“Şair Alxasovun Rusiyada böyük biznesi var. O, Azərbaycandan oğurladıqlarını Rusiyaya yatırır”. GundemXeber.Az bildirir ki, bu ifadələr Qusar sakinləri adından Dia.Az-a edilən müraciətdə yer alıb.
Narazı vətəndaşlar yazırlar:
"Şair Alxasov elə bir adamdır ki, nə qusarlı kimi qusarlı deyil, nə də bir başqa yerin adamı deyil... Bu adam gəldiyi ilk gündən qarşısına tək məqsəd qoyub: DAHA çox pul qazamaq...
Bu gün Qusarda əlinizi hara uzatsanız, deyəcəklər ki, ya Alxasovundur, ya onun hansısa qohumun, ya da hansısa yaxınının...
Əgər DTX Qusarda bir əməliyyat keçirsə, çox ciddi faktlar üzə çıxar. Doğrudur, buna qusarlılar inanmır. Çünki Alxasov hər yerdə deyir ki, dövlət odur...
Biz qusarlıların isə tək bir istəyi var: Bizi Alxasovun zülmündən xilas edin..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?