GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milli Onkologiya Mərkəzində “Hippokrat andı”na xəyanət - MÜDHİŞ OLAY

Milli Onkologiya Mərkəzində “Hippokrat andı”na xəyanət - MÜDHİŞ OLAY

Tarix: 28-02-2022, 15:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 487

  Bəlkə də əksəriyyət o haqda məlumata malikdir ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və qurluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması, qanunun aliliyi daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin səhiyyə sahəsində çalışan bəzi vəzifə sahibləri qanunun aliliyini uca tuturlar, and içdikləri “Hippokrat andı”na sadiq qalırlar, yoxsa bütün bunları tapdaqlar altına atırlar?.  Bakı ş. H. Zərdabi küçəsi, 79B ünvanında fəaliyyət göstərən Milli Onkologiya Mərkəzində olmazın hoqqalarla, haqsızlıqlarla üz-üzə qalan və Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi-73 ünvanında yaşayan Ağayeva Mehriban Əziz qızı, gundemxeber.az saytının redaksiyasına yazdığı ərizəsində qeyd edir ki, “Kiçik qızım Şəfa Məmmədzadə ilyarımdır ki, onkoloji xəstədir. Buna görə də onu böyük qızım Vəfa ilə birlikdə Milli Onkologiya Mərkəzinə apardıq. Orada ilk əvvəl qızımı qandan və “UZİ”-dən analiz etdilər, “MRT”-yə saldılar və bunun qarşılığında bizdən müayinə xərci olaraq 1500 manat pul alıb qəbz verdilər. Mən bir ana olaraq həkimlərin pul tələblərinə qəti etiraz etdim və onlara bildirdim ki, axı bura dövlət səhiyyə müəssisəsidir? Niyə bizdən bu qədər müayinə pulu alırsınız? Həmin vaxt Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimovun qəbulunda oldum və ona işçilərinin bizdən pul tələb etdiklərini çatdırdım. O halda o, telefonu götürüb kiməsə zəng etdi və “Şəfa adlı xəstədən pul almayın” deyə tapşırığını verdi. Düzdür, belə bir tapşırıqdan sonra həkimlər bizdən pul tələb etmədilər və xəstəni “RENTGEN” aparatından keçirib  Günel Nağdəliyeva adlı həkimin yanına göndərdilər. Günel həkim bizdən pul almadan müalicə işləri aparacağına söz verdi. İyrimi gün keçdikdən sonra qızım Şəfa kimyəvi terapiya qəbul etməli oldu. Ona görə də, Günel həkim hər 25 gündənbir qıızımın kimyəvi terapiya qəbul etməsinə görə, bizdən 550 manat pul alırdı. Qızım əmələ gələn ağrılara heç cür dözə bilmirdi və ona görə də o, mənə “Mama qurban olum, sən danışma, qoy məni müalicə etsinlər” deyirdi. Buna baxmayaraq, həkim ayrı-ayrı vaxtlarda xəstə qızımın 28 dəfə kimyəvi terapiya qəbul etməsinə görə, bizdən üstüstə 8 min manat pul aldı. Günel həkim müalicə aparıram deyə qızımın döşlərini deşik-deşik etdi və sonda elə bir vəziyyət əmələ gəldi ki, Şəfanın döşünün yan hissələrindən qanlar axmağa başladı. Biz heç cür başa düşə bilmədik ki, Günel həkim müalicə işlərini belə aparacaqdırsa o, niyə bizdən bu qədər pul aldı? Mən baş verən belə bir biabırçılıqla bağlı bugünə kimi bir çox dövlət qurumlarına şikayət ərizələri göndərmişəm, teleqramlar vurmuşam. Hal-hazırda toplanmış iş materialları Yasamal rayon prokuroru Ayaz müəllimin icraatındadır. Bu şəxs dörd ay ərzində həyata keçirdiyi araşdırmalardan sonra “Bu iş cinayət xarakterli olduğu üçün qeydiyyat kitabına saldıq” deyə mənə cavab yazıb. Əslində Ayaz müəllim bir prokuror olaraq Günel Nağdəliyevanı bizdən rüşvət aldığına və qol qoyduğu qanunsuzluq əməlinə görə məsuliyyətə cəlb etməli idi. O, belə bir addımını atmaq əvəzinə, sanki həkimin mövqeyinin müdafiəçisi qismində çıxış edir. Məsələn, Günel həkim bizdən aldığı rüşvətin 1200 manatını geri qaytardı və o, onu da bildirdi ki, “Pulun qalan hissəsi yuxarıdakı rəhbərlikdədir”. Bu da onu sübut edir ki, prokurorun lazımi araşdırma işi apara bilməməsinə səbəb, Günel Nağdəliyevanın Milli Onkologiya Mərkəzində çalışmasıdır. Bugünkü həqiqət ondan ibarətdir ki, Günel həkim hər 25 gündənbir bizdən pul aldı, sonda da qızımı şikəst etdi. Hazırda qızım əmələ gələn ağrılara heç cür dözə bilmir və o, hər gün mənə  “Mama qurban olum, mənə bir iynə vurun ölüm, artıq ağrılara dözə bilmirəm” deyir”.

Hal-hazırda ölkəmizin nüfuzlu səhiyyə müəssislərindən biri hesab olunan Milli Onkologiya Mərkəzində belə bir qanunsuzluq və biabırçılıqların baş verməsini, bəlkə də Azərbaycan səhiyyəsinin “üzqarası” hesab etmək olar. Çünki, bir tərəfdən xəstənin adamlarından 8 min manatdan çox rüşvət alınır, digər tərəfdən də, xəstəni şikəst edirlər. Əslində bu analoqu olmayan faciədir, böyük bir bədbəxtçilikdir.

Mövzuya qayıdacağıq.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fikrət Səmədovun idda tələbi hansı maraqlar əsasında təmin olunmadı? -FOTOIAR

    Fikrət Səmədovun idda tələbi hansı maraqlar ...

    19-05-2021, 17:11

  • 
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11

  • 
  • Lalə Şövkət İlham Əliyevə müraciət etdi

    Lalə Şövkət İlham Əliyevə müraciət etdi ...

    13-12-2013, 20:14

  • 
  • Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik edir? !

    Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik ...

    18-09-2021, 11:13

  • 
  • Prezident İlham Əliyev prokurorluq orqanlarının əməkdaşlarını və veteranlarını təbrik edib

    Prezident İlham Əliyev prokurorluq orqanlarının ...

    1-10-2018, 15:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu