GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BU NƏDİ BELƏ: "Azərkitab"ı bağlayıb yerində restoran açırlar... - NARAZILIQ VAR!

BU NƏDİ BELƏ: "Azərkitab"ı bağlayıb yerində restoran açırlar... - NARAZILIQ VAR!

Tarix: 14-04-2022, 12:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 214

“Yeni Müsavat”ın əməkdaşları olaraq “Azərkitab”ın binasına yollanıb, mövcud vəziyyəti öyrənməyə çalışdıq. Əraziyə çatar-çatmaz bir neçə şəxsin binanın qapısını açmaq istədiklərini gördük. “Bu qapı niyə bağlıdır, avadanlıqlarımızı götürmək istəyirik axı, kimsə yoxdurmu?”, - deyə bir nəfər səsləndi. Qapının bağlı olduğunu, cavab verilmədiyini görüncə isə həmin şəxs ərazidən uzaqlaşdı. Binanın qapılarının bağlı olmasından əlavə, üzərində “Azərkitab” yazılan loqosu da götürülmüşdü. Ətrafa nəzər yetirdiyimiz anda iki qadın yaxınlaşaraq mərkəzin nədən bağlı olduğunu bizdən soruşdu. “Neçə gündür ki, gəlirik bura, amma bağlıdır. Bu mərkəzi biz çox bəyənirdik, övladlarımı tez-tez bura gətirirdim, müxtəlif kitablar alırdıq. Nəyə görə bağlayıblar, çox təəssüf edirəm ki, insanları mütaliəyə çağıran bu cür zəka ocağı bağlanıb. Kaş ki, yenidən əvvəlki yerində bərpa olunardı”, - deyə Səmayə adlı paytaxt sakini bildirdi.

“Azərkitab”ın binası şəhərin mərkəzində yerləşdiyinə görə işbazlar məkana tamah salıblar. Mərkəzin layihə rəhbəri Sabir Həsənov də bizimlə söhbətdə təsdiq etdi ki, “Azərkitab”ın yerində restoran açılacaq: “4 ildir ki, yerləşdiyimiz inzibati binanın icarə haqqı və digər xərcləri bizim üçün artıq çətindir. Buna görə də fəaliyyətimizi müvəqqəti olaraq dayandırmağa qərar verdik. Ümid edirik və inanırıq ki, dövlətimiz tərəfindən ”Azərkitab" üçün uyğun bir məkanda yer veriləcək. 2017-ci ildə açılan ədəbi ictimaiyyətin isti ocağında yığıncaqlar, təqdimatlar keçirilirdi. “Azərkitab” böyük ümidlə açılmışdı. Binanın sahibi icarə haqqını iki dəfə qaldırdı və biz o pulu ödəyə bilmədik. “Azərkitab”ın yerləşdiyi binanın sahibi oranı restoran etmək istəyir. Təyinatını dəyişib restorana çevirirlər. Bizi tələsdirdilər, çox sıxışdırdılar, dedilər icarə haqqını gecikdirirsiz, əşyalarımızı təcili yığışdırdıq. Amma baxın, bir aydır ki, “Azərkitab”ın qapıları bağlıdır, amma o bina hələ boşdur, işləmir. Çox çətinliklə, avadanlıqarımızı dost-tanışların anbarlarına yerləşdirdik, bu özü də bizə zərbə idi. Çünki xeyli kitablarımız, avadanlıqlarımız toz-torpağın içində qaldı. Çox təəssüf edirəm ki, sahibkarlar bizi bu işdən uzaqlaşdırmağa çalışdılar. Mən dövlətimə xidmət edirəm, gənclərin maariflənməsi üçün əlimdən gələni etmişəm, bu 4 ildə gəncləri müəlliflərlə görüşdürdüm, gənc yazarlarımızı tələbələrlə görüşdürdüm. Xüsusi istedada malik uşaqları ortaya çıxardıq. “Kitaba qayıdaq” devizi altında kifayət qədər iş gördük".

Həsənov dedi ki, Mədəniyyət Nazirliyinə və başqa müvafiq qurumlara yer üçün müraciət edilib: “İndi əsas istəyimiz odur ki, dövlət ”Azərkitab"a dəstək olsun, bina ilə təmin etsin, biz də fəaliyyətimizi davam etdirək. “Azərkitab” bir mədəniyyət mərkəzinə çevrilmişdi. Amma bu, gəlir gətirən sahə olmadığı üçün icarə haqqını ödəməyi çatdıra bilmədik. Son 4 ildə gördüm ki, icarə haqqını çatdıra bilmirəm, heç kəs də mənə dəstək olmadı".

S.Həsənov bildirdi ki, Prezidentin “Azərkitab”a dəstək olacağına ürəkdən inanır: “İndiyə qədər aidiyyəti dövlət qurumlarına bir neçə dəfə müraciət etmişəm, inanıram ki, ”Azərkitab"ı bina ilə təmin edəcəklər. 2017-ci ildən “Azərkitab”ı qurmuşuq. AYB-dən də bizə dəstək verirlər, Mədəniyyət Nazirliyində də müəyyən adamlar məsələyə münasibət bildiriblər. Dövlətdən “Azərkitab”a dəstək gözləyirik, ümid edirik ki, bizi tək qoymayacaqlar".

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a bildirib ki, ədəbiyyat adamlarının, kitabsevərlərin üz tutduğu bu mədəniyyət mərkəzinin bağlanması təəssüf doğurur. O, imkanlı şəxsləri, sahibkarları “Azərkitab”a dəstək olmağa çağırıb: “”Azərkitab" son illərdə ədəbiyyatın təbliği ilə məşğul olan bir müəssisə idi. Burada çoxlu ədəbiyyat tədbirləri, mədəniyyət tədbirləri, kitab təqdimatları keçirilir. Hətta həftənin şənbə-bazar günləri yazıçıların yığışdığı bir müəssisə olub. Bizim bütün gənc yazarların görüşləri və kitab təqdimatları da çox simvolik qiymətə, yaxud vəsaitsiz həyata keçirilib. “Azərkitab” bir mədəniyyət mərkəzi kimi formalaşmışdı. Mərkəzin iqtisadi çətinliyə görə bağlanması məni məyus etdi. Arzu edərdim ki, imkanlı şəxslər, dövlət qurumları kitaba dəstəyi öz mənəvi borcu kimi qəbul etsinlər. Biz çalışmalıyıq ki, hər vasitə ilə belə bir gözəl mədəniyyət məkanı özünü qoruyub saxlaya bilsin. Mərkəzin yerləşdiyi bina çox əzəmətli idi, əsl mədəniyyət müəssisəsinə layiq idi. Ümid edirəm ki, “Azərkitab”ın fəaliyyətini davam etdirməsi üçün əllərindən gələni edəcəklər. Çünki bu mərkəzin neçə il göstərdiyi fəaliyyət onun yaşamasını zəruri edir".

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, “Azərkitab” kimi böyük bir kitab mərkəzinin bağlanması xoşagələn hal deyil: “Gərək belə mərkəzlərin yeri daha çox olsun. Orada yalnız kitab deyil, kitabla bağlı tədbirlər də keçirilirdi. İmza günləri keçirilirdi. Belə yerlərimiz onsuz da yoxdur. ”Azərkitab"ın da bağlanması yaxşı deyil. Ümid edirəm ki, hər hansı yolla “Azərkitab” bərpa olunar, öz işinə davam edər. Bir naşir olaraq onlarla işləməkdən zövq alırdım"./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi binadan — FOTOREPORTAJ

    İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi ...

    17-11-2017, 15:45

  • 
  • Alimlərin evi başlarına uçurulur

    Alimlərin evi başlarına uçurulur ...

    4-08-2016, 23:44

  • 
  • Xırdalana 3 gündür su verilmir

    Xırdalana 3 gündür su verilmir ...

    30-06-2016, 15:24

  • 
  • Xırdalandakı partlayışda 1 nəfər öldü – FACİƏ

    Xırdalandakı partlayışda 1 nəfər öldü – FACİƏ ...

    8-09-2014, 11:22

  • 
  • Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY

    Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY ...

    11-09-2020, 13:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu