GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tibb universitetində Gəray Gəraybəylinin QOHUMBAZLIĞI... - Rektorun bacısının həyat yoldaşı Elçin Əlizadə ATU-da korrupsiyanın başında dayanır ?...

Tibb universitetində Gəray Gəraybəylinin QOHUMBAZLIĞI... - Rektorun bacısının həyat yoldaşı Elçin Əlizadə ATU-da korrupsiyanın başında dayanır ?...

Tarix: 11-03-2022, 09:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 732

“Gəray bəyin rektor nəvəsi”  Tibb Universitetini özəl şirkətə çevirib?...
Gəray Gəraybəyli  ATU-nun klinikalarında xəstələrə qanuni qəbz əvəzinə printerdən çıxan kağız verir?..

Səhiyyəmizin  biabırçı  durumu ilə bağlı uzun-uzadı  yazmağa ehtiyac yoxdur.
Düzdür, dövlət tərəfindən  kifayət qədər maliyyə vəsaiti ayrılır, təzə xəstəxanalar tikilir, müasir tibbi  avadanlıqlar alınır və s amma...
Əmması odur ki, sabiq səhiyyə nazirləri Əli İnsanovun, Oqtay Şirəliyevin dövründə  savadlı  tibb alimləri, həkimlər  vəzifələrindən uzaqlaşdırılıb və üstəlik...
Bəli, neçə il öncə  media  hay salmışdı ki, Məleykə Abbaszadənin Tələbə İmtahan Komissiyası  12 bal toplamış məzunun balını artırıb  6-12  edərək Tibb  Universitetinə qəbul etdirir.
İndi başa düşdünüzmü, 12 bal toplayan abituriyent ATU-nun tələbəsi olur. Siz bu tələbədən nə gözləyə bilərsiniz ?
Bax, bu gün  12 bal toplayan məzunlar  həkim olub, vətəndaşlarımızı  “müalicə”  edirlər.
Çünki Azərbaycanda “həkim”  istehsal edən yeganə ali məktəb ATU-dur.
Bütün bu problemləri nəzərə alan cənab Prezident  2006-cı ildə Gəraybəyli Gəray Çingiz oğlunu Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin etdi.
Hamı düşünürdü ki, gənc professor olan Gəray Gəraybəyli qısa  müddətdə ATU-da müsbət dönüş yaradacaq. Amma...
Əmması odur ki, təzə rektor olub-qalan təcrübəli alimləri də vəzifədən qovub öz qohumlarını ATU-ya doldurdu.
Ən dəhşətlisi odur ki,  gənc rektoru təhsilin səviyyəsi deyil, konkret qohum-əqrəbanı işlə təmin etmək maraqlandırırdı.
Ona görə də maliyyə, təchizat, mühasibatlıq məsələlərinə baxan şəxsləri vəzifəsindən uzaqlaşdırıb qohumlarını bu vəzifələrə təyin etdi ki, onun qara əməllərindən kənar adamların xəbəri olmasın.
Bəli, Gəraybəyli ilk öncə ATU-da təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifəsinə bacısının həyat  yoldaşı Elçin Əlizadəni təyin edərək cari  və  əsaslı  təmir adı altında dövlətin ayırdığı  vəsaiti mənimsəməyə  başladı.
Rektor ATU-nun baş mühasibini işdən çıxardıb öz dostunu təyin etdi ki, qara mühasibatlıqdan heç kimin xəbəri olmasın.
Sonra ATU-nun nəzdində olan klinikaları özünün şəxsi obyekti kimi işlətməyə başladı.
Belə ki, rektor  tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb.
Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Yəni bütün şəraiti  dövlət yaradıb.
Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə  sadəcə printerdən çıxıb. Kassada çalışanların heç  biri rəsmi ştatda oturmayıb, hamısı maaşı  qeyri-rəsmi alır.
Hətta xəstələrin  köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir  və milyonlarla pul dövlət büdcəsindən yayındırılır.
ATU-nun klinikalarında xəstələrə rəsmi mədaxil qəbzi deyil, saxta qəbzlər verilir...
Bütün bunları  Hesablama Palatası aşkarlamışdı.
Bəli, Hesablama Palatası  müəyyən etmişdi ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş nömrəli  ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb.
Hesablama Palatasının kollegiyası öz qərarını Səhiyyə Nazirliyinə və Milli Məclisə göndərib.
Sözün qısası, Hesablama Palatası gəldi-getdi, yazdı-pozdu, Milli Məclisə göndərdi. Amma ortada nəticə olmadı.
Yəni dairə qapandı.
Bizdən yazmaq, qalanı bizlik deyil və xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəray Gəraybəylinin rektor təyin olunması nəyi dəyişdi? - İDDİA

    Gəray Gəraybəylinin rektor təyin olunması nəyi ...

    26-03-2019, 15:37

  • 
  • Tibb Universitetindən tələbələrin aksiyasına cavab gəldi

    Tibb Universitetindən tələbələrin aksiyasına ...

    13-11-2013, 13:01

  • 
  • ATU-da koronavirusa kütləvi yoluxma

    ATU-da koronavirusa kütləvi yoluxma ...

    15-03-2021, 16:30

  • 
  • ATU-da koronavirusa kütləvi yoluxma

    ATU-da koronavirusa kütləvi yoluxma ...

    15-03-2021, 15:54

  • 
  • Zakir Həsənovla rektor arasında qalmaqal

    Zakir Həsənovla rektor arasında qalmaqal ...

    4-03-2014, 10:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu