"Azərbaycan DəmirY olları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.
GunndemXeber.az bildirir ki, Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.
Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
Qeyd olunur ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?