GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Kristal Abşeron” şirkəti Novruz bayramı günündə müharibə veteranının evini sökdü

“Kristal Abşeron” şirkəti Novruz bayramı günündə müharibə veteranının evini sökdü

Tarix: 22-03-2022, 16:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 364

Etibar Məlikov: Novruz bayramımı qara gətirənlərə haqqımı halal etmirəm

Hörmətli redaksiya! Mən Məlikov Etibar Umudvar oğlu 1965-ci ildə İmişli rayonunda anadan olmuşam. 1982-ci ildən Bakı şəhərində yaşayıram. Paris Kommunası adına Gəmi Təmiri Zavodunda işə düzəlmişəm. Ermənilər torpaqlarımızı işğal etməyə başlayanda BDU-nin tələbəsi olmağıma baxmayaraq 1991-ci ildə könüllü olaraq müharibəyə yollanmışam. Atəşkəs rejimi elan edilənədək ən ağır bölgələrdə döyüş yolu keçmişəm. Neçə-neçə döyüş yoldaşım gözlərim önündə şəhid olub, yaralanıb. Döyüşlər zamanı aldığım travmalar, yoldaşlarımın itkisi bu gün də məni rahat buraxmır. Tez-tez əsəbi oluram, halım dəyişir.

1990-cı ildən Qanlıgöl massivi 2A ünvanda 4 sota yaxın torpağı, 21.8 kvadrat metr sahəyə malik otaq və sanitar qovşağı olan mənzil mənim istifadəmdədir. Həyətyanı sahədə 20-dən artıq gilənar, tut və digər meyvə ağacı əkərək onlara qulluq etmşəm. Hazırda daxili işlər orqanlarının veteranı kimi Hüseyn Cavid prospektində yerləşən yataqxanada18 kvadratmetrlik darısqal otaqda yaşayıram. Dövlət tərəfindən heç vaxt mənzil, maşın, sosial müavinət almamışam.

Yasamal rayonu Qanlıgöl deyilən ərazidə götürdüyüm torpaq son ümüd yerim idi. Uzun müddət xəstəliyim, ailəmdəki problemlərlə bağlı torpaq sahəsində tikinti apara bilməmişəm. Lakin həyətyanı sahəmdə müxtəlif meyvə ağacları əkərək onlara qulluq etmişəm, əvvəllər qonşunun həyətindən gətirdiyim su ilə onları böyütmüşəm, sonralar isə Su idarəsinə müraciət edib öz evimə sayğac qoydurdum.
Artıq uşaqlarım böyüyüb. İmkansızlıq üzündən qohum evində yaşayırlar. İndi özümə şərait qurmaq istəyirdim ki, “Kristal Abşeron” şirkəti Qanlıgöl ərazisində yaşayan sakinlərlə görüşüb ərazinin onlara verildiyini bildirdi. Şirkət sakinlərlə ayrı-ayrılıqda danışıb onların çoxunu razı salaraq mənzillərindən köçürməyə başlayıb. Mənim mənzilimi isə saxlayıblar axıra. Çünki 4 sota yaxın ərazisi, imkansızlıq üzündən özünə dəbdəbəli şərait qura bilməyən müharibə veteranının birotaqlı mənzilini şirkət ev kimi qəbul etmək istəmir. 
Razılaşan qonşuların hasarlarını söküb evimin hər tərəfini zibilliyə çevirəndən, su sayğacımı sındırıb atandan, evin şüşələrini sındırandan, həyətimdəki 20-dən çox ağacı kökündən çıxarandan sonra məni şirkətə dəvət etdilər. İlk görüşümüzdə şirkətin əməkdaşı Şahvələd müəllimlə danışdım, mənim evimin və sanitar qovşağımın taxtadan tikildiyini, ona görə də mənə heç bir mənzil düşmədiyini bildirdi. Mənzilimin içərisinin guya 15 kvadrat metr ərazisi olduğu üçün ümumilikdə 1 500 (min beş yüz) manat pul təklif etdi (kvadratmetrinə 100 manat-?!) və onun da iki qatının– 3000 manatın pul şəklində veriləcəyini bildirdi. (Halbuki mənzilin ölçülməsi zamanı mənə verilən aktda evin və sanitar qovşağın iç ölçülərinin ümumilikdə 21.84 kvadrat metr olduğu yazılıb). Şahvələd müəllim pulu götürməyə razılaşmasam məni Yasamal Rayon İcra Hakimiyyəti ilə hədələdi. Bildirdi ki, “Bakı Şəhər İcra Hakimiyyəti ərazini bizim şirkətə ayırıb. Rayon İcra Hakimiyyətinə də tapşırılıb ki, ərazini boşaldıb bizə təhvil versin”–dedi. Hazırda yataqxanada yaşadığımı bildirdim və son ümidi olan mənzilimi heç kəsə verməyəcəyimi, yalnız mənzil müqabilində şirkətlə razılaşacağımı söylədim. Sonda Şahvələd müəllim rəhbərliklə bizim təklifimizi müzakirə edib nəticəsini 1-2 günə bildirməyə söz verdi.

Bundan sonra “Kristal Abşeron” şirkəti Prezident İlham Əliyevin Rusiya Federasiyasında səfərdə olduğunuz vaxt, yəni fevralın 22-də mənim razılığım olmadan əkdiyim, çətinliklə böyütdüyüm ağacları ekskovatorla çıxarıb məhv etdilər. Yalnız evim və yanında 4-5 ağacım qalmışdı. Bundan sonar yenə məni şirkətə dəvət etdilər. Şahvələd müəllim müharibə veteranı vəsiqəmi, şəxsiyyət vəsiqəmin surətini alıb mənə 15 kvadrat mənzilin qarşılığında bir otaqlı evin 36 min manatını şirkət tərəfindən ödənəcəyini, qalan hissəsini isə kredit şəklində mənim ödəməyimi təklif etdi. Yenə mənim evimin, ağaclarımın və 4 sot torpaq sahəmin qarşılığında daha geniş mənzil istədiyimi bildirdim.
Bir neçə gündən sonra məni şirkətin rəhbəri Fikrət müəllim dəvət etdi. O da mənim evimin qarşılığında müharibə veteran olduğumu nəzərə alıb yalnız 1 otaqlı mənzil verə biləcəyini söylədi. Mənim ailəmin qohum evində, özümün yataqxanada yaşadığımı bir daha diqqətə çatdırdım. Onların təklifi ilə razı olmadığımı, yalnız daha geniş mənzil qarşılığında şirkətlə razılaşacağımı söylədim. Əks halda evimə əl vurmamalarını xahiş etdim. Fikrət müəllim sənədlərimi alıb evimi sökməyəcəklərini, Yasamal Rayon İcra Hakimiyyətində məsləhətləşdikdən sonra mənə cavab veriləcəyini dedi.
Mən cavab gözlədiyim müddətdə 2022-ci ilin Novruz Bayramı günü-martın 21-də şirkətin işçiləri evimi söküb içindəki əşyalarımı yarasız hala saldılar. Bu həmin gün idi ki, Prezident İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdiniz. Bütün xalqımız kimi mən də qürur hissi keçirirdim ki, işğal altında olaan torpaqlarda Novruz tonqalları yanır. “Kristal Abşeron” Şirkətinin əməkdaşları isə Prezidentin bu alicənablığına, xalqımızın secincli günlərində mənim evimi uçurmaqla cavab verdilər. Şirkətin bu əməllərindən aydın olur ki, ölkə Prezidenti nə vaxt paytaxtdan uzaqlaşır şirkət rəhbərliyi də həm vaxtlarda öz çirkin əməllərini həyata keçirirlər.

Ağaclarımın kəsildiyini, evimin söküləcəyi və bunun qarşısının alınması üçün müxtəlif dövlət qurumlarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Bakı Şəhər İcra Hakimiyyətinni başçısı Eldar Əzizova hüquqlarımın müdafiəsi üçün müraciət etmişəm. Ümid edirəm ki, məktub yazdığım ali orqanların rəhbərləri səsimə səs verib şirkətin özbaşınalığını dayandıracaqlar.
Şirkətin rəhbərliyinin heç bir dəyərlərə hörmət etmədiyinin, müharibə vetranının son ümid yeri olan evinin uçurdub yerində özlərinə xaniman quraraq mənim bayramımı qara gətirmək, milyonlar qazanmaq istəyi onları hər cür rəzilliyə əl atmağa vadar edir. Mən Qarabağda qışın şaxtasında, yayın istisində vuruşanda bu şirkətin rəhbərliyi harada idi? Mənim əlimlə əkdiyim ağacları kökündən çıxarıb, evimi yerlə-yeksan edənlər, onlara havadarlıq edənlər mütləq cəzalandırılmalıdır. Mən də bu ölkənin vətəndaşıyam. Mənim də hüquqlarım Konstitusiya ilə mdövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü Maddəsindəyazılır:
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29-cu Maddə isə qeyd olunur:
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Prezident İlham Əliyev hər zaman yaşıllıqları məhv edən, ona qənim kəsilənlərin ən ağır şəkildə cəzalandırılacağını dəfələrlə bəyan etmişdir. Ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Prezident demişdir: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır.”
Ümummilli lider Heydər Əliyev də “…kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü özünə xəyanət edir”-deyirdi. Bəli, bu cür xəbərdarlıqları qulaqardına vuran şirkət rəhbərləri, doğrudan da cəzalandırılmalıdır.
Mən inanıram ki, heç bir dövlət qurumu nə adi bir vətəndaşın, nə də bir Qarabağ müharibəsi iştirakçısını, daxili işlər orqanlarının veteranının razılığı olmadan ağaclarını kəsməyə, mənzilini uçurmağa, özünü çölə atmağa göstəriş verməyib. Mən buna əminəm. Dövlət hər zaman çətin gündə vətəndaşın yanında olub və Qarabağ müharibəsi veteranları isə xüsusi qayğı ilə əhatə olunub. Bunu şirkət rəhbərliyi də yaxşı bilir. Lakin nədənsə “Kristal Abşeron” şirkətinin törətdiyi əməllər hələlik müvafiq dövlət qurumlarının nəzarətindən kənarda qalıb.
Hörmətli redaksiya! Birinci Qarabağ müharibəsi iştirakçısı, daxili işlər orqanlarının veteranı, 30 ildən artıq yataqxanada 18 kvadratmetr otaqda yaşadığımı nəzərə alıb mənim pozulmuş hüquqlarının müdafiəsinə yardım göstərməyinizi xahiş edirəm.
Etibar Umudvar oğlu Məlikov,
Birinci Qarabağ müharibəsi veteranı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Üstay” şirkəti mənim haqqımı indiyəcən də verməyib-VİDEOMÜRACİƏT

    “Üstay” şirkəti mənim haqqımı indiyəcən də ...

    14-08-2019, 16:33

  • 
  • Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

    Novruz bayramı ərəfəsində dəmir yolunda ...

    15-03-2017, 08:37

  • 
  • Bu gün Salatın Əsgərovanın şəhid olduğu gündür

    Bu gün Salatın Əsgərovanın şəhid olduğu gündür ...

    9-01-2021, 10:11

  • 
  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 ...

    23-07-2013, 00:09

  • 
  • Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI və DƏYƏRİ

    Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının ...

    16-11-2016, 02:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu