GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “TƏHSİLDƏ İDARƏÇİLİK BƏRBAD VƏZİYYƏTDƏDİR” – “20-30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir”

“TƏHSİLDƏ İDARƏÇİLİK BƏRBAD VƏZİYYƏTDƏDİR” – “20-30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir”

Tarix: 9-05-2022, 10:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 322

Bakının Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti”nin asıldığını əks etdirən fotonun yayılmasından sonra Azərbaycanın orta məktəblərindəki vəziyyət, təhsildə idarəetmə, kadrların seçilməsi kimi mövzular yenidən aktuallıq qazanıb. Gundemxeber.Az bildirir ki, bu baxımdan, Təhsil Nazirliyindəki mənbənin təhsil sektorundakı vəziyyətlə bağlı "AzPolitika.info"-ya təqdim etdiyi yazı yerinə düşüb.

GundemXeber.Az həmin yazını təqdim edir:

"Dövlətin təhsil siyasətini şəxsi və qrup maraqlarına qurban vermək olmaz. Təhsillə təhsili bilən, ictimai mənafeni şəxsi mənafedən üstün tutan, gələcəyimizin daha işıqlı olması üçün çalışan adamlar məşğul olmalıdır. Nəinki keçmişi və bugünü qaranlıq adamlar...

Məhz belələrinin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, təhsilimizin, xüsusən ümumi təhsilin nəinki bu günü, sabahı da qaranlıq görünür. Builki buraxılış imtahanlarının nəticələrinin təhlili bir daha göstərir ki, ümumi təhsildə əvvəlki illərə nisbətən geriləmə baş verir.

Bunların səbəblərini əsaslı təhlil edərkən aşağıdakı mənzərə ortaya çıxır:

1) Bir çox məktəblərdə idarəçilik bərbad vəziyyətdədir.

2) Məktəb direktorları və müavinləri 90% halda qeyri-şəffaf və subyektiv amillər əsasında seçildiyi üçün onlara qarşı tələbkarlıq göstərilmir.

3) Şagirdlərin müəyyən tələblər qarşılığında dərsə gəlməməsi, fərdi hazırlığa cəlb olunması kütləvi hal alıb.

4) Fərdi hazırlığa gedən uşaqlar xaric digər şagirdlərə illərlə proqram üzrə dərs keçilmir və ya onlara qarşı tələbkarlıq yoxdur.

5) Bir çox məktəb direktorları dövlət məktəbini özəl kommersiya müəssisəsi kimi idarə edir, daha çox gəlir əldə etmək haqqında düşünür, bu istiqamətdə fəaliyyətini qurur.

6) Məktəblərin gündəlik təminatının ödənilməsi ağır yük kimi valideynlərin üzərinə qoyulur.

7) Məktəbin saxlanılması üçün valideynlərdən ardıcıl olaraq yığılan pullar narazılıq yaradır, müəllim nüfuzu, təhsil sistemi və dövlətin təhsil siyasəti məqsədyönlü şəkildə gözdən salınır. 2017-ci ildə Təhsil Nazirliyi rəhbərliyinin dəstəyi ilə Bakı məktəblərində dünya təcrübəsi əsasında təsis olunan, valideynlərlə məktəblərin şəffaf əməkdaşlığına əsaslanan "Təhsil icmaları"nın yaradılmasının qarşısını alan şəxslər indi də məktəblərdəki yığımların genişlənməsini dəstəkləyirlər. Rəsmi açıq mənbələrə və internet resurslarındakı məlumatlara əsasən həmin dövrdə təkcə Bakı şəhərində 200-ə yaxın məktəbdə "Məktəb icmaları" tətbiq olunubmuş. Sonradan yığımlardan əli çıxan direktorların xahişi əsasında onların o vaxtkı səlahiyyətli xanım himayəçisi bu təsisatın ləğv olunmasına nail olur.

8) Xarici ölkələrdə tətbiq olunan, Azərbaycan təhsil mühitinə yad olan hoqqabaz layihə və proqramların tətbiqi adı ilə təhsil ictimaiyyətinin başı qatılır, qondarma islahatçılıq və yenilikçilik görüntüsü yaradılır.

9) Yeni təyin olunan direktorların bir neçə ildən sonra yeri dəyişdirilsə də, 10, 15, 20, hətta 30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir.

10) Qocaman direktorları himayə edən, toxunulmaz saxlayan şəxslər bunu yaratdıqları dəqiq maraq mexanizmləri vasitəsilə tənzimləyirlər.

11) Himayədarlıq piramidası bir neçə səlahiyyətli və qeyri-rəsmi şəxslərin əlində cəmləşdiyi üçün təhsil idarəetməsindəki xaotiklik və başıpozuqluq normal işləmək istəyən məktəb direktorlarının da əlini işdən soyudur.

12) Hətta təhsildəki yüksək ali postlardan son dəyişikliklə digər vəzifəyə və ya istefaya gedən bir-iki şəxs bu gün də tam səlahiyyətlə yaratdıqları maraqlar üzərində qurulmuş idarəetməni ümumi təhsilə tətbiq etməkdədir.

13) Onlarca məktəb direktoru və direktor müavinləri bu gün də keçmiş və indi vəzifədə olan himayədarına arxalanaraq məktəbləri intriqa yuvasına çevirib.

14) Yeni yaradılan Regional Təhsil İdarələrinə də eyni maraq və şəxsi münasibətdən irəli gələn qaranlıq təmaslar vasitəsilə rəhbərlər təyin olundu.

15) Sadə müəllim imtahan əsasında işə götürüldüyü halda, Regional Təhsil İdarələrinin rəhbərlərinin subyektiv amillər əsasında təyin olunması da dövlətin kadr siyasətinin prinsipləri ilə uzlaşmır.

16) İllərini təhsilə həsr etmiş təcrübəli təhsil işçilərinin başı üzərinə təhsildən bixəbər, bir sıra hallarda heç cür təhsilə uyğun gəlməyən ixtisas sahiblərinin (Baytar, mühəndis, maliyyəçi, aqrar mütəxəssis və s) rəhbər təyin olunması qeyri-ciddi mühit yaradır.

17) Sorosçular və fetoçuların təhsildə atamanlığının qarşısı alınmalıdır.

18) Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva şəhər məktəblərinin 70 faizində idarəçiliyini itirməyib. Əmisi qızı Zərifə Əliyeva adına liseyin, xalası qızı 20 nömrəli məktəbin, başqa bir qohumu 18 nömrəli məktəbin direktorlarıdır. Və 30-dan çox rəfiqəsini direktor təyin etməyə nail ola bilib.

Azərbaycan ziyalılarını, təhsil təəssübkeşliyi olan hər kəsi şəxsi maraqlarına görə gələcəyimizi nagüman edən təhsil dəllallarına qarşı mübarizə aparmağa, təhsil idarəçiliyində olan və kənarda oturub öz dünya görüşünə uyğun təhsil idarəçiliyi quran şəxslərin ifşasına dəstək verməyə çağırıram".


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşin içindən FƏRZƏLİ QƏDİROV ÇIXDI... - təhsildəki RUSBAŞLILAR...

    İşin içindən FƏRZƏLİ QƏDİROV ÇIXDI... - ...

    7-05-2022, 10:57

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI

    Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI ...

    17-03-2021, 20:22

  • 
  • Ucqar kənd məktəblərindəki vəziyyətlə bağlı - Müraciət

    Ucqar kənd məktəblərindəki vəziyyətlə bağlı - ...

    26-08-2013, 11:43

  • 
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu