GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyi özünü məktəb problemlərindən kənara çəkir - BU NƏDİ BELƏ?

Təhsil Nazirliyi özünü məktəb problemlərindən kənara çəkir - BU NƏDİ BELƏ?

Tarix: 30-04-2022, 10:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 421


Təhsil naziri Emin Əmrullayev Sumqayıt məktəblərinin birində direktorun müəllimlərə geyim qadağası tətbiq etməsinə aydınlıq gətirib.

Nazir bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində həll olunacaq məsələlər hər dəfə nazirlik səviyyəsinə qaldırılır: “Bununla bağlı nazirliyin müvafiq qərarı var. Bu, nazirliyin mövqeyidir və açıqdır. Amma ümumtəhsil məktəbləri səviyyəsində məktəb direktorları məsələni tənzimləməlidir. Bu və digər mövzular haqqında müəllimlər, direktor arasında fikir ayrılıqları ola bilər. Burada da belə fikir ayrılığı olmuşdu və artıq həllini tapıb”.
Xatırladaq ki, sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayılıb. 14 saylı məktəbin direktoru Fatma Bayramova müəllimlərlə alçaldıcı tonla danışıb, onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyib. Direktor icazə verilən bir müəllimədən başqa, digərlərinin məktəbə şalvarda gəlməsinə qarşı çıxıb. Qeyd edək ki, ümumtəhsil müəssisələrində şagirdlər, valideynlər və müəllimlər arasında davamlı olaraq narazılıqlar özünü göstərir. Yaranmış problemin aradan qaldırılması üçün məktəb direktoruna müraciət edilir. Ancaq məktəb direktoru problemi həll etmədiyi halda və yaxud şikayət elə birbaşa direktordan olduğu təqdirdə valideynlər, müəllimlər Təhsil Nazirliyinə müraciət etməli olurlar.
Bu gün isə Təhsil Nazirliyi bildirir ki, ümumtəhsil məktəblərində həll olunacaq məsələlər hər dəfə nazirlik səviyyəsinə qaldırılır.
Valideyn müəllimdən direktora şikayət edirsə, direktorla bağlı problemlər barədə (direktoru da TN təyin edirsə) kimə müraciət etməlidir? Dia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bununla bağlı Cebhe.info-ya bildirib ki, geyim forması ilə bağlı 2008-ci ilə Təhsil Nazirliyinin kollegiya iclasının və təhsil işçilərinin korperativ geyim forması adlı bir təlimatı, məktubu var:
“Müəllimlər üçün vahid forma pedaqoji şuranın qərarı ilə məktəb çərçivəsində tətbiq edilir. Ancaq müəllimlərin geyim formasının necə olması, nəyin olub-olmaması korporativ geyim forması haqqında təlimatda var. Təbii ki, əgər hansısa bir narazılıq varsa, ilk növbədə ümumtəhsil sisteminə nəzarət mexanizmi olmalıdır. O məsələ ki, təhsil müəssisəsi səviyyəsində həll oluna bilmir, rayon, şəhər təhsil şöbəsi səviyyəsində həll olunmalıdır. Rayon və şəhər təhsil şöbəsi səviyyəsində həll oluna bilmirsə, bu, Təhsil Nazirliyi səviyyəsində olmalıdır. Artıq yeni idarəetmə strukturu gəlir,əgər problem məktəbdə həll oluna bilmirsə, rayon təhsul sektoruna, orada həll oluna bilmirsə regional idarəyə və nəhayət, heç birində həllini tapmırsa, Təhsil Naziriyinə çatdırılmalıdır. Niyə insanlar Təhsil Nazirliyinə müraciət edir? Çünki onların hər hansı bir tələbi təhsil müəssisəsi, yaxud rayon və şəhər təhsil idarələri tərəfindən həll edilə bilmir. İnzibati qaydada müraciət etmək “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası” Qanununa uyğundur. Müraciətlər nə dərəcədə yerinə yetirilir və nazirliyə müraciət etdikdən sonra vətəndaşlar araşdırmadan razıdırmı? Bunu müzakirə etmək lazımdır. Hər bir dövlət orqanının işi budur, müraciətlər, araşdırmalar olmalıdır, obyektiv qərar qəbul edilməlidir. Çox təəssüflər olsun ki, bir sıra sahələrdə olduğu kimi təhsil sahəsində də biz bunu görə bilmirik”.
Ekspertin fikrincə, əgər problem məktəb direktoru ilə bağlıdırsa, yenə də rayon, şəhər təhsil şöbəsinə, regional idarələrə, orada da baxılmırsa, birbaşa Təhsil Nazirliyinə müraciət edilməlidir:
“Ancaq belə bir məhdudiyyət yoxdur ki, rayon təhsil şöbəsinə müraciət etmədən, birbaşa Təhsil Nazirliyinə müraciət edilə bilməz. Birbaşa müraciət edilirsə, demək ki, təhsilin yerli idarəetmə orqanlarına güvənmir”.
Təhsil Nazirliyinin bunlara vaxtının olmamasına gəldikdə isə ekspert deyir ki, təhsil sistemində mərkəzləşdirmə siyasəti var: “Təbii ki, 180 nəfərlik ştat cədvəli olan Təhsil Nazirliyi ölkənin bütün təhsil sistemini idarəetmək gücündə olmayacaq. Nəzərə alsaq ki, 180 nəfərdən cəmi bir neçə nəfərin təhsil sahəsində təhsili və təcrübəsi var. Regional təhsil idarələri yarandıqdan sonra müəyyən səlahiyyətlərin bir hissəsi onlara veriləcək və Təhsil Naizrliyinin yükü bir qədər azalacaq. 55-60 nəfər civarında işçisi olan regional təhsil idarələri TN nisbətən şikayətin olduğu regona daha yaxın olduğu üçün daha adekvat təbir görmək bacarığı olmalıdır. Bunu da zaman göstərər. İnanaq ki, regional təhsil idarələri baş verən nöqsanlar, müəyyən özbaşınalıqlara dərhal cavab verəcəklər. Nəticə etibarilə valideynlər və yaxud digər şəxslərin müraciəti olduqda yerində araşdırmaq imkanı olacaq”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəb direktorları yeni qayda ilə təyin olunacaq

    Məktəb direktorları yeni qayda ilə təyin olunacaq ...

    5-01-2016, 13:40

  • 
  • 104 saylı məktəbdə hicab qalmaqalı: jurnalistə hücum edildi - Video

    104 saylı məktəbdə hicab qalmaqalı: jurnalistə ...

    9-10-2015, 19:57

  • 
  • Azərbaycanda 29 yaşlı məktəb direktoru

    Azərbaycanda 29 yaşlı məktəb direktoru ...

    22-09-2014, 15:28

  • 
  • Şəmkir rayonunda orta məktəb direktorlarını aşağılamağın onlayn metodunu tapıblar.

    Şəmkir rayonunda orta məktəb direktorlarını ...

    1-07-2015, 18:58

  • 
  • Mərhum Elinanın məktəb direktorunun bacısının Prezidentə MÜRACİƏTİ - VİDEO

    Mərhum Elinanın məktəb direktorunun bacısının ...

    10-07-2019, 13:05


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu