GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır?

Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır?

Tarix: 11-05-2022, 13:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 406

Artıq bir aydır ki, bir mətbuat orqanı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda baş verən bəzi qanunsuzluqlar barədə ictimaiyyətə açıqlamalar veririk. Sözügedən İnstitutun rəhbərliyi isə göstərdiyimiz bu qanunsuzluqlara aydınlıq gətirmək əvəzinə susur. Bildiyimiz kimi, susmaq da razılıq əlamətidir. Yəni İnstitutun rəhbərliyi yazılanları təkzib etmirsə, onun döğru olduğunu təsdiqləyir.

Bəs Dendrologiya İnstitutunda baş alıb gedən qanunsuzluqlar nələrdir? Qeyd edək ki, burada dövlət tərəfindən bir çox məqsədlər üçün ayrılan vəsaitlər sözün əsl mənasında müxtəlif yollarla talan edilir. Dendrologiya İnstitutu tərəfindən təkcə 2021-ci ildə maşın və avadanlıqlar, abadlaşdırma xidmətləri, istehlakyönlü müxtəlif xidmətləri, elmi tədqiqat xidmətləri, mühafizə xidməti,  tikinti və avadanlıqların cari təmiri, dəftərxana və təsərrüfat, mətbəə məhsulları üzrə xərclər, suyun alınması, digər kommunal xidmətlər üzrə elan olunmuş 10 kotirovka sorğusunun nəticəsi barədə heç bir məlumat verilməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun görə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender və yaxud kotirovka sorğusu haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilməli və rəsmi internet saytında yerləşdirilməlidir. Həmçinin satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri, tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır.

Lakin Dendrologiya İnstitutunun Tender Komissiyası qanun bütün bu kimi tələblərini gözardı edərək Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirməmişdir. 2022-ci ildə isə keçirilmiş bir neçə kotirovka sorğusunun nəticələrini açıqlayıblar ki, qanunsuzların burada baş alıb getdiyini bir daha təsdiq edir. Hansı ki, ötən yazılarda bir neçə kotirovka sorğusu barədə məlumat vermişdik.

Ötən həftə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu keçirilmiş daha bir kotirovka sorğusunun nəticəsini açıqlayıb. Tikinti və avadanlıqların cari təmiri üzrə 31.03.2022-ci il tarixdə başlanmış müsabiqəyə 29.04.2022-ci il tarixdə “BONTE-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24 842 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını elan edib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BONTE-LM”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 09.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU,  HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Gumdemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, bu Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Məmmədov Samir Tofiq oğluna məxsus üçüncü MMC-dir. Araşdırmalar göstərir ki, Məmmədov Samir Tofiq oğlu 5-9 mart tarixlərində, yəni 4 günə 3 MMC qeydiyyatdan keçirib ki, onlar da bir ay ərzində Dendrologiya İnstitutunun keçirdiyi 3 kotirovka sorğusunun qalibi olublar. Dendrologiya İnstitutu bir nəfərə məxsus bu üç ayrı MMC-lərlə müxtəlif malların alınmasına və gödmətlərin göstərilməsi üçün ümumi olaraq 113 396 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Həmin kotirovka sorğuları üzrə bağlanmış müqavilələri bir daha diqqətinizə çatdırırıq.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Denderologiya İnstitutu tərəfindən suyun satın alınması üzrə 02.03.2022-ci il tarixdə başlanılmış müsabiqəyə yekun vurulub və “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 44 604 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.03.2022-ci il tarixdə elan edilib.

Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Denderologiya İnstitutunun Tender Komissiyası suyun satın alınması üzrə elan etdiyi kotirovka sorğusunun şərtlər toplusunda 9912 ton kanal suyunun satınalmasını bildirir. Lakin burada kanal suyu dedikdə nə nəzərdə tutulur? Burada suyun içməli, texniki, yaxud da tullantı sularının olması tam bəlli olmur. Əslində isə şərtlər toplusunda bu tam və aydın şəkildə göstərilməlidir. Çünki Tarif Şurası tərəfindən bu suların hər birinin ayrı-ayrı qiymətləri müəyyən edilib.

İnstitutun Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 02.03.2022-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.03.2022-ci ildən 18.03.2022-ci il tarixə qəbul olunduğu göstərilir.

Denderologiya İnstitutunun qalib elan etdiyi “LENOLA” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LENOLA”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU,  HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Denderologiya İnstitutunun Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “LENOLA” MMC kotirovka sorğusunun keçirilməsi barədə verilən elandan, yəni 02.03.2022-ci il tarixdən 3 gün sonra, 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Dendrologiya İnstitutu tərəfindən keçirilmiş daha bir kotirovka sorğusunun nəticəsi isə 05.04.2022-ci il tarixdə elan olunub. Digər kommunal xidmətlər üzrə keçirilmiş kotirovka sorğusunda isə “QONTERA” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 43 950 mamat məbləğində satınalma müqaviləinin bağlanıldığı açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QONTERA”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU,  HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi, hər üç MMC 4 gün ərzində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanları da eyni olan MMC-lərin qanuni təmsilçisi isə bir şəxs, Məmmədov Samir Tofiq oğludur. 4 gün ərzində 3 MMC yaradıb bir İnstitutdan bir ay ərzində ümumi olaraq 113 396 manat məbləğində dövlət sifarişi alıb satınalma müqaviləsi bağlamaq hər kəsin işi deyil. Satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, demək olar ki, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır. Odur ki, burada İnstitutun direktoru ilə MMC rəhbərliyi arasında gizli bir bağlantı olması şübhəsizdir. Bu bağlantının nələrdən ibarət olduğunu qoy İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aydınlıq gətirsin, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsiə də tədbir görsün.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmlər Akademiyasının Dendrologiya İnstitutunda özbaşınalıq deyil, dərəbəylikdi - BU DA FAKT!!!

    Elmlər Akademiyasının Dendrologiya İnstitutunda ...

    1-04-2022, 16:21

  • 
  • Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

    Dendrologiya İnstitutundan 5 gündə 88 min manat ...

    15-04-2022, 15:33

  • 
  • AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? - İLGİNC FAKTLAR

    AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə ...

    2-11-2021, 16:09

  • 
  • Ağcabədidə işsizlərin siyahısında adı gedən Gəncədə tenderin qalibi oldu

    Ağcabədidə işsizlərin siyahısında adı gedən ...

    16-06-2020, 12:26

  • 
  • Gəncənin xanı da dövlətin pullarını belə dağıdır... - Görün, tenderləri kimlərə satır?

    Gəncənin xanı da dövlətin pullarını belə ...

    11-06-2020, 15:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu