GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb”- ŞOK FAKT

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb”- ŞOK FAKT

Tarix: 13-05-2022, 18:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 768

GundemXeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu,  M. Ə. Rəsulzadə qəsəbəsi,  8 Mart küçəsi, ev-47 ünvanında yaşayan və Qarabağ müharibəsi qazisi olan Veyisov İsmayıl Həbib oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi İsmayıl Veyisov qeyd edir ki, “2010-cu ildən “ARAZ AVİA” MMC-yə məxsus “Binə” Ticarət Mərkəzində yüksək gərginlikli elektrik xətləri üzrə elektrik montyoru vəzifəsinə işə daxil olub, bu yöndə əmək fəaliyyətinə başladım. Qeyd edim ki, 2015-ci ildə iş sahəsində işləyərkən ticarət mərkəzindəki trasformatorda güclü yanğın-partlayış hadisəsi baş verdi və belə bir səbəbdən də, bədənimin müxtəlif nahiyələrindən yanıq xəsarətləri aldım.  Hadisə baş verən vaxt “Binə” Ticarət Mərkəzi rəhbərliyinin verdiyi tapşırıq əsasında məni Mərdəkan qəsəbəsində yerləşən, hansı ki, özlərinə məxsus olan “Kəbirə Məmmədova” klinikasına apardılar. Həmin vaxtlarda aidiyyatı dövlət qurumlarına heç bir məlumat vermədən, məni bu klinikada gizli şəkildə müalicə etdilər və baş verən hadisə barədə heç bir dövlət qurumuna məlumat verməməyimi də tapşırdılar. Məlumat verəcəyim təqdirdə isə, məni işdən qovacaqlarını bildirdilər. İşsiz qalacağımdan, eyni zamanda müalicə işlərini öz vəsaitim hesabına davam etdirə bilməyəcəyimdən ehtiyat edib, bu barədə bir kimsəyə nəsə demədim.

2019-cu ildə işdə olarkən ürəyimdə əmələ gələn ciddi narahatlığa görə həkimə müraciət etməli oldum. O halda çox keçmədi ki, həkimlərin təkidi ilə ürəyimə “stend” qoyuldu. Müalicə işləri başa çatdıqdan sonra işə çıxdım və çalışdığım sahədə əmək fəaliyyətimi davam etdirdim. Bir müddət sonra isə məni işə buraxmadılar və guya ki, mənim qayğıma qalırlar. Əslində onlar səhhətimdə əmələ gələn problemin varlığını bəhanə etdilər və lazımi əsas olmadan məni işdən azad etdilər. Düzdür, həmin vaxtlarda başqa işlə təmin edəcəklərini bildirsələr də, vaxt keçdikcə məni aldatdılar və son anda isə verdikləri vədə xilaf çıxdılar.  Elə ki, aldadıldığımı başa düşdüm, o halda “ARAZ AVİA” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etdim. Bu məhkəmənin hakimi Kamran Əsədov dəfələrlə məhkəmə prosessini uzatdı və sonda da, “ARAZ AVİA” MMC-nin rəhbərliyinin verdiyi sifariş əsasında mənim əleyhimə əsassız Qətnamə çıxartdı. Belə olan halda çıxarılmış Qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etdim və hakim Rəşad Həsənovun sədrliyi ilə şikayətimə baxıldı. Bu məhkəmə instansiyasında oxşar mənzərə ilə üz-üzə qaldım və çıxarılmış Qətnamə qüvvədə saxlanıldı. Baxmayaraq ki, hakimlər Kamran Əsədov və Rəşad Həsənov mənim haqlı olduğumu, heç bir əsas olmadan işdən çıxarılmağımı bilirdilər. Hətta, onlar bu yöndə lazımi məhkəmə araşdırması aparacaqlarını, mənim hüquqlarımı müdafiə edəcəklərini dilə gətirmişdilər. Sonda isə hər iki hakim “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın verdiyi müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında hüquqlarımı pozub, mənim əleyhimə qərar qəbul etdilər. Bildirim ki, mən Qarabağ müharibəsi zamanı keçirilən döyüş əməliyyatlarında yaralanmışam. Hal-hazırda 2-ci qrup Qarabağ müharibəsi əliliyəm.

Onu da qeyd edim ki, Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları etdiyi çıxışları zamanı şəhid ailələrinin, qazilərin, müharibə veteranların qayğısına qalmağı,  onların hüquqlarının müdafiə olunması yöndə hər kəsə lazımi tapşırığını versə də, hər iki hakim “Binə” Ticarət Mərkəzi rəhbərliyinin marağından çıxış etdilər. Mən ədalətin bərqərar olunmasına ümid edərək Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm. Kassasiya şikayətimə Ali Məhkəmənin Mülki Kollegiyasında hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə baxılacaq”.

Bəli, bu Vətən müharibəsi qazisinin harayıdır, pozulmuş hüquqlarının bərpası yöndə apardığı haqq mübarizəsidir. İnanırıq ki, Qaradağ Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində Qarabağ müharibəsi qazisi, 2-ci qrup Qarabağ müharibəsi əlili İsmayıl Veyisovun hüquqları pozulsa da, Ali Məhkəmənin Mülki Kollegiyasında ədalətin bərpası yöndə qərar qəbul olunacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binə ticarət mərkəzi yenə yandı-VİDEO

    Binə ticarət mərkəzi yenə yandı-VİDEO ...

    8-10-2019, 11:04

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ittiham olunur

    ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ...

    23-09-2016, 01:20

  • 
  • “Binə” ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB-4

    “Binə” ticarət mərkəzindəki yanğın söndürülüb - ...

    8-10-2019, 10:42

  • 
  • ​Binə Ticarət Mərkəzində AKSİYA – Baş ofisin qarşısına toplaşdılar

    ​Binə Ticarət Mərkəzində AKSİYA – Baş ofisin ...

    26-04-2018, 17:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu