GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Tarix: 19-05-2022, 11:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 169

Gundemxeber.az bildirir ki, dogruxeber.az informasiya portalında, eləcə də digər sosial media və sosial şəbəkələrdə hər gün Azərbaycan səhiyyəsi və Azərbaycan təhsilinin necə bərbad, artıq xalq üçün tamamilə yararsız vəziyyətdə olduğundan danışılır. Hansı ki, hər iki sahə xalq üçün, ümumiyyətlə insan yaşamı üçün ən vacib və lazımlıdır. Amma, xalqa lazım olan səhiyyənin, yaxud təhsilin sadəcə var olması deyil, heçolmasa işə yarar dərəcədə olması lazımdır. Nə yazıq ki, ölkəmizdə hər iki sahənin keyfiyyət dərəcəsi nəinki 0-a bərabər, hətta ondan da ötəsi, mənfi rəqəmlərlə ölçüləcək qədər acınacaqlı vəziyyətdədir. Amma, gəl ki, elə rüşvət və özbaşınalıqların tüğyan etdiyi, xalqın pulunu yeyib, özünü əzəcək qədər sözün əsl mənasında "qudurğanlıq" da elə bu sahələrdədir.
Dövlət büdcəsindən bu sahələrə milyonlarla pul ayrılır, yetmirmiş kimi "həftə səkkiz, mən doqquz" "qohum-əqrəba", "dost-tanışla" tender müqavilələri imzalanır (Dövlət Satınalma Portalı"nda ətraflı məlumat bölməsi boş saxlanılaraq). Bütün bunlara baxmayaraq, cürbəcür bəhanələrlə "xalqı soymaq peşəsi"ndən də əl çəkmirlər. Sanki, milləti soymağın "maya"si varmış kimi, bir də utanmadan ölkədə qiymətlər qalxdıqca, xalqdan aldıqları rüşvətin də məbləğini artırırlar. Bu yığdıqları pulun qarşılığında, bari göstərdikləri xidmət işə yarasa adamı bu qədər yandırmaz bəlkə də...

Təəssüf ki, o da işə yaramır.

Müəllim, direktor valideynlərdən gündə bir adla hər dəfə müxtəlif məbləğlərdə pul yığırlar. Amma, gəlin görək verdiyimiz pul övladlarımızın aldığı təhsilə dəyirmi?
Maraqlıdır ki, şagirdlərdən, valideynlərdən pul yığmaqla onsuzda qanunu pozan müəllimlərin, məktəb direktorlarının adamın üstünə çəmkirməyə dilləri də uzundur.
Əslində, buna görə onları qınamaq da olmur. Çünki, onlar da tutduqları vəzifəni elə rüşvət qarşılığında "qazanıblar". Vəzifəyə gəlmək üçün özlərindən "yuxarı" verdikləri pulu, valideynlərdən çıxarmağa çalışırlar. Daha doğrusu onlarınkı çalışmaqdan keçib, elə valideynlərdən yığırlar demək daha doğru olar.
Bu barədə yazmaqla nə sözlər, nə də yararsız məmurların xalqa yaşatdıqları zülümlər bitəcək kimi görünmür...

Baxın!

Bakı şəhərində - Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Rəsul Ənnağıyev adına 141 saylı tam orta məktəbdə təhsil alan üçüncü sinif şagirdi Əzizli Əlinin babası həmin məktəbin qarşısında təkbaşına etiraz aksiyası keçirib. Vətəndaş bildirir ki, "Hər gün bir adla məktəbdə pul yığılır. Valideynlər bu qədər pulu çatdırıb verə bilmirlər. Gəlinim məbləğin hamısını verə bilmədiyi üçün onu şagirdlərin və valideynlərin içində sinəsindən itələyib, təhqir ediblər ki, "Bu nə puldur mənə verirsən?! Səni beş qəpiyə alaram, 5 qəpiyə də sataram". Xədicə İmaməliyeva çıxsın mənə cavab versin görüm bu nə deməkdir?

Hansı ixtiyarla valideyini təhqir edir?

Bu pullar niyə yığılır, hara gedir?

Hələ üstəlik gəlinimi hədələyirlər ki, "Pul verməsən, uşağını məktəbdən qovacağıq""



Bəli, övladının məktəbdə müəllimlər tərəfindən incidilib, alçaldılacağından qorxub, valideyinlərin şikayətçi olmayacağından adı qədər əmin olan məktəb direktorları, valideynlərdən zorla alınan pulları "könüllü" kimi qəbul edib, buna sadəcə gülümsəyərək keçən Təhsil Nazirinə güvənərək bu cür özbaşınalıqlar edirlər.
Məktəblərə adını "müsabiqə" qoyub, rüşvət yolu ilə təyin edilən direktor və müəllimdən bundan artığını gözləmək olmaz zatən.

Atalar yaxşı deyib: "Ağası Gülüm olanın, başına külüm olar"...


Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO

    Elmi İnstitutda "travmotoloji bazar" - ...

    16-07-2019, 16:40

  • 
  • Qazağın Mərkəzi Bazarı bərbad haldadır

    Qazağın Mərkəzi Bazarı bərbad haldadır ...

    20-11-2015, 18:38

  • 
  • Şəhid ailəsinin nifrətini qazanan Qax məmurları... - VİDEO

    Şəhid ailəsinin nifrətini qazanan Qax ...

    9-07-2021, 16:47

  • 
  • Şəkiliyevin MƏQSƏDİ NƏDİR? - Başçı Şəhid ailələrinə QARŞI...

    Şəkiliyevin MƏQSƏDİ NƏDİR? - Başçı Şəhid ...

    10-07-2021, 12:44

  • 
  • Tovuzu yeyib-sovuranlar var! Tovuzda “canlı pul sovurma” tətbiqi

    Tovuzu yeyib-sovuranlar var! Tovuzda “canlı pul ...

    21-02-2015, 12:53


Təqvim

«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

May 2023 (566)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu