GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şirvan Şəhər Prokurorluğu istintaqın qeyri-obyektiv aparıldığını təsdiq edir- FOTO/FAKT

Şirvan Şəhər Prokurorluğu istintaqın qeyri-obyektiv aparıldığını təsdiq edir- FOTO/FAKT

Tarix: 25-04-2022, 10:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 379


Məktubda qeyd olunub ki, “İş üzrə icraat sonuncu dəfə 13 mart 2019-cu il tarixdə dayandırılsa da, Şirvan Şəhər Prokuroru 01 dekabr 2021-ci il tarixdə həmin qərarı ləğv etmiş və cinayət işi istintaqının davam etdirilməsi üçün, toplanmış iş materiallarını Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsinə qaytarmışdır”


Hörmətli gundemxeber.az xəbər portalının çoxsaylı oxucuları! Yəqin ki, bir neçə gün bundan öncə xəbər portalımızda yayımladığımız “Şirvan Şəhər Polis Şöbəsində 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?- SƏBƏB” və “Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət versə də, problemlər hələ də aşıb-daşır – GİLEY” başlıqlı yazılarla tanış olub, yaşanan olayın mahiyyəti haqda az-çox xəbərdar olmusunuz. Yəni, yayımladığımız yazılarımızda qeyd etmişdik ki, İmişli rayonu, Hacırüstəmli kənd sakini Mehtiyev Dərgah Əhliman oğlunun idarə etdiyi avtomobildən, 27 avqust 2018-ci il tarixdə Şirvan Müalicə Diaqnostika Mərkəzinin qarşısında 16 min manat pul oğurlanır. Həmin gün saat 16:00– da kriminalist tərəfindən avtomobilə baxış keçirilir və 03 sentyabr 2018-ci il tarixdə isə, Şirvan ŞPŞ-nin müstəntiqi Əhməd Baloğlanov, Azərbaycan Respublikası CM-nin 177.2.4 (oğurluq) maddəsi ilə 1802618 №li cinayət işi açır. Bir müddətdən sonra isə bəlli olur ki, aparılan ibtidai istintaq araşdırmaları zamanı müstəntiq Əhməd Baloğlanov, araşdırma işlərini qeyri-peşəkarcasına həyata keçirmişdir. Yəni, o, cinayət işinin mühüm hallarını istintaqdan yayındırmış, üzərinə düşən vəzifə səlahiyyətlərindən istifadə edib, baş verən oğurluq faktı ilə bağlı obyektiv araşdırma aparmamış, hadisə yerinə yaxın ərazidəki müşahidə kamerasına baxış keçirməmiş və digər lazımi addımlarını atmamışdır. Daha sonra da, bu cinayət işi üzrə əsassız qərarlar qəbul olunmuşdur. Elə ki, Şirvan ŞPŞ-də cinayət işinin dayandırılması haqda qərar qəbul olunur, o halda zərərçəkən Dərgah Mehtiyev, 28 noyabr 2018-ci il tarixdə Şirvan Şəhər Prokurorluğuna yazılı ərizə ilə müraciət edir. Şirvan Şəhər Prokurorluğunda “cinayət işinin dayandırılması haqqında” qərarla tanış olduqda, bir çox məqamlar prokurorluq əməkdaşlarına bəlli olur. Hətta, 27 iyun 2019-cu il tarixdə Şirvan Şəhər Prokurorluğundan zərərçəkən Dərgah Mehtiyevə verilmiş № 95M-19 saylı cavab məktubunda qeyd olunur ki, “İstintaq zamanı bir sıra xüsusatlar araşdırılmamış və cinayət işi üzrə icraatın dayandırılması haqqında əsassız qərarın qəbul olunması müəyyən olunmuşdur. Yəni, Dərgah Mehtiyevin avtomobilinə əyləşdirdiyi və ona bələdçilik edən şəxsin şəxsiyyəti müəyyən olunmamış, cinayət əməlini törətmiş şəxsin Şirvan Müalicə Diaqnostika Mərkəzinin ərazisində yerləşdirilmiş təhlükəsizlik kamerasına düşə biləcəyi xüsusatı yoxlanılmamış və həmin gün Diaqnostika Mərkəzində gözətçi olmuş şəxsin şəxsiyyəti müəyyən edilməklə ətraflı ifadəsinin alınması təmin edilməmişdir”. Şirvan Şəhər Prokurorluğu bütün bunları və digər halların varlığını nəzərə alaraq, 29 noyabr 2018-ci il tarixdə “cinayət işinin icraatının dayandırılması haqqında” əsassız qərarı ləğv  etmiş və toplanmış iş materiallarını Şirvan Şəhər Polis Şöbəsinə qaytarmışdır. Qeyd edək ki, Dərgah Mehtiyevin Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazmış olduğu şikayət ərizəsinə isə, 20 dekabr 2021-ci il tarixdə DİO-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icraasına nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri cənab Pərviz Əliyev 05/152-18 saylı məktubla cavab vermişdir. Cavab məktubunda qeyd olunub ki, “İş üzrə icraat sonuncu dəfə 13 mart 2019-cu il tarixdə dayandırılsa da, Şirvan Şəhər Prokuroru 01 dekabr 2021-ci il tarixdə həmin qərarı ləğv etmiş və cinayət işi istintaqının davam etdirilməsi üçün, toplanmış iş materiallarını Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsinə qaytarmışdır”.

Onu da qeyd edək ki, zərərçəkən Dərgah Mehtiyev redaksiyamıza ünvanladığı müraciətində qeyd edir ki, “Baş verən oğurluq faktı ilə bağlı ötən 44 ay ərzində Şirvan Şəhər Polis Şöbəsində lazımi istintaq araşdırmaları aparılmayıb, oğurluq əməlini törətmiş şəxsin və ya şəxslərin kimiliyi müəyyən olunmayıb. Bugünə kimi əksər dövlət qurumlarına çoxsaylı ərizələr, teleqrammalar göndərsəm də, ayrı-ayrı şəxslərin qəbullarında olsam da, hələ də nəyəsə nail ola bilməmişəm. Bütün bunlara müstəntiq Əhməd Baloğlanov tərəfindən ilkin isintaqın düzgün aparılmaması və digər amillərin varlığı başlıca səbəb olub. Çünki, oğurluq faktı baş verən vaxt istintaq araşdırmaları düzgün aparılsaydı, bəklə də indiyə kimi nəyəsə nail olmaq mümkün olardı. Bu gün hansı dövlət qurumuna müraciət edirəm, o halda qarşı tərəf mənə eyni məzmunlu “Hazırda istintaq araşdırmaları davam etdirilir və cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirildiyi halda, barəsində qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir” deyə  şablom xarakterli məktublarla cavab verirlər və bununla da onlar, sanki öz işlərini bitmiş hesab edirlər. Mən heç cür başa düşə bilmirəm ki, mənə qarşı bəslənilən bu cür ögey münasibətin kökündə hansı amillər durur? Axı, Şirvan Şəhər Prokurorluğu qeyd etdiklərimin çoxunu mənə verdiyi cavab məktubunda açıq-aydın şəkildə qeyd edib. Yəni, istintaq araşdırmaları zamanı Şirvan ŞPŞ-nin müstəntiqi Əhməd Baloğlanovun fəaliyyətsizliyini Şirvan Şəhər Prokurorluğu da təsdiq edir”. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.


GundemXeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət versə də, problemlər hələ də aşıb-daşır - GİLEY

    Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət ...

    13-04-2022, 09:17

  • 
  • Şirvan Şəhər Polis Şöbəsi mövqe bildirdi

    Şirvan Şəhər Polis Şöbəsi mövqe bildirdi ...

    9-04-2022, 13:29

  • 
  • "Azərpoçt"un filialından seyf oğurlanıb - FOTO

    "Azərpoçt"un filialından seyf oğurlanıb ...

    13-12-2018, 14:39

  • 
  • Hacıqabul Şəhər Polis Şöbəsində yeni təyinat olub.

    Hacıqabul Şəhər Polis Şöbəsində yeni təyinat olub. ...

    12-03-2021, 11:54

  • 
  • Vilayət Eyvazov Şirvan polisinin rəhbərliyini cəzalandırdı

    Vilayət Eyvazov Şirvan polisinin rəhbərliyini ...

    4-06-2021, 13:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu