GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi satınalma müqaviləsi bağlayanda hara baxır

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi satınalma müqaviləsi bağlayanda hara baxır

Tarix: 20-05-2022, 17:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 497

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi avtomobil, maşın-mexanizmlər üçün ehtiyat hissələrinin və sürtgü materiallarının” satın alınması üzrə 09.03.2022-ci ildə  müsabiqə yolu ilə başladığı kotirovka sorğusuna yekun vurub və 19.05.2022-ci il tarixdə “AVTO BAKU İN GRÜNDÜNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 36 007.7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO BAKU İN GRÜNDÜNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.12.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, TEYMUR ƏLİYEV, ev 54, qanuni təmsilçisinin isə OZKAN CAKAR oğlu olduğu göstərilir. Açıq mənbələrdə 2010-cu ilin 30 iyulunda yayılmış məlumatlarda bildirilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları məhsulların satışı zamanı istehlakçıların və dövlətin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorumaq, məhsulların keyfiyyəti, insanın həyatı, sağlamlığı və ətraf mühitin təhlükəsizliyi sahələrində tələblərin pozulmasının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Teymur Əliyev küçəsi, 54 ünvanında yerləşən “Avto Baku in Gründüng Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət müəssisəsində araşdırma aparmışlar.

Qurumdan bildirmişlər ki, araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə mane olmuş və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməmişlər. Bununla əlaqədar Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən “Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə” müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş, müəssisə rəhbəri 4 min manat məbləğində cərimə edilmişdir.

Gundemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların rəsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilmişdir.

Buna baxmayaraq “Avto Baku in Gründüng Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-2021-ci illərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan müəssilərin keçirdiyi minik avtomobillərin təmiri və ehtiyyat hissələri, yük maşınları üçün ehtiyat hissələri,  minik avtomobillərinə servis və texniki xidmətlərin göstərilməsi üzrə onlarca tenderin qalibi olub. Bu kimi satınalmalardan MMC-nin hesabına ümumi olaraq 490 548 manat dövlət vəsaiti ödənilib. Hazırki günə isə MMC-nin 35 601.11 manat vergi borcu var.

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi avtomobil mexanizmlərin ehtiyyat hissələrinin, sürtkü yağlarının satın alınması üzrə ötən il keçirdiyi tenderdə “AVRASİYA-T” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.07.202-ci il tarixdə 50121.75 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sözügedən idarə cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-materialın satın alınması üzrə 232 129.27 manat məbləğində satınalma müqaviləsini də “AVRASİYA-T” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.07.202-ci il tarixdə bağlayıb.

Qeyd edək ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayonun torpaq sahələrinə xidmət edir. Məlumatlara görə idarəyə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin kadrlarından sayılan Süleyman Əliyev rəhbərlik edir. Bu idarə də su təsərrüfatı sistemində külli miqdarda dövlət vəsaitlərinin silindiyi bir məkan sayılır. Göründüyü kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində rəhbər dəyişikliyi olmasına baxmayaraq İstismar İdarəsi köhnə ampulasında qalmaqdadır. Dövlətə 35 601.11 manat vergi borcu olan, adı keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların satışında hallanan bir MMC ilə 36 007.7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması heç də şəffaflıqdan xəbər vermir.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM

    Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları ...

    21-12-2020, 13:30

  • 
  • Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

    Dendrologiya İnstitutundan 5 gündə 88 min manat ...

    15-04-2022, 15:33

  • 
  • Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır?

    Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir ...

    11-05-2022, 13:38

  • 
  • Masallı Regional Mədəniyyət İdarəsində rəhbərlik dəyişsə də, ənənələr dəyişməyib - ŞÜBHƏLİ FAKTLAR

    Masallı Regional Mədəniyyət İdarəsində rəhbərlik ...

    23-06-2021, 15:53

  • 
  • Qubanın da öz TALANÇILARI VAR... - Suleyman Kərimov fəaliyyətə necə başladı...

    Qubanın da öz TALANÇILARI VAR... - Suleyman ...

    2-07-2021, 13:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu