Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf yenidən həbs edilib. Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, məhkəmə belə qənaətə gəlib ki, 2007-ci ildə “Qırmızı məscid”ə hücum zamanı 100-dən çox adamın ölümündə şəxsən Pərviz Müşərrəf məsuliyyət daşıyır.
Pakistanın Ali Məhkəməsi Pərviz Müşərrəfi girov müqabilində azad edib.
Xatırladaq ki, 2013-cü ilin martında Pərviz Müşərrəf hakimiyyətin qəsb edilməsi, vətənə xəyanət, Ali Məhkəmənin qanunsuz buraxılması və məhkəmədənkənar cəzaların təşkili ittihamları ilə həbs edilmişdi. Sonralar Pərviz Müşərrəfi ölkənin sabiq baş naziri Bənazir Bhuttonun qətlində də ittiham etdilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?