək vaxtı gələndə müxtəlif bəhanələrlə və bıabırçı üsullarla pul ödəməkdən imtina edir, nəticədə insanlar fəlakət və müsibətlə üz-üzə qalırlar. Biz bir qrup şikayətçi dövlətimizə məktub yazıb xahiş etmişik ki, Azərsığorta kimi fırıldaqçı şirkətlər Azərbaycanda qadağan olunsun, onların cinayətkar əməlləri hüquq müstəvisində araşdırılsın". Gundemxeber.az  DİA.AZ-a istinadən bildirir ki, bu barədə Alı Vüsalın məqaləsində deyilir.

Məqalədə müəllifi daha sonra yazır: "Azərbaycanda on minlərlə insan Azərsığorta şirkətinin qurduğu piramida tipli loxotron sisteminin qurbanına çevrilib. Azərsığorta Azərbaycan vətəndaşlarının maşınlarını, əmlaklarını sığorta edir, o cümlədən müharibə veteranlarının sığortalanmasını da öz cənginə keçirdib. Hansı ağılla bu cür fırıldaqçı şirkətə müharibə veteranlarının sığrtalanmasını etibar etmək olar? Adam vətən uğrunda canını qoyaraq minaya düşür, amma gəlir Bakıya, Bakıda Azərsoğorta onu təzədən minaya salır, həyatını puç edir. Fikir versəz görərsiz ki, Azərbaycanda minlərlə adam Azərsığorta şirkətinin qapıları önündə sürünür, yalvarır, imdad istəyir, lakin Azərsığorta şirkəti onların birinə də olsun real kömək etmir. Azərsığortanın xalqa köməyi yalnız kağız üzərindədir, onun özünə qurduğu bahalı reklam kampaniyalarındadır. Reallıqda isə Azərsığorta xalqın qanını içən cinayətkar yuvasıdır. Dövlətimiz bu cinayətkar yuvası haqqında tədbir görməlidir. Bu xalqın tələbidir, hüquqları pozulmuş, aldadılmış, ələ salınmış müharibə veteranlarının istəyidir.

Bu gün Azərbaycanda böyük bir veteranlar ordusu Azərsığorta şirkətinin Departament direktoru Xəyyam Hətəmovla müharibə vəziyyətindədirlər. Veteranlar bu barədə dəfələrlə Mərkəzi Banka şikayətlər ediblər, lakin nədənsə Mərkəzi Bank veteranlara kömək etmək, dəstək vermək əvəzinə Xəyyam Hətəmovu dəstəkləyir, onun dediklərinə ləbbeyk deyir. Mərkəzi Bank Azərsığortanı ölkə qanunverciliyinə riayət etməyə, qaydalarla işləməyə çağırmaq əvəzinə veteranlara deyir ki, gedin Xəyyam Hətəmovla dil tapın, sizin problemlər bizlik deyil. Mərkəzi Bankı Xəyyam Hətəmovla nə bağlayır? Nəyə görə Mərkəzi Bank Xəyyam Hətəmovdan qorxur? Mərkəzi Banka vətən üçün canını qoymuş, əlil və yarımçılıq olmuş hərbçilər vacibdir, yoxsa adi bir loxotron şirkətinin rəhbəri?

Azərsığorta şirkəti Azərbaycanda elə oyunlar çıxarıb ki, bu oyunlar MDB ölkələrinin heç birində çıxarılmayıb. Azərbaycan xalqını aldadıb o qədər pullar yığıblar ki, başqa heç bir respublikada belə soyğunçuluqlar törədilməyib. Törədə də bilməzdilər. Görünür Azərbaycan xalqını zəif görüblər, ona görə də xalqı aldadaraq milyonlara sahibləniblər. O qədər harınlaşıblar ki, veteranlarımızı da saymırlar, onları insan yerinə qoymurlar. Bu gün Azərsığorta xalqdan milyonlarla pul topladığı halda xalqın adi veteranları belə onun qapısında əl açıb dilənir, öz halal haqqı olan sığorta pulunu istəsə də, veteranları rədd edib dövlətdən narazı salırlar.

Biz bu gün sizə hüquqları pozulmuş şəxslər kimi müraciət edirik. 8 ildir ki, halal haqqımız olan sığorta pulunu Azərsığortadan ala bilmirik. Ona görə də bəzi məsələlərə aydınlıq gətirmək istəyirik.

Azərsığortanın bu gün əsas önəm verdiyi fırıldaq sxemlərindən biri Forma 4 deyilən sənəddir. Azərsığorta vətəndaşlara pulu həmin sənədin hesabına buraxır. Forma 4-də avtoqəza baş verən zaman yaranmış situasiya göstərilir. Lakin Azərsığorta şirkətinin Departament direktoru Xəyyam Hətəmov Forma 4-ə baxıb pulu ödəmək əvəzinə, ürəyi istədiyi vaxt həmin sənədi qəbul edir, ürəyi istədiyi vaxt isə qəbul etmir. Bu adam o qədər özünə arxayındır ki, ürəyi istədiyi vaxt Forma 4 sənədini iqnor edir. Bu səlahiyyəti ona kim verib? Əsas məqsəd də odur ki, əhaliyı daha az sığorta pul ödənsin, yığılmış pullar isə Azərsığortanın “daxili xərclərinə” xərclənsin.

Hər il Azərsığorta tərəfindən əhalidən 100 milyonlarla sığorta pulu yığılır. Müvafiq dövlət orqanları, hüquq mühafizə orqanları bu pulun taleyi ilə maraqlanmalıdırlar. Bu pullar necə olur, hara yoxa çıxır? Axı Azərsığorta şirkəti həmin pulun heç cüzi hissəsini belə avtoqəzada xəsarət alanlara ödəmir! Əvəzində isə Xəyyam Hətəmov kimi direktorların xarici ölkələrdə, Antalyada, Almaniyada aldığı mülklərin sayı get-gedə artır.

Faktiki olaraq Xəyyam Hətəmov Azərbaycan veteranlarının pulu ilə xaricdə özünə mülklər alır. Bu açıq-aşkar təxribatdır, belə ki veteranlarda dövlətə qarşı böyük narazılıq yaradır.


Azərsığortanın bu gün əsas önəm verdiyi fırıldaq sxemlərindən biri Forma 4 deyilən sənəddir. Azərsığorta vətəndaşlara pulu həmin sənədin hesabına buraxır. Forma 4-də avtoqəza baş verən zaman yaranmış situasiya göstərilir. Lakin Azərsığorta şirkətinin Departament direktoru Xəyyam Hətəmov Forma 4-ə baxıb pulu ödəmək əvəzinə, ürəyi istədiyi vaxt həmin sənədi qəbul edir, ürəyi istədiyi vaxt isə qəbul etmir. Bu adam o qədər özünə arxayındır ki, ürəyi istədiyi vaxt Forma 4 sənədini iqnor edir. Bu səlahiyyəti ona kim verib? Əsas məqsəd də odur ki, əhaliyı daha az sığorta pul ödənsin, yığılmış pullar isə Azərsığortanın “daxili xərclərinə” xərclənsin.

Hər il Azərsığorta tərəfindən əhalidən 100 milyonlarla sığorta pulu yığılır. Müvafiq dövlət orqanları, hüquq mühafizə orqanları bu pulun taleyi ilə maraqlanmalıdırlar. Bu pullar necə olur, hara yoxa çıxır? Axı Azərsığorta şirkəti həmin pulun heç cüzi hissəsini belə avtoqəzada xəsarət alanlara ödəmir! Əvəzində isə Xəyyam Hətəmov kimi direktorların xarici ölkələrdə, Antalyada, Almaniyada aldığı mülklərin sayı get-gedə artır.

Faktiki olaraq Xəyyam Hətəmov Azərbaycan veteranlarının pulu ilə xaricdə özünə mülklər alır. Bu açıq-aşkar təxribatdır, belə ki veteranlarda dövlətə qarşı böyük narazılıq yaradır.

Biz bu gün Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən xahiş edirik ki, Azərsığorta şirkətinin Forma 4 sənədləri, eləcə də digər mühasibat sənədləri köklü şəkildə yoxlanılsın. Xəyyam Hətəmov Azərbaycan qanunverciliyini plastilin şəklinə salıb, ona istədiyi formanı verə bilir. Şikayətlərimizi Mərkəzi Banka edirik, ordan isə bizə bildirirlər ki, biz Xəyyam Hətəmovla bacarmırıq, gedin onu məhkəməyə verin, işinizi məhkəmədə həll edin.

Biz sizə 3 fərqli situasiya ilə əlaqədar Forma 4 təqdim edirik ki, görün bu Forma 4-lərə müxtəlif yanaşmalar hansı Azərbaycan qanunvericiliyinə sığar? Onda görəcəksiniz ki, Xəyyam Hətəmovun əməlləri necə əndirəbadidir! O prokurorluq işçilərini də aldararaq öz işlərini həyata keçirməyə müvəffəq olar.

Fikir verin, 3 dəfə avtoqaəza baş vermişdir, Xəyyam Hətəmov hər dəfə Forma-4 məsələlərinə müxtəlif formada yanaşmışdır. Birində demişdir ki, hökmən Forma-4 lazımdır, pulu buraxmamışdır, o biri hadisədə Forma-4 olduğu halda pulu ödəməkdən imtina etmişdir, üçüncü hadisədə isə pulu saxta forma 4 əsasında buraxmışdır!

1-ci hadisə. 23.11.2013-cü ildə 90-JP-017 dövlət nömrə nişanlı avtomobilin piyadanı vurması nəticəsində baş vermiş qəzaya görə sığorta pulu ödəməkdən imtina edir, deyir ki, hökmən Forma-4 lazımdır.

2-ci hadisə. 08.04.2014-cü ildə 50-AE-109 dövlət qeydiyyat nişanlı avtobusla 90-CH-537 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. 2 adam ölmüşdür, 18 nəfər xəsarət almışdır. Həmin hadisədə avtobusda biz müharibə qaziləri Məmmədov Samir Ağəmməd oğlu və digər qazilər da olmuşuq, xəsarətlər almışıq. Azərsığortaya Forma-4 təqdim olunsa da, Xəyyam Hətəmov həmin sənədi tanımaqdan imtina edir və sığorta pulunu ödəmək istəmir. 1-ci hadisədən fərqli olaraq deyir ki, pulun buraxılması üçün Forma-4 əsas deyil.

3-cü hadisə. 31.08.2012-ci ildə 10-TF-428 dövlət qeydiyyat nişanlı avtobusla qatar toqquşmuşdur. Bu hadisəyə görə 50 min manata yaxın pul ödənilmişdir. Halbuki bu işin içindəki Forma-4 saxtadır. Forma 4-ü qanunla DİN verməli idi, həmin işdə isə aidiyyatı olmayan başqa orqan vermişdir. Xəyyam Hətəmovun bu cür oyunları çoxdur.

İndi biz müharibə veteranları girinc qalmışıq. Bilmirik Xəyyam Hətəmova Forma-4 verək, ya verməyək, yoxsa saxta Forma-4 düzəldib verək ki, 3-cü işdəki kimi bizə yetərincə pul buraxsın?

Azərsığorta şirkətinin bu cür saxtakar işləri yetərincədir. Dövlət orqanlarından xahiş etmişik ki, ən aşağısı bu 3 işin içindəki Forma 4-ləri yoxlasın, onların bir-birindən necə fərqlənməsinə baxsın. Ən əsası da 3-cü işdə saxta Forma 4-lə pul buraxılmasına hüquqi müstəvidə qiymət versin.

Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən, İnvestisiya Holdinqindən xahiş etmişik ki, Xəyyam Hətəmovun bu saxtakarlıqlarını diiqqətlə araşdırsınlar".


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bakı Sığorta” “Azərsığorta”ya qarşı - PUL İDDİASI QALDIRIB

    “Bakı Sığorta” “Azərsığorta”ya qarşı - PUL ...

    8-06-2020, 15:34

  • 
  • “Sığorta Mamed” pullarını Türkiyəyə daşıyır

    “Sığorta Mamed” pullarını Türkiyəyə daşıyır ...

    24-02-2016, 16:46

  • 
  • “Azərsığorta” -nın Ucar filialının müdiri korrupsia əməllərində ittiham olunur

    “Azərsığorta” -nın Ucar filialının müdiri ...

    30-09-2015, 18:13

  • 
  • “Sığorta Mamed” şəhid pulu YEYİR – İDDİA

    “Sığorta Mamed” şəhid pulu YEYİR – İDDİA ...

    17-08-2017, 17:30

  • 
  • Şəhid ailələri piket keçirəcək

    Şəhid ailələri piket keçirəcək ...

    3-12-2013, 08:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu