Davudov Pərviz Rəhim oğlu 2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və Logistika fakültəsini bitirsə də, bu günə kimi sözügedən universitetdən diplomunu ala bilmir.
Gundemxeber.Az faktinfo.az-a istinadla xəbər verir ki, yaranmış problemlə bağlı Pərviz Davudov dəfələrlə AzTU rəhbərliyini məlumatlandırıb. Ona bildirilib ki, Təhsil Nazirliyinə müraciət etməlidir, diplomunu oradan almalıdır. Nazirlik isə AzTU-nun məzununa universitetə müraciət etməyi məsləhət bilib. Ötür-ötür oyunu Pərviz Davudovu təngə gətirib. Xatırladaq ki, Pərviz Davudov yekun və müdafiə imtahanını verib. Bu səbəbdən də digər məzunlar kimi o, da diplomunu AzTU-dan almalıdır, Təhsil Nazirliyindən yox. Onu da xatırladaq ki, AzTU-ya Ədalət Vəliyevin rektor təyin edilməsindən sonra orada son iki ildə narazılıqlar yaranıb.Görünür,Pərviz Davudovun Azərbaycan Texniki Universitetindən diplomunu ala bilməməsi Universitet rəhbərliyinin idarəçilikdə növbəti "performansıdır." Mövzuya qayıdacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?