GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar... - BƏS SONRA?

Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar... - BƏS SONRA?

Tarix: 12-03-2022, 11:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 398

"Şəhərimizin Məhsəti qəsəbəsinin qaz problemini yazmısınız. Oxuduq, baxdıq ki, yerli qaz idarəsi bizi də neçə ildir eyni qaydada aldadır. 20-dən çox ailə şəhərin mərkəzində – dəmiryolu vağzalının yaxınlığında evini odunla qızdırır. Ölkənin adını daşıyan küçəyə qaz xətti çəkilmir. Halbuki, bu ərazidə fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahələri satılanda vədlər başdan aşırdı”.
Bunu Gəncənin Azərbaycan küçəsində yaşayan sakinlər deyir. Gundemxeber.Az bildirir ki, bir neçə gün əvvəl şəhərin başqa küçələrindən də illərdir ki, qaz xəttinin olmamasından Meydan TV-yə şikayətlər gəlmişdi.

"Bu qış da çətin keçdi”

Azərbaycan küçəsindəki fərdi evlər son bir neçə ildə inşa edilib. Ərazidəki kommunal problemlər sakinlərin davamlı şikayətlərindən sonra tədricən həllini tapmağa başlayıb. Ancaq sakinlər demişkən, uzun müddətdir ki, mavi yanacaq məsələsində ilişib qalıblar.
"Bu qışı da çox çətin keçirtdik. Uşaqlarımızın sağlam vaxtı olmadı. Müxtəlif qurumlara dəfələrlə müraciət etmişik, xeyri yoxdur. Bu boyda küçənin hansı səbəbdən qazlaşdırılmaması bizə məlum deyil, çünki heç bir qurum bizə konkret səbəb göstərmir. Eləcə deyirlər, imkan yoxdur”, – bunu küçə sakini Orxan deyir.

"Ötən ildən iki-üç dəfə çox işıqpulu ödəyirik”

Sakin Ruhəngiz Qasımova isə deyir, iki ildən çoxdur ki, burada ev tikib, indi peşmandır: "Evi elektrik cihazlarıyla isidirik, elektrik bahalaşıb, ötən il də işıqpulu çox gəlirdi, ancaq indi ötən ikindən iki-üç dəfə çox işıqpulu gəlir, qazancımız yoxdur, ancaq işıqpulu xirtdəyəcəndir. Bu küçənin də qazi, şəhid ailələri, veteranları var. Bizi düşünmürlər, heç olmasa onların qeydinə qalsınlar. 100 metrlik məsafədə ana qaz xətti var, ordan küçəmizə qaz xətti gətirə bilərlər, ancaq bizi aldadırlar ki, qaz xətti 500 metr məsafədəki ana xətdən gətirilməlidir. Niyəsini soruşanda deyirlər, belə məsləhətdir. Bu, kimin məsləhətidir, onu bilmirik. "Azəriqaz”ın rəhbəri Ruslan Əliyev telefon xəttində qulağımız eşidə-eşidə rəisə şəxsən tapşırıq verdi, ancaq qaz xətti hələ də yoxdur”.
Ötən ilin yayında Ruhəngiz Qasımovanın həyat yoldaşı Kamil Qasımovun "Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevə davamlı elektron müraciətlərindən sonra şəxsən Ruslan Əliyev vətəndaşla əlaqə saxlayaraq problemlə maraqlanıb. Ruslan Əliyev paralel olaraq Gəncə Regional Qaz İstismar İdarəsinin rəisinə zəng vurub və ona həmin küçənin tezliklə qazlaşdırılmasını tapşırıb.
"Hər dəfə müxtəlif bəhanələr gətirirlər”
Başqa sakin Marat Ələsgərovsa deyir, şəxsən özü bir neçə dəfə Gəncə Regional Qaz İstismarı İdarəsinə müraciət edib, gah ana qaz xəttinin uzaqda olması, gah da pul vəsaitinin olmaması kimi cavablar alıb: "Vətəndaş dövlətə həm də ona görə vergi ödəyir ki, dövlət ona yaşamaq üçün normal şərait qursun. Mənim uşaqlarım evdə soyuqdan əl-ayaqları dona-dona böyüyəcəksə, mən bu dövlətə niyə xeyir verməliyəm? Hansı evə baş çəksəniz, soyuqdəymədən xəstə yatan görərsiz. Biz də insanıq axı… Mən bir ailə başçısı kimi elektrik cihazından istifadə etdiyimə görə hər ay maddi zərərə düşürəm, elektrikin qiymətini bahalaşdırıblar, deyirlər, istəsən də budur, istəməsən də… Odun ondan da baha…”

Toplaşırlar, dərdləşirlər, dağılışırlar…

Sakinlər tez-tez məhəllələrdə toplaşıb vəziyyətdən çıxış yolu axtarırlar. Onların hökumətdən istəkləri təxminən 100 metr aralıdakı ana xətdən evlərə qaz xətti çəkilməsidir.
Başqa sakin Məhərrəm Cəfərovsa iki ildir ki, tikdiyi evinə mavi yanacaq olmadığına görə köçə bilmir: "Torpaq satıblar, söz vermişdilər ki, ilk növbədə qazlaşdırma işləri görüləcək, aldadıblar. Ev tikmişəm ki, balalarımı içərisinə yığım, ancaq onları burda soyuqdan qıra bilmərəm”.
Gəncə Regional Qaz İstismar İdarəsindən Meydan TV-yə bildirilib ki, tezliklə sakinləri sevindirəcəklər, Azərbaycan küçəsi qazlaşdırılacaq. İdarədən deyilənə görə, hazırda Gəncənin bir neçə küçəsində qazlaşdırılma işləri aparılır. Azərbaycan küçəsi 97A ünvanının qazlaşdırılması da plandadır: "Yaxın vaxtlarda həmin ərazilərdə daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi baş tutacaq”.
Küçənin yolları da bərbaddır. Sakinlər yolların təmiri üçün aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə sakinləri: “Küçəmizə qaz xətti çəkmək üçün 120 min manat tələb olunur”

    Gəncə sakinləri: “Küçəmizə qaz xətti çəkmək üçün ...

    3-03-2022, 12:03

  • 
  • Xocasənlilər: 'Qaz verilməsə, aksiyalar davam edəcək...'

    Xocasənlilər: 'Qaz verilməsə, aksiyalar davam ...

    20-10-2016, 01:30

  • 
  • Ölkənin iki rayonuna verilən mavi qaz dayandırılacaq

    Ölkənin iki rayonuna verilən mavi qaz ...

    19-12-2012, 14:42

  • 
  • AAAF Park-ın sakinləri etiraz aksiyasına başlayıb

    AAAF Park-ın sakinləri etiraz aksiyasına başlayıb ...

    17-09-2017, 18:58

  • 
  • Bu gün Bakının bu ərazilərində qaz olmayacaq

    Bu gün Bakının bu ərazilərində qaz olmayacaq ...

    20-05-2016, 02:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu