GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncədə ədalət: Kolbasa qoxulu məhkəmə qərarı, inim-inim inildəyən ana və əndazəsiz İcra Şöbəsi - İLGİNC FAKTLAR

Gəncədə ədalət: Kolbasa qoxulu məhkəmə qərarı, inim-inim inildəyən ana və əndazəsiz İcra Şöbəsi - İLGİNC FAKTLAR

Tarix: 1-04-2022, 14:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 356

Dünyanın bəlkə də ən böyük zülmü bir ananı öz balasından ayırmaqdır. Özü də bu təkcə anaya verilmiş işgəncə də deyil, gələcək nəsillərimiz sayılan uşaqları ana nəvazişindən məhrum etmək onu həm də insani hisslərdən uzaq fərd kimi yetişdirmək anlamına gəlir. Faktlar sübut edir ki, bu cür yetişdirilmiş insanlar gələcəkdə ciddi sosial problemlərin əsas qaynağı olurlar. Məhkəmə-hüquq sistemləri də məhz bu cür problemlərin qarşısını almaq üçün lazımi addımlar atmalı, xüsusilə azyaşlı uşaqların ana nəvazişindən ayrılmasını önləməlidirlər. 

Nə yazıq ki, rüşvət və korrupsiyaya bulaşmış məhkəmə-hüquq sistemimiz bəzən bu kimi hallara əhəmiyyət vermir, nəyinsə xətrinə qəbul etdikləri qərarlarla bir çox insanlıq dramlarının yaşanmasına yol açırlar. Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlunun 2018-ci ildə bir ailənin taleyi ilə bağlı çıxartdığı hökm də bu cür ədalətsiz qərarlardandır və indiyədək onun meydana gətirdiyi problemləri həll etmək mümkün olmayıb. Ən pisi isə odur ki, bir ananı gözü yaşlı qoyan, ən azı iki övladı anasından ayıran Həşimov Yaşar Xanoğlan oğlu verdiyi bu səhv qərara görə cəzalanmayıb, əksinə üzərindən bir il keçdikdən sonra Füzuli rayonuna hakim təyin olunub, bu gün də həmin rayonda dövlət adından guya “ədalətli” qərarlar çıxarır.

Kolbasa qoxulu məhkəmə qərarı

Bu həmin hakim Yaşar Həşimovdur ki, Gəncənin Kəpəz rayonunun hakimi işləyərkən İlham və Sevinc Alışovların boşanma ilə əlaqədar müraciətlərinə baxıb və onların iddialarını qəbul edib. Çıxardığı qərarla ailənin 4 övladını atanın himayəsinə verib. Həmin vaxt uşaqlardan ikisi Alışov Qəzənfər və Alışova Aynur isə cəmi 4 yaşlarında olublar.



Hazırda Füzuli rayon sakinlərinə “ədalət paylayan” Həşimov Yaşarın sözügedən qərarının ədalətsizliyinə gəlincə, bu bizim şəxsi mülahizəmiz deyil. Azərbaycan Ali Məhkəməsi Mülki Kollegiyasının 09.08.2021-ci il tarixində çıxardığı hökmdə açıq şəkildə ilk intansiya məhkəməsinin qərarının heç bir hüquqi əsasa söykənmədiyi bildirilir. Qeyd olunur ki, hökm çıxararkən hakim Həşimov Yaşar ilk növbədə nəzərə alınmalı idi ki, uşaqlar ana nəvazişi və qulluğu tələb edən yaşdadırlar: “İşin bu halı işin düzgün nəticələnməsində həlledici əhəmiyyət kəsb edir və başqa istisnalar olmadığı təqdirdə uşaqların anasının yanında qalmasını şərtləndirir”, - Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında belə deyilir. Qərarda həmçinin vurğulanır ki, qanunvericiliyə əsasən, boşanma zamanı azyaşlı (10 yaşını tamamlamamış) uzaqlar heç bir istisnai hallar mövcud olmadığı təqdirdə ananın himayəsinə verilməlidir.

Bəs istisnai hallar deyərkən nə nəzərdə tutulur?


Söhbətləşdiyimiz hüquqşünasların ümumi rəyinə əsasən, uşaqların valideynlərdən hansının yanında qalması Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normaları ilə tənzimlənir. Məhkəmələrin istinad etdiyi əsas hüquq norması isə BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsidir. Bu qətnamə ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallar olmasa, anasından alına bilməz: “Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s”. 

Gəncəni bay edib, Füzuliyə yollanan Həşimov Yaşar həzrətləri
Bəs, hakim Həşimov Yaşar bu qərarı verərkən, ananın hər hansı neqativ halı müşahidə olunubmu?
 
Ali Məhkəmənin Mülki Kollegiyasının fikrincə, yox: “Valideynlərin hər birinin əxlaqi və digər keyfiyyətlərinin bir-birindən ustün cəhətləri muəyyən olunmamışdır. Ananın davranışlarında, həyat tərzində və maddi-məişət şəraitində uşağın normal mənəvi-əxlaqi və fiziki inkişatına mənfi təsir edən hal müəyyən olunmur. İddiaçının uşaqlarından uzaq qalması onun iradəsinin ziddinə olmuşdur. Lakin bir ana kimi o daim azyaşlları ila maraqlanmağa, onlara qayğı göstərməyə cəhd etmişdir. Bu hallar ona dəlalət edir ki, ana uşaqlara bağlıdır və onların qayğısını çəkməyə hazırdır, İlham Alışovun da uşağın normal inkişafı uçun maddi məişət şəraiti yaratmaq imkanı vardır. Lakin hər bir halda uşaqlara əvəzolunmaz ana qayğısı və qulluğuna olan ehtiyacını nəzərə alaraq uşaqların anasına verilməsinə ustunluk verilir”.
 
Növbəti sual: 2019-cu ilə qədər Gəncənin Kəpəz rayonunun, indisə cəlai-vətən olunmuş və işğaldan azan edilməsinə baxmayaraq doğma yurd yuvalarına qayıda bilməyən Füzuli sakinlərinin ədalət mücəssiməsi sayılan hakim Həşimov Yaşar hansı məntiqlə uşaqları atanın himayəsinə verib? Çox sadə məntiqlə: atanın pulu anasından çoxdur. Onun Gəncə rayonunda “Nurçin MMC” adlı kolbasa zavodu var. Dolayısıyla uşaqlara daha yaxşı hədiyyə ala, onların otaqlarını bahalı mebellərlə bəzəyə bilər. Ali Məhkəmə isə bu məntiqi əsassız sayaraq qətnaməsində bildirir: “Ailənin son iki uşağının iddiaçının himayəsinə verilməsinə heç bir huquqi əsas yoxdur. Bu, (arqumentlər nəzərdə tutulur-H.O) məhkəmənin mülahizəsindən başqa bir şey deyildir”. Amma nədənsə Ali Məhkəmə heç bir hüquqi əsas sayıla bilməyən mülahizəyə istinad edilməsinin hansı zərurətdən doğduğuna aydınlıq gətirmir. Halbuki, tərəflərdən birinin pulunun çoxluğu məhkəmə hökmünün qanunsuz çıxarılmasına təsir edibsə, burada mütləq bir səbəb axtarırmalı idi. Ən azı ədalətsiz qərar çıxaran hakimin “Nurçin MMC” kolbasalarının dadına baxıb-baxmadığı müəyyənləşdirilməlidir.

Görünür, Azərbaycan hüquq sistemi hələ hakimlərin nə yeyib, nə içdiyinin analizini aparmaq qüdrətində deyil. Məhz bu səbəbdən də Həşimov Yaşar kimi hakimlər uzaqbaşı heç bir əhalinin yaşamadığı Füzuli kimi rayonlara transfer olunurlar. Qürbətdə yaşayan insanların taleyi barədə verilən cəhənnəm atəşli qərarların tüstüsü çıxmaz məntiqi ilə.



"Onun arabası var, gözəlmi, gözəl"
Dərd burasındadır ki, Həşimov Yaşarın imzaladığı ədalətsiz hökmün nəticələrini dəyişdirmək bu günədək uşaqların anası Sevinc xanıma müəyyəsər olmayıb. Baxmayaraq ki, həm Gəncə rayon Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmənin Mülki Kollegiyası Həşimov Yaşarın verdiyi qərarı qanunsuz sayıb və uşaqların anaya təhvil verilməsini vacib hesab edib. İndisə Gəncə Şəhər İcra şöbəsi Ali Məhkəmənin qərarını yerinə yetirmir. Görünür, “Nurçin MMC” kolbasalarının qoxusu onların da burnuna dəyib.
 
Uşaqların anası Sevinc xanımın redaksiyamıza bildirdiyinə görə, dəfələrlə şikayətlərinə baxmayaraq, Gəncə Şəhər İcra Şöbəsi 7 ayda cəmi bir neçə dəfə onu öz övladları ilə görüşdürüb. Görüşlər İcra Şöbəsinin otağında keçirilib. Hər görüş 10 dəqiqədən artıq çəkməyib. Bütün görüşlərdə bir qayda olaraq uşaqların atası, böyük qardaş və bacısı qapının ağzında gözləyib. Hətta ata arada içəri keçib uşaqların davranışlarına da nəzarət edib. Sevinc xanımın bildirdiyinə görə, uşaqlar görüşə gətirilərkən xüsusi öyrətmə prosesindən keçirilir. Uşaqlar öz yaşıdlarının xəbəri olmadığı anlayışlarla analarını yamanlayır, dərhal otağı tərk etmək istəyirlər. Onlarda anaları barədə yanlış təsəvvürlər yaradıldığı ortadadır. Analarının onların daxili orqanlarını satacağı barədə uşaqlarda xof yaradılıb və uşaqlar bunu açıq şəkildə analarının üzünə deyirlər. 

 
Sevinc xanımın təxminlərinə görə, uşaqların bu cür öyrədilməsi keçmiş qaynanası Tağıyeva Suzannanın əməli ola bilər. “Tağıyeva Suzanna uzun illər məktəb direktoru işləyib. Pedaqoqdur. Uşaq psixologiyasını da az-çox bilir və onlarda mənə qarşı nifrət hissi formalaşdırmağa çalışır. Digər tərəfdən uşaqların bu cür davranışlarında atalarının basqısı da mühüm rol oynayır. Uşaqların tərbiyəsində şiddət metodlarına əl atan atanın yanında, əlbəttə ki, uşaqlar mənə isinişə bilməzlər. Gəncə Şəhər İcra Şöbəsi isə uşaqlarımla təkbaşına ünsiyyət qurmağıma şərait yaratmır. Halbuki, ilkin məhkəmə instansiyasının verdiyi qərarı dərhal yerinə yetirib uşaqları məndən almışdılar. İndi isə Ali Məhkəməni Gəncədə sayan yoxdur”.

Sevinc xanım İcra Şöbəsinin bu hərəkətini İlham Alışovun xeyrinə zamana oynama kimi qiymətləndirir: “Çünki Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaqların öz fikrini bildirmək hüququ 10 yaşından başlayır. Gəncə İcra Şöbəsi də görünür, prosesi uşaqların 10 yaşına qədər uzatmağa çalışır. Uşaqlar 10 yaşına çatanda isə yenə atalarının basqıları ilə məhkəmə qarşısına çıxarılacaq və məndən imtina etmək məcburiyyətində buraxılacaqlar”.
 
Əndazəsiz İcra Şöbəsi
 
Gəncə şəhər İcra Şöbəsinin atanın lehinə tərəf tutduğuna dair başqa iddialar da var. Sevinc xanımın bildirdiyinə görə, istər İcra Şöbəsinin rəis müavini Ələmdar İbrahimov, istərsə də icraci İlkin Zeynalov ona qarşı çox kobud davranırlar. Dəfələrlə onlara telefon açıb uşaqlarla görüşmək istədiyini bildirəndə müxtəlif bəhanələrlə ananı başlarından edirlər. “Bayramdan sonra İcra Şöbəsinə zəng etmişdim. Zəngimə cavab verən İlkin Zeynalov “bayram hələ yeni bitib, qoy, rahat nəfəs alaq, də” deyib telefonu söndürdü. İcra Şöbəsinin faktiki rəhbəri, rəis müavini Ələmdar müəllim isə məhkəmə qərarını yerinə yetirmək əvəzinə mənə mətləbə dəxli olmayan məsləhətlər verir. Bir dəfə hətta mənə “Uşaqları nə edirsən, gənc xanımsan. Uşaqlardan imtina et, ərə get” deyəcək qədər əndazəni aşmşdı”.

Göründüyü kimi, hakim Həşimov Yaşarın 4 il əvvəl verdiyi qanunsuz məhkəmə hökmü və Gəncə İcra Şöbəsinin bugünkü davranışları bir anaya edilmiş zülm olmaqla yanaşı, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Bununla belə, heç bir hüquq norması tanımayan, insanlığa zidd mülahizələrlə qərarlar çıxaran hakim hələ də məhkəmə orqanlarında növbəti sifarişlərini və ya qurbanlarını gözləyir,Gəncədə bir ana isə övladlarına qovuşmaq arzusu ilə ilim-ilim inildəyir. Gəncənin İcra Şöbəsi də öz ampluasındadır: Məhkəmə qərarını icra etmək əvəzinə dul xanımları ərə vermək barədə düşünür. 
 P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa nəinki hazırıq, hətta borcluyuq./Ovqat.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məhkəmə hakimi işdən qovuldu

    Bakıda məhkəmə hakimi işdən qovuldu ...

    29-10-2013, 10:49

  • 
  • Hakimlər korrupsiyaya görə cəzalandırıldılar

    Hakimlər korrupsiyaya görə cəzalandırıldılar ...

    10-02-2017, 12:15

  • 
  • 3 azyaşlını atıb sevgilisinə qoşulub qaçan anadan - YENİ XƏBƏR

    3 azyaşlını atıb sevgilisinə qoşulub qaçan anadan ...

    31-07-2017, 16:47

  • 
  • Gəncədə 7 dini fəala hökm çıxarılıb

    Gəncədə 7 dini fəala hökm çıxarılıb ...

    2-11-2018, 16:49

  • 
  • Gəncədə FACİƏ: Ana qeysəriyyə əməliyyatından sonra öldü

    Gəncədə FACİƏ: Ana qeysəriyyə əməliyyatından ...

    6-01-2018, 00:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu