Bir-iki gündür ki, bəzi ağzıgöyçəklər məşğul olmalı olduqları iş-güclərini buraxıb, birbaşa Goranboy RİH-nin sabiq başçısı, mərhum Nizaməddin Quliyevlə bağlı, hansı ki, gədalara məxsus söz-söhbətləri, küçə uşaqlarının ifadə etdikləri dedi-qoduları, əsası olmayan kompromatları və s-ləri ictimai rəyə təsiri olmayan media qurumlarına ötürməklə məşğul olurlar. Əslində, belə işlərlə məşğul olanlar özlərinin nə qədər cılız və aciz, nə qədər ucuz olmalarını ortaya qoyurlar. Yəni, belə bir düşüncənin, belə bir əxlaqın sahibi olan hər kəs (kimdirsə), birbaşa özünün mənəviyyatdan kənar olduğunu nümayiş etdirir. Amma, xəstə təfəkkürə malik olanlar onu unudurlar ki, bu cür hərəkətlər birbaşa simasızlıqdır, ən böyük alçaqlıqdır. Heç cür unutmaq olmaz ki, tarixən atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli atalar sözlərimiz var ki, onlar xalqımızın həyatında sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət də daşıyır. “Ölünün dalınca danışmazlar” da, belə atalar sözlərindən biridir. Amma, nə fayda! Simasız olan hər kəs üçün insanın həyatda olub-olmaması heç də fərq etmir. Odur ki, belə əxlaq sahibi olanlar mərhum Nizaməddin Quliyevin haqq-dünyasına qovuşduğunu anlasalar da, bu gün də öz simasızlıqlarını ortaya qoyub ölünün dalınca danışmaqda davam edirlər. Vaxt var idi ki, əxlaqsız “qadın şineli” arxasında gizlənənlər, bu gün yeni fahişələr ordusu yetişdirib, yeni taktiki addımlar atmağa qərar veriblər. Dərk edin, vallah bu dəfə də alınmayacaq! Çünki, fahişəyə arxalanan hər kəsin özü, ən böyük FAHİŞƏDİR!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?