Beyləqan rayon Təhsil Şıbəsinin müdirinin işdən çıxarılacağı ilə bağlı məlumat daxil olub. Etibarlı mənbədən əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, TŞ müdiri Tofiq Sadıqov yaxın günlərdə vəzifəsindən kənarlaşdırılacaq, yerinə isə Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar iTəşkilatının müdir Tahir Həsənov gətirilir. İddia olunur ki, hətta Tahir Həsənovun TŞ müdiri gətirilməsi artıq icra başçısı ilə razılaşdırılıb. Vaqif Abdullayev İrşad Əliyevin "kadrı"na vəzifə verir Etibarlı mənbədən verilən məlumatlarda vurğulanır ki, Tahir Həsənovun Beyləqan təhsil başkanı keçməsi prosesi aprel ayının 15-nə qədər çəkəcək. Prosesin uzanması hazırda Maliyyə Nazirliyinin Ağcabədi Regional İdarəsi tərəfindən aparılan yoxlamalarla bağlı olduğu bildirilir. Tahir Həsənov Beyləqanın sabiq başçısı İrşad Əliyevin kadrı olub. Məhz elə Tahir Həsənovun Füzuli rayon 55 saylı orta məktəbindən Beyləqan Təhsil İşçilərinə həmkar transver olması əvvəlcədən adı çəkilən rayona təhsil müdiri gətirilməsinə hesablanıbmış. İrşad Əliyevin gözlənilmədən Kürdəmir rayonun icra başçısı göndərilməsi bu planı alt-üst etdi. Yəni, Vaqif Abdullayevin Beyləqana başçı təyinatı Tahir Həsənovu reallaşmaqda olan arzusunu nakam qoydu. Yeri gəlmişkən xatırladaq ki, Həsənovun Füzuli məktəbindən Beyləqan təhsilinə transver olunması ona 25(iyirmi beş) min manata başa gəlib. Bu pulun 20 (iyirmi) min manatını həmkar olması İrşad Əliyevə rüşvət olaraq verdiyi, 5000 minmanatını isə ortalıqda xərclədiyi bildirilir. Artıq Tahir Həsənovun 4 il əvvəlki planı bu günləri reallaşmaq üzrədir. Mənbənin verdiyi məlumatlarda qeyd olunur ki, Tahir Həsənov Vaqif Abdullayevlə dil tapıb və o, bu yaxınlardan təhsil müdiri olacaq! Qaynağımız iddia edir ki, Tahir Həsənov Füzuli rayon 55 saylı orta məktəbində direktor işləyərkən adı şagir mübadiləsindəvə attestat alverində keçib. P.S Biz Tofiq Sadıqovun işdən çıxarılmasının əlehinə deyilik! Saadəcə olaraq V. Abdullayevin İrşad Əliyevin kadrına vəzifə verməsi bizi bir qədər təccübləndirdi! Doğrudandamı, V. Abdullayev düşünür ki, T. Həsənovu təhsil müdiri gətirməklə səf etmir? P.S.S Tahir Həsənovun hansı oğludur ki, özünü MTN-nin əməkdaşı kimi təqdim etməklə bir neçə şəxsləri aldadaraq, onlardan iş düzəldəcəyi adı ilə onlardan 70 min manat pul almışdır?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?