GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçayda kollec direktoru Təhsil Nazirini “baqaja qoyur?”

Göyçayda kollec direktoru Təhsil Nazirini “baqaja qoyur?”

Tarix: 5-05-2022, 09:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 620


Şövqi İsmayılov: “İrşad Abbasov fərariliyə görə 3 il 6 ay müddətinə məhkumluq həyatı yaşayıb. Yəni, həqiqi hərbi xidmətə getmək üçün bu şəxsin yaşı çatsa da o, çağırış vaxtı qaçıb gizlənir. Belə bir səbəbdən də İrşad Abbasov axtarışa verilir və az sonra ələ keçirilərək həbs olunur”


Məlumdur ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisəsidir və bu kollec 26 avqust 2002-ci il tarixdə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır. Hal-hazırda bu təhsil müəssisəsində direktor vəzifəsini ixtisasca ekoloq olan İrşad Abbasov daşıyır. Qeyd edək ki, bu şəxs kollecə rəhbər təyin olunduqdan az sonra, sanki ölkə gündəmində aləm birbirinə qarışır və buna müxtəlif amillərin varlığı səbəb olur. Faktdır ki, bu gün İrşad Abbasovun direktoru olduğu kollecdə baş alıb gedən hər cür qanunsuzluqlar, olmazın həngamələr və s. ölçüyəgəlməz həddə çatıb. Belə bir səbəbdəndir ki, son vaxtlar ölkəmizin bir çox nüfuzlu media qurumlarında bu kollecdə yaşanan qanunsuzluqlarla bağlı silsilə tənqidi məqalələr yayımlanır, baş verən hər cür həngamələrin varlığını geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bütün bunlara baxmayaraq, hələ də Təhsil Nazirliyinin rəsmiləri İrşad Abbasovla bağlı lazımi tədbirlərini görmürlər ki, görmürlər. 

GundemXeber.az xəbər portalının redaksiyasına Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən biabırçılıqlarla bağlı çatdırılan məlumatlarda qeyd olunur ki, bu kollecdə elə şəxslər çalışırlar ki, onlar orta ixtisas təhsilinə sahibdirlər və həmin şəxslər, məhz İrşad Abbasovun xeyr-duası əsasında müəyyən vəzifələrə təyin olunublar. Bu həm Təhsil haqqında Qanunun tələblərinə, həm də pedaqoji qaydalara zidd addımlardır. Bundan əlavə, media üzərindən apardığımız araşdırmalardan da bəlli olur ki, hal-hazırda bu təhsil müəssisəsi əməlli-başlıca rüşvətxorluq yuvasına çevrilib. Yəni, kollecdə semestr imtahanları yalnız rüşvət verildiyi halda öz həllini tapır və öz savadı ilə imtahan vermək istəyən tələbələrə isə, əsassız əngəllər yaradılır. Bütün bunların nəticəsidir ki, İrşad Abbasov ötən illər ərzində hədsiz dərəcədə varlanmış və bu gün o, Göyçayda ən imkanlı şəxslərdən biri hesab olunur. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsilin keyfiyyəti də, ən aşağı səviyyədədir. Söylənilənlərə görə, bu kollecdə saxta diplomlu şəxslər də çalışırlar ki, onlara məxsus diplomların saxta olması haqda, şəxsən direktor İrşad Abbasovun özü də məlumatlıdır. O, belə bir saxtakarlıqla bağlı məlumatlı olsa da, sanki özünü məlumatsız şəxs qismində aparır. Ona görə də düşünürük ki, əgər bu kollecdə hüquq-mühafizə orqanları, yaxud da Hesablama Palatası tərəfindən lazımi yoxlamalar apararlarsa, o halda ortaya çıxarılan nəticələr hər kəsi şoka salar. 


Diqqət yetiriləsi hal odur ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində büdcə vəsaitlərindən istifadə zamanı bir çox “sapmalar”a, həmçinin müqavilə sənədlərinin saxtalaşdırılmasına və digər ciddi qanun pozuntularına yol verilir. Yəni, bu Kollecdə müxtəlif əsas vəsaitlərin qiymətləndirilməsi, cari təmir işlərinin həyata keçirilməsi, həmçinin lazımi avadanlıqların, ləvazimatların alınması və digər məqsədlər üçün ayrılan vəsaitlər süni şəkildə şişirdilir. Bütün bunlar onu söyləməyə əsas verir ki, İrşad Abbasovun rəhbərlik etdiyi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil haqqında Qanunun tələblərinə “gözucu münasibət” mövcuddur. Bu təhsil müəssisəsində baş verən hoqqalardan biri də, Kollecin Tender Komissiyasına ünvanlanan sorğulara heç bir halda cavabın verilməməsi olur. Tam əksəriyyət bu Kollecin direktorunu sabiq təhsil naziri Mikayıl Cabbarovun ən etibarlı kadrı kimi tanıyırlar. Yəni, söylənilənlərə görə İrşad Abbasov, sabiq Nazirin zamanında Kollecdəki özbaşınalıqların qarşısını almağa çalışırdısa, bu gün o, fərqli idarəçiliyini həyata keçirməklə məşğul olur. Belə bir səbəbdəndir ki, hal-hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən özbaşınalıqların və korrupsiya hallarının miqyası hədsiz dərəcədə artıb. Redaksiyamıza çatdırılan məlumatlarda o da bildirilir ki, kollecdə dərs yükü bölünərkən ən azı “oklad” yarım dərs saatı almaq istəyən şəxs 300 manat, iki “oklad” dərs saatı almaq istəyən şəxs isə, 500 manat “rüsum” ödəməli olur. Bundan əlavə, rəhbərlik davamiyyəti yerində olmayan və müəyyən olunmuş limiti ötən tələbələrdən də, məhz buraxdıqları dərs saatına uyğun “rüsum” əldə edir. Əslində bu təhsil müəsisəsi kollecə deyil, daha çox “kolxoz bazarı”na oxşayır desək, heç də yanılmarıq. Çünki, burada hər işin öz qiyməti var. Söylənilənlərə görə, İrşad Abbasov direktor vəzifəsinə sahib olmazdan öncə, ETSN-nin tabeliyindəki qoruqların birində sıravi işci olur və bir müddətdən o, hansısa “sehrli əl”in köməkliyi sayəsində Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə dirktor təyinatı almağı bacarır. Faktdır ki, tələbələr üçün bu kolleç “açıq bazar” hesab olunur və kimin pulu varsa, həmin tələbə dərsə gəlməyə də bilər. Yəni, istənilən tələbə dərsə gəlmədən hər ay 350 manat pul ödəmək şərtilə, məhz limitdən yuxarı qaiblərini sildirə bilər. Keçirilən imtahanlar isə, sadəcə olaraq imitasiya məqsədi daşıyır. Bütün bu kimi korrupsiya əməllərinin başında İrşad Abbasovun durduğu bildirilir. Söylənilənlərə görə, bu şəxs Təhsil Nazirliyində vəzifə sahibi olan oğlu Orxan Abbasova arxalanır və belə bir səbəbdən də, onun əl atmadığı fırıldaqlar, çıxarmadığı oyunbazlıqlar və s. qalmayıb. Hətta o, orda-burda “Oğlum cənab Nazirin yaxın dostudur. Ona görə də, mənə heç kim heç nə deyə bilməz” deməkdən də ehtiyat etmir. Redaksiyamıza Ucar rayonu, Qulabənd kənd sakini İsmayılov Şövqi İsmayıl oğlu adlı şəxs tərəfindən çatdırılan məlumatlarda isə bildirilir ki, İrşad Abbasov fərariliyə görə 3 il 6 ay müddətinə məhkumluq həyatı yaşayıb. Yəni, həqiqi hərbi xidmətə getmək üçün bu şəxsin yaşı çatsa da o, çağırış vaxtı qaçıb gizlənir. Belə bir səbəbdən də İrşad Abbasov axtarışa verilir və az sonra ələ keçirilərək həbs olunur. Başqa bir məlumatda o da bildirilir ki, İrşad Abbasov o qədər savadsız şəxs olur ki, o, Azərbaycanda heç cür ali təhsil almağı bacarmır. Belə bir səbəbdən də, bu şəxs uzun illər ərzində RF-nin və Belarusiyanın bazarlarında pomidor-xiyar alveri ilə məşğul olur. İllər keçdikdən sonra o, Özbəkstandakı ali təhsil müəssisələrinin birindən hansısa yolla diplom alır. Hazırda bu şəxsə məxsus diplomun saxta olması haqda, məhz bəzi çevrələrdə müəyyən söz-söhbətlər də dolaşmaqda davam edir. Təəssüf və təəccüb doğuran hal odur ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovun qanunsuzluğa söykənən əməlləri ilə bağlı yazılan şikayətlər heç bir nəticə vermir. Bəlkə də buna əsas səbəb, bu şəxsin oğlu Orxan Abbasovun Təhsil Nazirliyində məsul vəzifədə çalışmasıdır. Söylənilənlərə görə, Orxan Abbasov bu gün də var gücü ilə atasının korrupsiya əməllərini ört-basdır etməklə məşğul olur.

İrşad Abbasovun fəaliyyətində korrupsiya və saxtakarlıq halları müşahidə olunduğundan, əslində o, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsindən uzaqlaşdırılmalı və onunla bağlı lazımi cəza tədbirləri də görülməlidir. Çünki, bu şəxsin fəaliyyəti Azərbaycan təhsili üçün, sanki bir “qara ləkə” hesab olunur.  Diqqət yetirək ki, İrşad Abbasov hər cür çirkin əməllərə qol qoyur, nüfuzlu media qurumlarında kollec direktorunun minbir fırıldaq əməllərindən bəhs olunur, bəzi “yarımcan” xəbər saytlarında isə, adı çəkilən bu şəxsin şəninə bol-bol təriflər yağdırılır. Bu cür addımlar da onu sübut edir ki, belə xəbər saytları yaşadığımız cəmiyyətin törtöküntüsü olmaqla bərabər, həm də geniş ictimaiyyətin heç cür həzm etmədiyi media qurumlarıdır. Yəqin ki, İrşad Abbasov şəninə tərif yağdıranlar ağ rəngi qara, qara rəngi ağ görürlər ki, belə bir yanaşma tərzinə sahibidirlər.Ona görə də, bu cür xəbər saytlarının (əgər bunlara xəbər saytları demək mümkündürsə) fəaliyyətləri geniş ictimaiyyət tərəfindən nifrətlə, qəzəblə qarşılanır.

Deməli, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev, bu təhsil ocağında ciddi yoxlamaların aparılması üçün, tabeliyində olan şəxslərə lazımi tapşırıqlarını verməlidir. Yəqin ki, o halda İrşad Abbasovun idarəçiliyinə hüquqi müstəvidə hüquqi qiymət vermək mümkün olacaq. Yoxsa, ... Qarşı tərəfi də dinləyə bilərik.

Bizi izləyin. Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir icra başçısına qarşı: İrşad Əliyevin bacısı BŞTİ-dən çıxarıldı

    Nazir icra başçısına qarşı: İrşad Əliyevin bacısı ...

    10-12-2013, 13:30

  • 
  • “İrşad Electronics”in “zəmanət fırıldağı” - İTTİHAM

    “İrşad Electronics”in “zəmanət fırıldağı” - ...

    27-03-2019, 14:18

  • 
  • Beyləqanın təhsil şefi gedir: Tofiq Sadıqovu İrşad Əliyevin kadrı əvəzləyəcək

    Beyləqanın təhsil şefi gedir: Tofiq Sadıqovu ...

    28-03-2016, 19:07

  • 
  • “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur

    “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə ...

    15-09-2018, 11:30

  • 
  • Rafiq Əliyevdən Aysel Əlizadəyə təklif: «IRŞAD otelin restoranı, Koroğlu heykəlinin yaninda…»

    Rafiq Əliyevdən Aysel Əlizadəyə təklif: «IRŞAD ...

    30-07-2014, 18:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (240)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu