"ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə əlilliyi olan şəxslərin reabilitasiyası və sanatoriya-kurort yollayışları ilə müalicələrinin təşkil edilməsi görəvi doğrulansa da, SXA-nın sədri Vüqar Behbudovun qərəzli ayrı-seçkiliyi sonucunda Qarabağ qaziləri xidmətdən məhrum edilir".
Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "SXA qərəzdən o qədər savadsızlaşıb ki, “təmin etmək” ilə “təşkil etməyi” qarışdırır. İstənilən halda, sosial xidmət qurumunun xidmətdən imtinaya bəhanə axtarması yolverilməzdir. Bu sətirlərin yazarı son 3 ildə dəfələrlə Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində bronxial astmadan müalicəsinin təşkil edilməsi üçün müraciət etsə də, sonda hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları ilə təmin olunmalarının ƏƏSMN -in səlahiyyətləri xaricində olduğu bildirilib. Axı, əlilliyi olan şəxs yollayışla təminatını yox, müalicəsinin təşkil edilməsini diləyir ! Müalicə hüququna qadağa qoymaqla Sosial Xidmətlər Agentliyi Qarabağ qazisini öldürmək yolunu tutub. Belə sosial siyasət olar? Hər həftə Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinə turlar təşkil edilir, amma 1-ci dərəcəli Qarabağ qazisi bu siyahıya salınmır. Maraqlıdır ki, hərbi qurum -DİN-in şəxsi heyət ilə iş idarəsi də xidmətdən imtina edir və bunu ƏƏSMN -in etməli olduğunu bildirir. Bakı İnzibati Məhkəməsi (hakim Nəriman Abıyev ) isə hər iki quruma qarşı “müalicəsinin təcili təşkil edilməsi” tələbi ilə iddiasının mümkünlüyünə baxmağı gələn ilin 24 yanvarına -70 gün sonraya təyin edib. Hələ ki, hakimə etiraza və müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin edilməsi haqqında ərizəyə də baxılmayıb. Yəqin, Qarabağ qazisinin ölümünü gözləyirlər ki, işi bağlasınlar və “qələbə”lərinə şampan partlatsınlar. Onu da vurğulayaq ki, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzindən zəng edərək onlarda yollayış vərəqi olmadığını, bu işi ƏƏSMN -in təşkil etdiyini bildiriblər. Necə deyərlər, bütün yollar Sosial Xidmətlər Agentliyinə aparır. Qarabağ qazisi jurnalist tənqidə görə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin qərəzinə tuş gəldiyindən, bütün sosial xidmətlərdən məhrum edildiyindən MEDIA Agentliyinin və Mətbuat Şurasının rəhbərlərinə müraciət edib. Tənqidə görə təqib , qazi jurnalistin müalicə hüququndan məhrum edilməsi yolverilməzdir və cinayət məsuliyyəti yaradır". İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Sorğu
Yeni dizaynımız necədir?