GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, hakim Abıyev!

Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, hakim Abıyev!

Tarix: 6-05-2022, 10:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 710


Bakı İnzibati Məhkəməsi, Sosial Xidmətlər Agentliyi və DİN Qarabağ qazisinə qarşı “qəza”da


6 aylıq süründürməçilikdən, cavabdeh ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi və DİN Şəxsi Heyətlə İş İdarəsi ilə bazarlıqdan sonra, axırı ki, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyan 20.04.2022 tarixli iki  (?) qərardadını bir gündə  (04.05.2022-ci il) verib. Eyni tarixli 2 ayrı qərardadla yataq xəstəsi Qarabağ qazisinin Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkil edilməsi haqqında iddiası mümkün sayılmayıb və vəkillə təminatından imtina edilib. İddiaçı Qarabağ qazisinin iddia tələbini saxtalaşdırıb qeyri-prosessual sifarişə uyğun formalaşdıran hakim Nəriman Abıyev nə Azərbaycan Respublikası Konstitusiyasının, nə İnzibati Prosessual Məcəlləsinin (İPM) , nə də  Mülki Prosessual Məcəlləsinin (MPM) tələbinə əməl edib: İPM-in 54-cü maddəsi əsasında verilən iddia tələbinə əlavəyə ,   İPM-in və MPM-in 18-20-ci maddələri əsasında hakimə etiraza , İPM-in 40-44-cü maddələrinə əsasən, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş  müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəyə baxmayıb. Hətta yataqda olduğundan iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi və vəkillə təminatı hqqında vəsatətlər də gulaqardına və gözardına vurulub. Yalnız 6 aydan sonra vəkillə təmin olunmaq barədə vəsatəti cavabdehlərin nümayəndələrinin iştirakı ilə  (?) təmin etməkdən imtina edib ki, İPM-in 31.1-ci maddəsi hər bir kəsin vəkillə təmsil olunmaq hüququnu doğrulasa da,  yalnız MPM-in 67.2 maddəsinə əsasən aztəminatlı şəxslərə dövlət hesabına vəkil ayrılması nəzərdə tutulub. Başabəla hakim İPM-in 1.2 maddəsini Qarabağ qazisinə vəkil ayrılmasına qadağa qoymaq amacı ilə tətbiq edib. Bu isə qərəzdən, yüksək hakim adından aşağı niyyətlər amacı ilə yararlanılmasından qaynaqlanır. Ümumiyyətlə, İPM-in 1.2 maddəsi bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə icraatında MPM-in müddəalarının tətbiq ediləbilənliyini doğrulayır. Nəriman Abıyev görmür ki, “bu Məcəllədə” - İPM-in 31.1-ci maddəsində hər kəsin vəkillə təmin olunmaq hüququ doğrulanıb ?! MPM-in 67-ci maddəsinin tətbiq edilməsi axı İPM -də nəzərdə tutulan prinsipə ziddir! Belə çıxır, “inzibati hakim” MPM-in 1.2 maddəsini hüquqa qadağa qoymaq amacı ilə seçir? Hüquqa qadağa qoyulması axı məsuliyyət yaradır!  MPM-in 10-2 maddəsinə əsasən niyə iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə qərardad qəbul edilməyib; əksinə, iddiaçı tərəfin iştirakını əngəlləmək yolu tutularaq vəkillə təminatına da qadağa qoyulub? ! Məhkəmə hakimi(yyəti)nin MPM-in 13-cü maddəsindən də, Konstitusiyanın ölkədə ən yüksək hüquqi qüvvəyə malik olduğundan da bilgisi yoxdur? Yoxdursa, 13-cü maddəni oxuması məsləhətdir: “Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edərsə, o daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir”. Konstitusiyanın 127-ci maddəsinin Vlll hissəsində isə MƏHKƏMƏ İCRAATININ İSTƏNİLƏN MƏRHƏLƏSİNDƏ HƏR KƏSİN MÜDAFİƏ HÜQUQUNUN TƏMİN EDİLMƏSİ doğrulanıb. ANA QANUNUN 61-ci maddəsinin II hissəsi qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz, dövlət hesabına göstərilməsini doğrulayır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə görə isə, məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz xidmət edilir. Məhkəmə hakiminin qanunu, Konstitusiyanı, Məcəlləni qeyri-prosessual qərəzə qurban verməsi məhkəmə hüquq sisteminə ləkədir. 

Qarabağ savaşı qazisi reabilitasiya amacı ilə  ağır astmadan Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkil edilməsini ali dövlət hakimiyyəti orqanlarından diləyəndə diləkçəsi PA-dan, NK-dan, MM-dən ƏƏSMN -ə göndərilib. ƏƏSMN rəhbərliyindən də tabeliyindəki Sosial Xidmətlər Agentliyinə . Agentlik isə qərəzlə qaziyə xidmətdən imtina etdiyindən, qazi pensiyaçısı olduğu hərbi quruma  (DİN DQ) müraciət edib. Hər iki dövlət qurumu 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən imtina etdiyindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilib. Hakim Nəriman Abıyev 6 aylıq süründürməçilikdən sonra iddianı , həm də qazinin müalicəsini (!) mümkün saymayıb.(?) Bu saymazlıqla indiyədək iki dövlət qurumunun özbaşınalıği qarşısında ÖLƏN qaziyə məhkəmənin  də savaş açması ortaya qoyulur. QARABAĞ QAZİSİNƏ QARŞI QƏZAYA ÇIXIBLAR. QƏZANIZ MÜBARƏK OLMASIN! 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə xidmətdən imtina edir - GİLEY

    Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə ...

    13-12-2021, 14:55

  • 
  • Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır

    Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, ...

    6-05-2021, 16:59

  • 
  • Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər qərarla, qətnamə ilə qərardadın fərqini bilmir! (?)

    Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər ...

    15-04-2021, 13:53

  • 
  • İnzibati Prosessual, yoxsa İnzibati Qeyri – Prosessual Məcəllə qüvvədədir?

    İnzibati Prosessual, yoxsa İnzibati Qeyri – ...

    25-04-2022, 16:33

  • 
  • Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının cinayətkar saxtalığı

    Bakı Apellyasiya Məhkəməsinin İnzibati ...

    22-04-2022, 20:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu