GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Tarix: 19-05-2022, 10:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 480


Kabinetdən bayıra çıxın, görün nümayəndələriniz nələr edir..?

Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində  qanunsuz tikililər neçə illərdir ki, çox ciddi problemə çevrilib.
Hətta məsələ o dərəcədə ciddiləşib ki, Beynəlxalq Təşkilatlar  Azərbaycandakı 500 mindən artıq olan qanunsuz  tikililərin  sənədləşdirilməsi üçün lazım olan vəsaiti  ayırmağa hazır olduqlarını bəyan ediblər.
Bu barədə dəfələrlə cənab Prezident İlham Əliyev də müvafiq dövlət qurumlarına  göstəriş verib ki, qanunsuz tikililərin  sənədləşdirilməsi üçün bütün lazım olan materiallar  toplanılsın. Hətta bir-iki il əvvəl bu məsələyə girişdilər də.
Sözümüzün canı odur ki, qanunsuz tikililərin sayı yenə durmadan artır.
Bu isə  ciddi problemlər deməkdir. Birincisi həmin qanunsuz tikililərdə yaşayan 10 minlərlə vətəndaş uçotdan kənar qalır. Sabah hər hansı  cinayət hadisəsi baş verəndə onu operativ həll etmək olmur.
Digər  problem odur ki, ərazidə yaşayan əhalinin uçotu olmadığı üçün məktəb, xəstəxana, uşaq bağçası və digər obyektlərin kontingentini müəyyən etmək çətin olur.
Ən dəhşətlisi odur ki, bu qanunsuz tikililər sabah söküləndə, dövlət büdcəsindən milyonlarla  kompensasiya ödənməli olacaq.
Axı, nəyə görə, hansısa məmur 5 min alıb qanunsuz tikiliyə icazə versin və  əvəzində  sabah dövlət  50 min kompensasiya ödəsin.
Sözün düzü, bu məsələ  ekspertlər tərəfindən  dəfələrlə ciddi müzakirə olunduğu üçün üzərində geniş dayanmaq istəmirik.
Ancaq onu qeyd edə bilərik ki, bu qanunsuz tikililərə mülkiyyət hüququ verilsə….büdcəyə mülkiyyət vergisi olaraq külli miqdarda pul gələr.
Digər tərəfdən  vətəndaş öz sənədli mülkiyyətini banka qoyub kredit götürə, iş qura bilər. Yəni bu cox ciddi məsələdir. Amma təəssüf ki, bu problem hələ də öz həllini tapmır. Nəinki tapmır, hətta qanunsuz tikililərin sayı durmadan artır.
Belə qanunsuz tikinti poliqonlarından biri də  Sabunçu rayonudur.
Bəli, paytaxtın mərkəzi rayonlarından fərqli olaraq Sabunçu  kənd tipli rayondur, rayonun az qala onlarla kəndi və qəsəbəsi var. Yəni bu rayonda qanunsuz tikinti üçün münbit şərait var.
Və biz əminliklə qeyd edə bilərik ki, bu məsələdən Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı Adil Vəliyev tam məlumatlı deyil, yəni icra başçısının ərazi üzrə nümayəndələri  bundan istifadə edərək külli miqdarda pul qazanır və insanların həyatını təhlükəyə atırlar.
Belə ki, Sabunçu RİH başçısı Adil Vəliyevin rəhbərlik etdiyi rayonda, Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Osmanov Arif Məlik oğlu olaraq, ərazidə əməlli-başlı  tikinti  “bazarı” açıb.
Arif Osmanov  hər yerdə deyir ki, mənim icazəm olmadan kimsə Ramanada daşı-daş üstə qoya bilməz, gəlib məni görməlisiniz, sonra tikintiyə başlamaq olar. Bu adam özünü  az qala rayonun sahibi kimi aparır. Olsun, biz heçnə demirik. Bu gün dövlətin adından möhürü, ştampı olan Ramana qəsəbə isra nümayəndəliyi fəaliyyət göstərir. Rəsmi sənəddə olduğu kimi, gərək problemlərin həllində də bu məmur adını daşıyan Arif Osmanov məsuliyyət hiss etsin. Yəni, mən bu qəsəbənin ərazi icra nümayəndəsiyəm, əlimə “tüpürüm” bütün torpaqların üzərində icazəsiz tikinti aparılmasına şərait yaradım, əsla belə olmaz. Tikinti aparmaq üçün arxitektura komitəsinin qarşısında illərlə gözləyib, qanuni sənəd ala bilməyənlər var. Bu haqda sonrakı yazımızda…
Nə isə, Ramananın problemləri bitib-tükənən deyil. Bütün bunlar azmış kimi  rayonun məşhur  neft milyonçusu Murtuza Muxtarovun adını daşıyan qəsəbədə isə  vəziyyət dözülməz həddə çatıb.
Birincisi, onu qeyd edək ki, qəsəbə zir-zibil içərisində itib batır. Lap  rəhmətlik  Maksim Qorkinin keçən əsrin əvvəllərində təsvir etdiyi  mazutlu ərazini xatırladır. Amma  əraziyə məsul şəxslər nəinki kənar ərazini, hətta neft quyularının kənarlarını da  tikinti obyektləri üçün satırlar. Yəni bu xırda məmurların gözünü pul o qədər tutub ki, sabah baş verəcək fəlakətləri nəzərə almırlar.
Axı, neft quyusunun ətrafında sabah iraq olsun hər cürə yanğın, partlayış və digər qəza  halları baş verə bilər.
Belə olan halda kim məsuliyyət daşıyacaq..?

Biz Sabunçu rayonu ərazisində baş verən qanunsuz tikinti poliqonlarından bir neçəsinin adını çəkdik. Hətta lazım olarsa əlimizdəki samballı və kifayət qədər dəqiq informasiyaları təqdim edə bilərik.
Yaxud  başqa bir nümayəndəliyə  nəzər  salaq.
Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin Bakıxanov qəsəbəsi üzrə təyin etdiyi nümayəndə Orucov Ruhin Eyvaz oğlu, qəsəbənin İvan Anaşkin küçəsini əməlli-başlı tikinti meydançasına çevirib. Küçə başdan-başa 3-4 mərtəbəli villalarla əhatə olunub. İcazəsiz mülklərin tikintisi əlbəttə külli miqdarda rüşvət müqabilində tikilə bilər. Yəni, 1 mərtəbəyə icazəsi olan şəxslər, 3 mərtəbəli mülklər ucaldırlar. Hətta, məktəb ərazisi üçün ayrılan bataqlıq ərazilərin qurudularaq müxtəlif şəxslərə satılması əyani sübutdur.
Hətta  qəbristanlıqların ətrafı, məktəblərin ərazisi, ərazidəki  gölün  ətrafı, bataqlıq  ərazilər  tikinti üçün müxtəlif şəxslərə satılır. Heç kim nəzərə almır ki, Anaşkin küçəsinin bütün hissələri bataqlıq ərazilər olub. Günün birində çökmə baş versə kim məsuliyyət daşıyacaq, dəymiş ziyanı kim ödəyəcək? Suallar çoxdur. Amma bu suallara cavab tapmaq üçün gərəkir ki, əziyyət çəkilsin.          Redaksiyamıza  müraciət edən Ramana sakinləri bildirirlər ki, qəsəbənin icra nümayəndəsi  Arif Osmanov  deyir ki, mən icra başçısı Adil Vəliyevin qohumuyam.
Biz  bir media olaraq bəyan edirik ki, kimin kimlə qohum olması önəmli deyil, önəmli olan dövlətin  maraqlarıdır.
Adil Vəliyev bizim də dostumuz ola bilər. Və biz Adıl Vəliyevi  təsərrüfatcıl, işgüzar icra başçısı kimi tanıyırıq və inanırıq ki, bu qanunsuz tikinti halları barədə onun kifayət qədər məlumatı yoxdur.
Ona görə də Adil müəllimdən xahiş edirik ki, zəhmət olmasa kabinetinizdən bayıra çıxasınız, əraziləri, qəsəbələri gəzib-dolaşasınız və təyin etdiyiniz nümayəndələrin qanunsuz əməlləri ilə tanış olasınız. İnanın, bu belədir, onlar sizi aldadırlar.
Yoxsa bəzi işbazlar, maklerlər, pulu hər şeydən üstün tutanlar neft quyularının, göllərin, bataqlıqların ərazisini  Arif Osmanov kimi məmurlarla birləşib satacaqlar.
Əgər icra başçısı hörmətli Adil Vəliyev istəsə biz rayon ərazisində baş verən qanunsuz tikinti ilə bağlı faktları çatdıra bilərik.
Həm də, cənab başçı, nəzərə almalısınız ki, qanunsuz tikililərlə bağlı Prezident İlham Əliyev cənabları konkret fikrini bildirib. Buna qarşı getmək sizin nümayəndələr üçün yaxşı heç nə vəd etmir.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq./Gündəlik -Bakı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini işdən çıxardı

    Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini ...

    15-11-2013, 00:03

  • 
  • Bakı Meri Yasamalda söküntü işlərinə başladı

    Bakı Meri Yasamalda söküntü işlərinə başladı ...

    20-08-2015, 15:42

  • 
  • İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO)

    İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO) ...

    12-12-2014, 00:17

  • 
  • İcra başçılarının qanunsuzluğu ilə bağlı hesabat hazırlanıb

    İcra başçılarının qanunsuzluğu ilə bağlı hesabat ...

    28-03-2015, 20:14

  • 
  • Nizaminin icra başçısı prezidentin qərarlarına qarşı çıxır – ŞOK FAKTLAR

    Nizaminin icra başçısı prezidentin qərarlarına ...

    3-05-2019, 12:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu