GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Parlamentdə Səhiyyə Komitəsi, yoxsa qurda quyruq tapşırma?

Parlamentdə Səhiyyə Komitəsi, yoxsa qurda quyruq tapşırma?

Tarix: 13-05-2022, 17:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 175

Artıq bir neçə ilə yaxındır ki, ölkədəki tibb müəssisələrinin bir çoxu TƏBİB-in nəzarətinə verilib. Düzdür pandemiya araya girdiyindən TƏBİB digər öhdəliklərinin hamısını lazımınca və layiqincə yerinə yetirə bilməsə də, artıq bir çox xəstəxanalarda tibbi sığorta işinin təşkili istiqamətində müsbət dinamika müşahidə edilir. Əvvələr heç bir ümid verməyən sığorta işi atılan bir sıra addımlardan sonra əhali arasında və müşahidəçilərdə səhiyyəmizin düzələcəyinə dair inamı az da olsa artırır. Bununla belə bir sıra köklü problemlər hələ də qalır və bu istiqamətdə ya ümüumiyyətlə iş aparılmır, ya da ki, ləng gedir. Bir sıra görülən işlərdə isə neqativlər həddən artıq çoxdur. Geridə qalan sahələrdən biri və ən əsası onkologiya sahəsinin İçbari Tibbi Sığortanın tabeçiliyinə verilməməsidir ki, bu da ilk görünüşdə dövlət üçün problem olmamalıdır. Çünki, hələ TƏBİB yaranmamışdan əvvəl də bu sahə dövlətin ən çox diqqət mərkəzində olan sahələrdəndir və hakimiyyət bu işin təşkili üçün dövlət büdcəsindən ciddi maliyyə ayırır. 

Bəs reallıqlar nə deyir?


Hamımızın ailəmizdə və qohun-əqrəbalarımız arasında onkoloji xəstəlikdən əziyyət çəkənlər var. Televiziya efirləri vasitəsi ilə xalqın imkanlı təbəqələrinə və eyni zamanda ölkənin birinci xanımına olunan müraciətlər də onu göstərir ki, Onkologiya sahəsində işin təşkili qaneedici deyildir. Kifayət qədər əhali də məlumatlıdır ki, xəstə sahibləri hansı çətinliklərlə qarşılaşır. Dövlətin xəstələr üçün ödənişsiz ayırdığı bahalı dərman preparatları xəstələrə ya verilmir, ya da verilən hissəsi kimyaterapiyanın əsas komponentlərini təşkil etmir. Nəticədə xəstə sahibləri məcburiyyət qarşısında öz vəsaitləri hesabına ətraf apteklərə müraciət edir ki, bu da son nəticədə dövlətin məsul şəxslərinin vətəndaşın və dövlətin cibinə girmək kimi korrupsiya faktı yaradır. Bəs dövlətin Azərbaycan səhiyyəsinin imicinə ciddi zərbə vuran bu problemi aradan qaldırmaq kimi planı varmı, varsa nədən ibarətdir?
Təbii ki, hakimiyyəti narahat edən bu problemi aradan qaldırmaq kimi planının olmaması ağlabatan beyil. Milli Məclisin Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanovun bu yaxınlarda mətbuatda bildirməsi ki, gələn ildən onkoloji xəstələr də icbari sığorta əsasında müalicə ala biləcəklər, bu, özü göstərir ki, hakimiyyət artıq bunda maraqlıdır. Amma şübhələr var, doğrudanmı komitə sədri qolunu çırmalayıb bu işin üstünə düşəcək? Yoxsa bu dəfə də hakimiyyəti fikrindən daşındırmağı bacaracaq? Fikrimizcə bacardığı qədər tormozlama funksiyasını sonacan həyata keçirməyə çalışacaq. Niyəsini isə anlamaq çox sadədir…
GundemXeber.Az bildirir ki, bugünlərdə S.Cəlaloğlu “Yeni Sabah”a verdiyi müsahibədə əsassız olmadan bildirmişdir ki, Rusiyanın Azərbaycandakı ən böyük dayaqlarından biri Milli Məclisdir. Razılaşmaq olar, çünki elə qəbul olunan qanun layihələrinin müqayisəsindən də görünür ki, əksər qanunlar Rusiya qanunvericiliyindən idxal olunur və Ə.Əmiraslanov o dayağın ən sadiq üzvlərindən biridir. Bugünlərdə bəzi ölkə saytlarında dərc olunan məqalələrdən də görünür ki, Ə.Əmiraslanovun Rusiyanın Azərbaycandakı kolon rəhbəri Ramiz Mehtiyevlə ciddi yaxınlığı mövcud imiş. Ona görədir ki, 30 ilə yaxındır bu dayağın özəyi funksiyasını daşıyan kəslə yaxınlığı onun dəfələrlə Milli Məclisə deputat seçilməsini təmin etməklə yanaşı, onun üçün yeni komitənin, yəni Səhiyyə komitəsinin yaradılmasını da reallaşdırdı. Çünki, bu post rektor vəzifəsindən kənarlaşdırılandan sonra Azərbaycanın tibb təhsilinə, tibb elminə və səhiyyəsinə vurduğu sağalmaz yaraların səbəb olduğu ağrı-acılara görə cəmiyyətin, xüsusilə tibb ictimaiyyətinin və səhiyyə səlahiyyətlilərinin onu məşhər ayağına çəkəcəyindən ehtiyatlandığından belə bir mövqe əldə etmək onu xilas edə biləcək yeganə post ola bilərdi. Heç şübhəsiz ki, rəsmi Moskva kolon “nüfuzlularını” boşuna xərcləməyəcəkdi və şimaldan gələn güclü külək onun üçün Milli Məclisdə əvvəllər mövcud olmayan Səhiyyə Komitəsinin yaradılmasına nail oldu. Əvvəllər təxminən 25 il müddətində niyəsə belə bir komitəyə ehtiyac yox idi. Sanki post öz sahibini gözləyirdi.
Tibb sahəsinə cavabdeh şəxlərin də artıq yuxarı dairələr qarşısında qaldırdığı məsələlərdən də aydın olur ki, onlar da bu şəxsin oyunbazlıqlarından cana doyub. Ona görə də Tibb Universitetinin Ə.Əmiraslanovun rektorluğu illərində hansı hala salındığını, hansı bilikdə insanların universitetə müəllim kimi işə götürüldüyünü tələbələrin və müəllimlərin dillərindən eşitmək adi hala çevrilib. Daha rəhbər vəzifələrdə işləyən şəxslər də çəkinmədən yuxarılara onun gördüyü işlər barədə şikayətlər edirlər. Şikayətlərdə əsasən bildirilir ki, istər Universitet rəhbərliyinə, istərsə Səhiyə nazirliyinə yuxarılar adından təzyiqlər edir, layiqli olmayan kadrların irəli çəkilməsinə himayədarlıq nümayiş etdirir. Tibb Universiteti rektoru işlədiyi dövrdə universitetdə hər bir şeyi maddiyyata çevirmə alışqanlığından əl çəkə bilməyəcəyindən əmin olduğundan həm bu fəaliyyətini davam etdirmək və həm də etdiklərinə görə tibb ictimaiyyəti tərəfindən haqq-hesab sorulmayacağından sığortalanmaq üçün onun qaranlıq fəaliyyətlərinə uğurla xidmət etmiş A.Həsənov və R.Bayramovu TƏBİB-in başına gətirmək üçün ciddi cəhdlə əlləşib vuruşan bu şəxs, birincini orada bərkidə bilməsə də, ikincini yerləşdirə bilmişdi. Təbii ki, uzun illərdir adətkar olduğu kadr siyasətinə uyğun şəkildə edirdi bunları. İcitimaiyyət arasında A.Həsənovu bu posta yerləşdirmək üçün 1 milyon girvənkə ağırlığında minnət qoyduğu tez-tez danışılır. Lakin dövlət başçısı onu bu posta təyin etmədi və ondan sonra qoyduğu minnətin geri qaytarılmaması üçün həmin şəxsi Bakı Sağlamlıq Mərkəzinin başına gətirməyə müvəffəq oldu. Bunun üçün çox adamlara yalvarmalı olmuş və özünə xas üzlülüklə buna nail ola bilmişdi – nə olur olsun, bircə o ağır minnət geri götürülməsin. Ondan sonra eyni qayda ilə R.Bayramovun TƏBİB-in başına yerləşdirilməsinə nail ola bilmişdi. Maraqlıdır, daha layiqli kadrlar deyil, niyəsə intellektlərinə, peşəkar fəaliyyətlərinə görə cəmiyyətdə və tibb ictimaiyyəti arasında o zamanadək tanınmayan və Ə. Əmiraslanovun rektor işlədiyi dövrdə universitetin iki ən böyük xəstəxanasının baş həkimləri olmuş və işlədikləri dövrdə qaranlıq fəaliyyətləri ilə məşhur olan məhz bu şəxslər TƏBİB-ə sədr üçün qabağa verilmişdir.
Elə bu və bu kimi səbəblərdən rektorluq fəaliyyəti ərzində Tibb Universitetini şəxsi tamahının təmin olunması naminə bu hala salmış bir insanın bu məsələdə məhz yenə şəxsi tamahını yox, xalqın sağlamlığını və rifahını düşünəcəyini zənn etmək çox böyük sadəlövhlük olar. Çünki, bu gün rəhbərlik etdiyi Onkologiyada dövlət tərəfindən onkoloji xəstələrə pulsuz ayrılan dərmanların günün günorta çağı kimyaterapiya alan xəstələrə qaranlıq yollarla ötürülməsinə səbəb olan kəsin bu məsələdə hansı mövqe tutacağı sirr deyil. O da heç kimə sirr deyil ki, bahalı dərmanların böyük bir hissəsi Onkologiyanın ətrafındakı apteklərdə satılır və deyilənlərə görə, o apteklərin hamısını Ə.Əmiraslanovun qohumu onunla şərik işlədir. Ona görə də, nə qədər ki, Ə.Əmiraslanov Milli Məclisdə Səhiyyə komitəsinin sədridir, onkoloji xəstələrin icbari tibbi sığorta əsasında müalicə alacaqları real görünmür. Çünki, belə olsa Ə.Əmiraslanovun onkoloji xəstlərin taleyi üzərində qurduğu bisnesi çökər. Olduqca böyük bir biznesdən söhbət gedir, hər xəstə aylarla, bəzən illərlə müalicə alır və min manatadək başa gələn bir müalicə kursunu xəstə və kurs saylarına vursaq ildə bir neçə millyon manatdan söhbət getdiyini görə bilərik. Keçmiş fəaliyyəti bəlli olan bir şəxsin belə biznesdən əl çəkməsi heç ağlabatan görünmür.
Odur ki, dövlət həqiqətən bu sahəni düzəltmək, TƏBİB-in balansına keçirmək istəyirsə, o zaman ən azından mütləq və mütləq 80-ə yaxın yaşı olan Əmiraslanovun Səhiyyə Komitəsinin sədri vəzifəsindən götürülməsi vacibdir. Bu, məsələnin həlli üçün yeganə çıxış yoludur. Əks halda Azərbaycanda onkoloji xəstələr Allahın münasib bildiyi dövrədək pulsuz xidmətdən yararlana bilməyəcəklər.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?

    Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan ...

    28-01-2022, 12:40

  • 
  • TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

    TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ ...

    29-07-2021, 16:30

  • 
  • Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi

    Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə ...

    29-12-2019, 19:45

  • 
  • Nazir müavini: “Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı”

    Nazir müavini: “Azərbaycanda pulsuz səhiyyə özünü ...

    19-12-2019, 11:51


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (426)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu