Redaksiyamıza paytaxt Bakıdan daha çox ucqar ərazilərdə yerləşən şəhər və rayonlarda fəaliyyət göstərən bazarların, digər alış-veriş mərkəzlərinin, yarmarkaların bərbad durumda olması haqda məlumatlar, bu gün də daxil olmaqdadır. Bu haqda “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, Qazağın Mərkəzi Bazarı isə, digər bazarlara nisbətən olduqca bərbad durumdadır. Yəni, hələ sovet dönəmindən fəaliyyət göstərən bazarda, bu gün də yeniliyə doğru nəsə dəyişməyib. Çünki, alış-veriş edilən piştaxtalar olduqca köhnə üslubda, bazarın iç ərazisi isə zird-zibil içərisində olur. Elə ki, azacıq da olsa hava yağmurlu keçir, bu zaman bazarın içərisində hərəkət etmək sanki müşkül məsələyə çevrilir. Çünki, piştaxtaların arasındakı palçıq kimlərinsə sərbəst hərəkət etməsinə imkan belə vermir. Bütün bunlar nədənsə bu gün də, bazar rəhbərliyini düşündürmür. Amma, piştaxtalardan istifadəyə görə toplanan pullardan bir qəpik olsun belə güzəşt olunmaması, bu gün də bizi düşündürməkdədir. Hələ ət və kənd təsərrüfatı məhsulları satılan yerlərdə, bazarın içərisində fəaliyyət göstərən çayxana və kafelərdə antisanitarıyanın hansı həddə tüğyan etməsindən danışmırıq. Danışacağımız isə, yaxın günlərdə yaşanan acınacaqlı durumla bağlı həyata keçirəcəyimiz çəklişlər və hazırlayacağımız geniş reportajlar olacaq. Bizi izləyin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?