GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

Tarix: 15-04-2022, 15:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 343


Ötən həftə Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutun  da baş verən özbaşınalıqlar barədə geniş məlumat yaymışdıq. Bu həftə məlum oldu ki, burada özbaşınalaqlar hələ də davam edir. Maraqlıdır görəsən Dendrologiya İnstitutu tərəfindən satınalmalarda yol verilən saxtakarlıqları bir aidiyyatı orqan olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti görmürmü? Əlbəttə görür, həm də buna şərait yaradır desək yanılmarıq.


Ötən yazıda Dendrologiya İnstitutunda keçirilmiş bir kotirovka sorğusu barədə məlumat vermişdik. Həmin mövzuya bir daha niyə qayıtdığımızı aşağıda açıqlayacıq.

GundemXeber.az aktualinfo.org-a istinadla bildirir ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Denderologiya İnstitutu tərəfindən suyun satın alınması üzrə 02.03.2022-ci il tarixdə başlanılmış müsabiqəyə yekun vurulub və “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 44 604 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.03.2022-ci il tarixdə elan edilib.

Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Denderologiya İnstitutunun Tender Komissiyası suyun satın alınması üzrə elan etdiyi kotirovka sorğusunun şərtlər toplusunda 9912 ton kanal suyunun satınalmasını bildirir. Lakin burada kanal suyu dedikdə nə nəzərdə tutulur? Burada suyun içməli, texniki, yaxud da tullantı sularının olması tam bəlli olmur. Əslində isə şərtlər toplusunda bu tam və aydın şəkildə göstərilməlidir. Çünki Tarif Şurası tərəfindən bu suların hər birinin ayrı-ayrı qiymətləri müəyyən edilib.

İnstitutun Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 02.03.2022-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.03.2022-ci ildən 18.03.2022-ci il tarixə qəbul olunduğu göstərilir.


Denderologiya İnstitutunun qalib elan etdiyi “LENOLA” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?


Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LENOLA”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU,  HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Denderologiya İnstitutunun Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “LENOLA” MMC kotirovka sorğusunun keçirilməsi barədə verilən elandan, yəni 02.03.2022-ci il tarixdən 3 gün sonra, 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

İndi diqqət yetirin. Mövzuya bir daha niyə qayıtdıq? Dendrologiya İnstitutu tərəfindən keçirilmiş daha bir kotirovka sorğusunun nəticəsi isə 05.04.2022-ci il tarixdə elan olunub. Digər kommunal xidmətlər üzrə keçirilmiş kotirovka sorğusunda isə “QONTERA” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 43 950 mamat məbləğində satınalma müqaviləinin bağlanıldığı açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QONTERA”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU,  HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi, hər iki MMC eyni gündə, dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı da eyni olan hər iki MMC-nin qanuni təmsilçisi isə Məmmədov Samir Tofiq oğludur. Olmaya bu elə Denderologiya İnstitutunun direktoru Tofiq Məmmədovun öz oğludur?

Satınalma prosedurunun başlanmasından 3 gün sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bu şirkətlərə dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur. Yuxarıda qeyd etdiklərimizdən də görsəndiyi kimi İnstitut tərəfindən keçirilmiş kotirovka sorğularında  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.

Bundan başqa Dendrologiya İnstitutunda qanlara açıq-aşkar meydan oxunur, sayılmır. Bunun səbəbinin nədə olduğunu deyə bilmərik. İnstitutun direktoru Tofiq Məmmədovun kimə arxayın olaraq bu qədər qanunsuzluqlara yol verdiyi də qaranlıq məsələdir. Amma bu kimi qaranlıq məsələlərin işığa çıxması o qədər də uzun sürmür. Bunu DTX-nın qara maskalıları bir çox rayonlarda üzə çıxardı.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmlər Akademiyasının Dendrologiya İnstitutunda özbaşınalıq deyil, dərəbəylikdi - BU DA FAKT!!!

    Elmlər Akademiyasının Dendrologiya İnstitutunda ...

    1-04-2022, 16:21

  • 
  • AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? - İLGİNC FAKTLAR

    AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə ...

    2-11-2021, 16:09

  • 
  • Daha bir müəmmalı TENDER HOQQABAZLIĞI... - Büdcə pulları belə xırıd edilir...

    Daha bir müəmmalı TENDER HOQQABAZLIĞI... - Büdcə ...

    28-12-2020, 13:05

  • 
  • Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı OYUNBAZLIĞI... - BUNUN BAŞQA ADI YOXDUR...

    Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı ...

    8-12-2021, 15:30

  • 
  • Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil... - İTTİHAM

    Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil... ...

    12-06-2020, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu